Govdesiz Casir - Wikipedia
Gövdəsiz çaşır (lat. Prangos acaulis) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin çaşır cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir –NT. Azərbaycanın nadir növüdür.
Gövdəsiz çaşır | ||||||
---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Cins: Növ: Gövdəsiz çaşır |
||||||
Beynəlxalq elmi adı | ||||||
|
Qısa morfoloji təsviri
redaktəÇoxillik sıx, qısa və bozumtul tükcüklü, ot bitkisidir. Ləçəkləri bayırdan saqqalcıqlıdır, Hündürlüyü 40-sm-dir. Kökətrafı yarpaq lövhələri enli üçküncdür, üçər-dördər yarılmış lələklidir, son ayları kütdür, uzunsov xətvaridir, eni 2-3 mm-dir. Gövdə yarpaqları kiçikdir və az yarılmış, uzun-xətvari ayalıdır. Çətirləri 5(4)-6 şüalıdır. Meyvələri uzunsovdur (uzunluğu 12-13 mm-dir), enli dalğalı-pərdəli qanadları vardır.
Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri
redaktəÇiçəkləmə aprel-may, meyvəvermə may-iyun aylarına təsadüf edir. Kserofitdir. Düzənlik və aşağı dağ qurşaqlarında, gipsli, gilli yerlərdə və quru dərələrdə rast gəlinir.
Yayılması
redaktəNaxçıvan düzənliyi və Naxçıvanın dağlıq hissəsində yayılmışdır (Darıdağ, Ardıc dağ, Qaraquş dağ, Kotamdağ ətəkləri).
Sayı və tendensiyası
redaktəAntropogen amillərin məhdudlaşdırıcı təsiri azalma tendensiyası yarada bilər.
Məhdudlaşdırıcı amillər
redaktəYaz aylarında qida və dərman bitkisi kimi kütləvi şəkildə toplanılması təbii bərpasını ləngidir.
Mühafizə tədbirləri
redaktəTəhlükə altında olduğundan qorunması vacibdir. Akademik H.Əliyüv adına Zəngəzur Milli Parkı və Arpaçay Dövlət Təbiət Yasaqlıqlarının ərazisində təbii populyasiyaları mühafizə altına alınmalıdır.