Fusuma - Wikipedia
Fusuma (yap. 襖 ) — hər iki tərəfdən kağız yapışdırılmış taxta çərçivədən ibarət siyirməli qapı, yapon otaqlarını, böyük vasitsuları hissələrə ayırmq üçün istifadə olunur. Kağız kifayət qədər nazikdir və işığı keçirir, adətən onun üzərinə rəsm çəkilir. Fusumanın ölçüləri təxminən tataminin ölçüləriylə eynidir. Fusuma yuxarıdan və aşağıdan taxta üzərində hərəkət edir. Yuxarı taxta kamoi, aşağı taxta isə sikii adlanır. Qədimdə bu taxtalara mum sürtürdülər, lakin müasir dövrdə sürtünməni asanlaşdırmaq üçün xüsusi vinil zolaqdan istifadə olunur.
Sözün etimologiyası
redaktəVersiyalardan birinə görə, bu söz ilk dəfə imperatorun əsas iqamətgahının yataq otağını — fusuma dokoronu (yap. 衾所?) bildirmək üçün istifadə olunmuşdur və yataq otağı sözünə sinonim olaraq istifadə olunmuşdur. Fusuma sözünün hərfi mənası uzanmaq üçün otaq mənasını verir. Digər bir versiyaya görə isə fusuma qapıları formasına görə yataq-fusumanı xatırladır, adını buradan almışdır.
Xarici keçidlər
redaktə[1] Arxivləşdirilib 2010-05-15 at the Wayback Machinehttp://orientstyle.ru/design/interior/furniture/fusuma/ Arxivləşdirilib 2016-04-06 at the Wayback Machine