Fris Svikki - Wikipedia
Fris Svikki (14 Fevral, 1898 – 8 Fevral, 1974)—İsveçrə astronomu.O həyatının çox hissəsini Amerika Birləşmiş Ştatlarının Kaliforniya Texnologiya İnstitutunda işləmiş,nəzəri astronomiyaya və müşahidə astronomiyasına bir çox mühüm töhfələr vermişdir.[3]
Fris Svikki | |
---|---|
Fritz Zwicky | |
Doğum tarixi | |
Doğum yeri | Bolqarıstan,Varna |
Vəfat tarixi | (75 yaşında) |
Vəfat yeri | Pasadena,ABŞ |
Vətəndaşlığı | İsveçrə |
Elm sahəsi | Astronomiya |
İş yeri | Kaliforniya Texnologiya İnstitutu |
Alma-mater | İsveçrə Federal Texnologiya İnstitutu |
Təhsili |
|
Elmi rəhbərləri | Peter Debay,Paul Şerrer |
Tanınır |
Qaranlıq maddə,Supernova Qalaktikalar,Neytron ulduzları |
Üzvlüyü | |
Mükafatları | Prezidentin Azadlıq medalı (1949),Kral Astronomiya Cəmiyyətinin qızıl Medalı |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəFris Svikki Bolqarıstanın Varna şəhərində anadan olmuşdur.Onun atası, Fridolin (d 1868) Bolqar şəhərində görkəmli sənayeçi idi və həmçinin Bolqarıstanın Varna şəhərində (1908-1933) Norveç səfiri vəzifəsində çalışmışdır.Varnada Svikkinin evi Fridolin Svikki tərəfindən layihələndirilmiş və tikilmişdir.Onun anası Fransisk Vrek (d 1871) əslən Avstriya-Macarıstan İmperiyasının Çexiyasından idi.Fris, Svikki ailəsindəki üç övladdan ən böyüyü idi:onun Leoni adlı bacısı və Rudolf adlı kiçik qardaşı var idi.Frisin anası 1927-ci ildə Bolqarıstanın Varna şəhərində vəfat edib və o İsveçrəyə qayıdanda onun atası Fridolin 1945-ci ilə qədər Bolqarıstanda qalıb.Bacısı Leoni Varna şəhərindən olan bir Bolqarnan evləndi və bütün həyatını bu şəhərdə keçirdi.
1904-ci ildə, altı yaşında,Fris İsveçrənin Qlarus şəhərinə nənə və babasının yanına ticarət öyrənməyə göndərilib.Lakin onun riyaziyyat və fizikaya olan marağı onun İsveçrənin Sürix şəhərində yerləşən İsveçrə Federal Texnologiya İnstitutunda ali təhsil alması ilə nəticələndi.O, 1925-ci ildə Kaliforniya Texnologiya İnstitutunda Robert Milliken ilə işləmək üçün ABŞ-yə köçdü.
O, bizim kainatın bu gün başa düşülməsinə dərin təsir edən çoxsaylı kosmoloji nəzəriyyələrin banisidir.O ilk olaraq Neytron ulduzlarının kosepsiyasını başa düşməyə imkan verən Supernova terminini elmə daxil etdi.Svikki ”Tənha canavar” idi və o bütün riyazi işlərini özü edirdi.O "Tənha canavarın fəaliyyətləri" başlığı altında avtobioqrafik əsər yazmağı planlaşdırırdı.
Fris Svikki o dövrdə olan bəzi reaktiv mühərrikləri təkmilləşdirib və 50-dən artıq patantə sahib idi.
Fris Svikki ateist idi.
Elmi işləri
redaktəFrits Zwicky məhsuldar alim idi və astronomiya elminin bir çox sahələrində mühüm töhfələr vermişdir.
İon kristallar və elektrolitlər
redaktəSupernova və Neytron ulduzları
redaktəStandart şamlar
redaktəQravitasiya linzaları
redaktəQaranlıq maddə
redaktəYorğun işıq
redaktəMorfoloji analiz
redaktəQalaktikaların və yığınların kataloqu
redaktəHumanistlik
redaktəUğurları
redaktəNəşrlər
redaktəİstinadlar
redaktə- ↑ 1 2 Maktutor riyaziyyat tarixi arxivi. 1994.
- ↑ 1 2 NNDB (ing.). 2002.
- ↑ Arp, Halton Arxivləşdirilib 2022-07-18 at the Wayback Machine (June 1974)."Fritz Zwicky" Arxivləşdirilib 2013-09-27 at the Wayback Machine. Physics Today 27 (6): 70–71.Bibcode Arxivləşdirilib 2021-01-05 at the Wayback Machine:1974PhT....27f..70A Arxivləşdirilib 2023-07-20 at the Wayback Machine.doi Arxivləşdirilib 2018-02-06 at the Wayback Machine:10.1063/1.3128662 Arxivləşdirilib 2023-07-20 at the Wayback Machine
Xarici keçidlər
redaktə- Ritchey, T.,Fritz Zwicky retrieved 2007-07-10v