Friksion Oturmesi - Wikipedia
Friksion_ötürməsi - Haqqında Məlumat
Friksion ötürmə (lat. frictio — sürtünmə) - öz aralarındakı sürtünməni mexaniki enerjini ötürmək üçün istifadə eən kinematik cütlükdür.
Elementlər arasında sürtünmə quru, səddi və mayeli ola bilər. Mayeli sürtünmə daha əlverişli sayılır, çünki, o friksion ötürmənin uzunömürlülüyünü artırır.
Təsnifatı
Friksion ötürmələr olurlar:
- Quruluşuna görə:
- paralell vallarla,
- kəsişən vallarla,
- xarici kontaktla,
- daxili kontaktla.
- Ötürmə ədədinin variasiya olunma imkanlarına görə:
- tənzimlənməyən və
- tənzimlənəbilən.
Tətbiq sahəsi
redaktəDayaq səthləri ilə sürtünmə qüvvəsi sayəsində kontakda olan yayma dəzgahlarının valları, friksion variatorlarla işləyn reduktorlar, nəqliyyat vasitələrinin aparıcı təkərlərində geniş tətbiq tapır.
Mənbə
redaktə- Kərimov Z.H. Maşın hissələri və yükqaldırıcı-nəqledici maşınlar. Ali texniki məktəblər üçün dərslik. II nəşri - Bakı, "Maarif", 2002, 596 səh.