Frenk Lempardin Ingiltere Milli Komandasinda Cixisi - Wikipedia
Frenk Lempardın İngiltərə milli komandasında debütü 1997-ci ildə U-21 yaşlı İngiltərə milli komandasında Yunanıstan millisinə qarşı olmuşdur. O, U-21-in tərkibində 1997-ci ilin noyabr ayından 2001-ci ilin iyun ayınadək 19 matçda meydana çıxdı və 9 qola imza atdı. Daha sonra isə 1998-ci ilin fevral ayında 1 matçda İngiltərə B komandasının tərkibində Çili yığmasına qarşı oyun keçirdi və matç ev sahiblərinin 2-1 hesablı qələbəsi ilə başa çatdı.
Lempard İngiltərə milli futbol komandasının tərkibində ilk matçına 1999-cu ildə yoldaşlıq oyunu çərçivəsində Belçika yığmasına qarşı keçirilən matçda çıxdı və millinin tərkibində ilk qolunu 2003-cü ildə Xorvatiya millisinə qarşı vurdu. Bu matçın yekununda İngiltərə yığması 3-1 hesablı qələbəyə sevinmişdir. Lempard İngiltərə milli futbol komandasının tərkibində 2013-cü ildə Ukrayna millisinə qarşı oynadığı görüşdə millinin heyətində 100 oyunluq səddi keçmiş səkkizinci futbolçu adını qazandı.
Avro 2004
redaktəO, UEFA Avro 2000 və 2002 FİFA Dünya Kuboku turnirlərində milli komandanın tərkibinə salınmamışdır və UEFA Avro 2004-də iştirak edə bilmək üçün imkan gözləyirdi. Lempardın çıxış etdiyi İngiltərə yığması turnirin 1/4 final mərhələsinə kimi gəldi və o, bura qədər artıq 3 dəfə fərqlənə bilmişdir. O, qrup oyunlarında Fransa və Xorvatiya milli komandalarının qapısından topu keçirmiş və 1/4 final mərhələsinin görüşü çərçivəsində Portuqaliya yığmasına qarşı oynanılan matçın 112-ci dəqiqəsində turnirdə özünün üçüncü qoluna imza atmaqla matçda hesabı 2-2 etmiş lakin penaltilər seriyasında İngiltərə millisi məğlub olmuşdur. Turnirin sonunda isə o UEFA-nın tərtib etdiyi ilk onbirlikdə yer almışdır.[1]
Avro 2004 sonrası
redaktəPol Skolz yığmada çıxışını başa vurduğunu elan etdikdən sonra Lempard komandanın daimi oyunçularından biri oldu. Nəticədə 2004 və 2005-ci illərdə o, azərkeşlər tərəfindən İngiltərədə ilin futbolçusu seçilmişdir.[2] 2006-cı il FİFA Dünya Kuboku təsnifat mərhələsində Lempard 5 qol ilə millinin bombardiri oldu.
2006 Dünya Kuboku
redaktəTurnirdə ilk rəqibləri olan Paraqvay üzərində 1-0 hesablı qələbə qazanmış İngiltərə yığmasının tərkibindən Frenk Lempard matçın adamı seçildi.[3] Turnirin bütün matçlarında forma geyməsinə baxmayaraq Lempard turniri qolsuz başa vurdu və 1/4 final mərhələsinin görüşü çərçivəsində Portuqaliya yığmasına qarşı keçirilən penaltilər seriyasında İngiltərə millisi məğlub oldu.[4]
2007–09
redaktə2007-ci ildə Almaniya millisinə qarşı keçirilən yoldaşlıq matçında o, qol vursa da yekunda İngiltərə yığması 2-1 hesabı ilə məğlub oldu.[5] 2007-ci ilin oktyabrın 13-də Avro 2008-in təsnifat mərhələsi çərçivəsində Estoniya millisinə qarşı matçın ikinci hissəsində oyuna daxil olarkən ingilis azərkeşlər onu fitə basmışdı.[6] Lempard İngiltərə millisinin 500-cü qoluna Uembli stadionunda keçirilən matçda imza atdı. 2009-cu ilin sentyabrında Lempard Xorvatiya millisinə qarşı keçirilən matçda iki dəfə fərqlənərək yekunda ingilislər 5-1 hesabı ilə qələbə qazandı və 2010 FİFA Dünya Kubokuna qaıtlmaq üçün yerini möhkəmləndirdi.[7]
2010 Dünya Kuboku
redaktə1/16 final mərhələsində Almaniya seçməsinə qarşı keçirilən oyunda Lempard birinci hissədə fərqlənsədə hakimlər topun qatı xəttini keçmədiyinə işarə etdi. Hətta Tv kanallarda epizod dəfələrlə nümayiş etdirilərkən topun qapı xəttini açıq-aşkar keçdiyi görünürdü. Əgər bu top hesaba alınsaydı matçda hesab 2-2 olacaqdı. Baxmayaraq ki, baş hakim və yan xətt hakimi epizodun qol olduğunu gördü amma oyuna davam etdirdilər. Yekunda isə matç Almaniya millisinin 4-1 hesablı qələbəsi ilə başa çatdı və ingilislər turnirlə vidalaşdı.[8]
İngiltərə millisinin yarışı dəyandırmasından sonra Lempard 1966-cı ildən bəri qapıya doğru 37 zərbə vurmasına baxmayaraq qol hesabını açmayan futbolçu rekorduna sahib olmuşdur.[9]
Avro 2012
redaktə2011-ci ilin fevralın 8-də Danimarka millisinə qarşı keçiriləcək yoldaşlıq matçında Stiven Cerrard və Rio Ferdinandın zədə səbəbiylə oynaya bilməyəcəyindən Lempardın kapitanlıq sarğısını daşıyacağı bəyan edildi.[10] Avro 2012 təsnifat mərhələsində Lempard 2 qola imza atdı. Bunların birincisi Uels millisinə qarşı ikincisi isə İsveçrə milli futbol komandasına qarşı keçirilən matçda qeydə alınmışdır.[11][12] Hər iki qolu o, penalti zərbəsindən vurmuşdur. Bu oyunlardan sonra o, İngiltərə yığmasında penalti zərbələrindən ən çox qol vurmuş oyunçu adını qazandı. 2011-ci ilin noyabrında Lempard İspaniya millisinə qarşı keçirilmiş növbəti yoldaşlıq matçındada kapitanlıq sarğısını daşıyırdı və oyunun yekununda məhz onun vurduğu qol ilə İngiltərə 1-0 hesablı qələbə qazandı.[13]
2012-ci ilin avqust ayında baş məşqçi Roy Hocson İngiltərənin İtaliya millisinə qarşı keçirəcəyi növbəti yoldaşlıq matçında Lempardın kapitanlıq sarğısını daşıyacağını bəyan etdi və bu görüş ingilislərin 2-1 hesablı qələbəsi ilə başa çatdı.[14]
2014 FİFA Dünya Kuboku təsnifat mərhələsi
redaktəLempard təsnifat mərhələsinin ilk oyununda Moldova millisinə qarşı keçirdiyi matçda milli komandada özünün 24-cü və 25-ci qollarını vurdu və yekunda İngiltərə millisi 5-0 hesablı qələbəyə sevindi. Onun ilk qolu İngiltərənin 100-cü penalti qolu idi.
Lempard 26-cı beynəlxalq qoluna Ukrayna komandasına keçirilən matçda vurdu və beləliklə qolların sayını Brayn Robson ilə bərabərləşdirdi.[15]
Martın 22-də o San-Marinoya qarşı görüşdə 28-ci qoluna imza ataraq Devid Platı keçdi və İngiltərə millisinin ən məhsuldar yarımmüdafiəçisi adını qazandı.[16]
2014 FİFA Dünya Kuboku
redaktə2014-cü ilin mayın 12-də Lempard dünya çempionatına aparılacaq 23 nəfərlik heyətə daxil edildi [17] və 1 həftə sonra vitse-kapitan olacağı elan edildi.[18] İyunun 24-də Kosta Rika millisinə qarşı oynanılan qrupun son matçında o, kapitanlıq sarğısını daşıyırdı və görüş 0-0 habı ilə başa çatdı.[19]
Millidən gediş
redaktə2014-cu ilin avqustun 26-da Lempard milli karyerasını başa vurduğunu açıqladı. Beləliklə o, 106 matçda millinin formasını geyindi və 29 dəfə fərqlənə bildi.[20][21]
Beynəlxalq qollar
redaktəİstinadlar
redaktə- ↑ Chris Hatherall. "Four All-Star Lions". The Football Association. 5 July 2004. 4 April 2005 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 12 April 2007.
- ↑ "And the winner is." The Football Association. 20 January 2005. 8 May 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 8 May 2014.
- ↑ McNulty, Phil. "England 1–0 Paraguay". BBC News. 10 June 2006. 11 April 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 July 2017.
- ↑ "Frank Lampard". ESPNsoccernet. 14 June 2006 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 9 December 2006.
- ↑ McKenzie, Andrew. "England 1–2 Germany". BBC News. 22 August 2007. 19 June 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 July 2017.
- ↑ "Barnes angered by Lampard booing". BBC Sport. 14 October 2007. 16 October 2007 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 October 2007.
- ↑ England 5 1 Croatia England recreate Magic of Munich Arxivləşdirilib 2009-09-12 at the Wayback Machine goal.com
- ↑ Garside, Kevin. "England v Germany: Frank Lampard's disallowed goal highlights stupidity of Fifa". The Daily Telegraph. London. 27 June 2010. 30 June 2010 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 31 July 2017.
- ↑ Rogers, Simon. "England v Germany: match statistics". The Guardian. London. 27 June 2010. 1 December 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 July 2017.
- ↑ "Frank Lampard to captain England against Denmark". BBC Sport. 8 February 2011. 28 October 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 February 2011.
- ↑ (por.) País de Gales vs Inglaterra Escalações e Estatísticas Arxivləşdirilib 2012-10-15 at the Wayback Machine. Goal.
- ↑ "England 2–2 Switzerland". BBC News. 4 June 2011. 24 June 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 July 2017.
- ↑ (por.) www.goal.com Arxivləşdirilib 2013-09-03 at the Wayback Machine. www.goal.com (27 September 2012).
- ↑ "Lampard handed England armband". ESPNSoccerent. 14 August 2012. 19 August 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 31 July 2017.
- ↑ McNulty, Phil. (11 September 2012) England 1–1 Ukraine Arxivləşdirilib 2016-01-07 at the Wayback Machine. BBC Sport.
- ↑ "San Marino 0–8 England player ratings". Daily Mirror. London. 22 March 2013. 29 September 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 July 2017.
- ↑ "World Cup 2014: England name Ross Barkley in squad". BBC Sport. 12 May 2014. 7 January 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 August 2014.
- ↑ "Frank Lampard: England midfielder named vice-captain". BBC Sport. 18 May 2014. 25 July 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 3 August 2014.
- ↑ "England's World Cup ended without even the scant consolation of a victory as they played out a tame draw with Costa Rica in Belo Horizonte". BBC Sport. 24 June 2014. 26 June 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 August 2014.
- ↑ "Frank Lampard retires from duty after 106 caps". BBC Sport. 26 August 2014. 7 January 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 August 2014.
- ↑ "Frank Lampard announces retirement from international football after 106 caps and 29 goals for England". Daily Mail. London. 26 August 2014. 26 August 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 August 2014.