Frederik Ferdinand Helsted - Wikipedia
Frederik Ferdinand Helsted (18 mart 1809[1][2][…], Kopenhagen[1] – 11 dekabr 1875[3], Kopenhagen[1]) — Danimarka rəssamı və rəsm müəllimi.[4]
Frederik Ferdinand Helsted | |
---|---|
Doğum tarixi | 18 mart 1809[1][2][…] |
Doğum yeri |
|
Vəfat tarixi | 11 dekabr 1875[3] (66 yaşında) |
Vəfat yeri |
|
Fəaliyyəti | rəssam |
Təhsili |
|
Janr | portret |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəFrederik Ferdinand Helsted 18 mart 1809-cu ildə Danimarkanın paytaxtı olan Kopenhagen şəhərində anadan olmuşdur. O, Yohann Helsted və An Mari Salatinin oğludur. Helsted erkən illərində atasının emalatxanasında çəkməçi kimi işləmişdir. O, 1834-cü ildən 1837-ci ilə qədər Danimarka Kral İncəsənət Akademiyasında təhsil almışdır. Burada o, əsərlərinə görə 2 gümüş medal və bir nağd mükafat qazanmışdır. Helsted Düsseldorf, Nitsa, Florensiya və Roma şəhərlərinə etüd səyahətinə çıxmışdır. O, 1845-ci ildə Kopenhagen şəhərində bir rəssamlıq məktəbi təsis etmişdir. Helsted bu məktəbə 30 il rəhbərlik etmişdir.
O, 1849-cu ildən sonra rəssamlıq karyerasını sona çatdırmış və rəssamlıq dərsləri verməyə diqqət mərkəzinə çevirmişdir.[5]
Frederik Ferdinand Helsted 11 dekabr 1875-ci il tarixində, 66 yaşında Kopenhagen şəhərində vəfat etmişdir. O, Kopenagen şəhərində yerləşən Holmens qəbiristanlığında dəfn olunmuşdur.[6]
Şəxsi həyatı
redaktəHelsted 1841-ci ildə Anna Kristiane Vilhemin Olsen (1815–1889) ilə evlənir. O, rəssam Aksel Helstedin (1847–1907) atasıdır.
Seçilmiş əsərləri
redaktəHelsted çox sayda metaforik rəsm əsrləri çəkmişdir. Buna əlavə olaraq, o, litoqraflar üçün şablonlar hazırlamış və özü də litoqrafiya etmişdir. Helsted 1833-cü ildən 1849-cu ilə qədər Kopenhagen yaxınlıqlarında yerləşən Şarlottenborq sarayındakı, 1898-ci ildə Kral Teatrındakı və 1901-ci ildə Kopenhagen Bələdiyyə Binasındakı sərgilərdə ümumi olaraq, 53 rəsm əsəri ilə təmsil edilmişdir.
- Klarnet ifa edən kor ağsaqqal (dan. En blind Olding spillkende Klarinet). 1836-cı il.
- Minotaura qurban verilməkdən qaçmaq üçün mağarada sığınmış ana ilə qızı (dan. En moder med sin datter, som på flugt for ofringen til Minotaurus have søgt skjul i en hule). 1837-ci il.
- İki gülü düyən uşaqlar (dan. To børn som binde blomster); . 1841-ci il.
- Malotaran ilə quzu (dan. En hyrde med sit lam); study painted in Rome. 1845-ci il.
- Kabil və Habil (dan. Kain and Abel). 1847-ci il.
- Qumarbaz oğlan (dan. Dreng the spiller terre). 1847-ci il.
- Uşaq kəllələri (dan. Kinderköpfchen).
Mənbə
redaktəİstinadlar
redaktə- ↑ 1 2 3 4 5 6 RKDartists (nid.).
- ↑ 1 2 Frederik Ferdinand Helsted (ing.). OUP, 2006. ISBN 978-0-19-977378-7
- ↑ 1 2 F.F. Helsted // Kunstindeks Danmark (dan.).
- ↑ Helsted, Diveke. "F.F. Helsted". kulturarv.dk (danimarka). Kunstindeks Danmark & Weilbach Kunstnerleksikon. March 30, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 7, 2019.
- ↑ "Helsted, Frederik Ferdinand". runeberg.org (danimarka). Salmonsens konversationsleksikon. March 31, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 7, 2019.
- ↑ "Helsted, Carl Adolph, f. 1818". runeberg.org (danimarka). Dansk biografisk Lexikon. March 31, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 7, 2019.
Ədəbiyyat
redaktə- Biography at the Dansk biografisk Lexikon (in Danish)
- Carl Reitzel (Red.): Fortegnelse over Danske Kunstneres Arbeijder paa de ved det Kgl. Akademie for de skjønne Kunster i Aarene 1807–1882 afholdte Charlottenburg-Udstillinger. Samlet og udgivet af Carl Reitzel. Med en Indledning af Julius Lange. Thieles Bogtrykkeri, Kopenhagen 1883.
- Hans Wolfgang Singer (Hrsg.): Allgemeines Künstlerlexikon. Leben und Werke der berühmtesten bildenden Künstler, vorbereitet von Hermann Alexander Müller. 5. Auflage. Band 5. Literarische Anstalt Rütten & Loening, Frankfurt / Main 1921.
- Helsted, Frederik Ferdinand. In: Hans Vollmer (Hrsg.): Allgemeines Lexikon der Bildenden Künstler von der Antike bis zur Gegenwart. Begründet von Ulrich Thieme und Felix Becker. Band 16: Hansen–Heubach. E. A. Seemann, Leipzig 1923.
- Frederik Ferdinand Helsted. In: Carl Frederik Bricka (Hrsg.): Dansk biografisk Lexikon. Tillige omfattende Norge for Tidsrummet 1537–1814. 1. Auflage. Band 7: I. Hansen–Holmsted. Gyldendalske Boghandels Forlag, Kopenhagen 1893, S. 310 (dänisch, runeberg.org).
- Olaf Helsted: Slaegten Helsted. In: Personalhistorisk Tidsskrift, 6. Jg., 1941.
- Weilbachs Kunstnerleksikon. Udgivet af en komite støtte af Carlsbergfondet. Redaktion: Merete Bodelsen og Povl Engelstoft. Tredje udgave. Aschehoug, København, Band 1 (1949); Band 3, Nachträge (1952). 4. Auflage: 1994–2000.
- Emanuel Bénézit (Hrsg.): Dictionnaire Critique et Documentaire des Peintres, Sculpteurs, Dessinateurs et Graveurs de tous les temps et de tous les pays, Bd. 5, 1976.
- Ines Geschwandtner: Helsted, Frederik Ferdinand. In: Hans Paffrath (Hrsg.): Lexikon der Düsseldorfer Malerschule 1819–1918. Band 2: Haach–Murtfeldt. Herausgegeben vom Kunstmuseum Düsseldorf im Ehrenhof und von der Galerie Paffrath. Bruckmann, München 1998, ISBN 3-7654-3010-2, S. 73–74 (Abb.: Bildnis Thorwaldsen).
Xarici keçidlər
redaktə- Vikianbarda Frederik Ferdinand Helsted ilə əlaqəli mediafayllar var.