Fransisko Leon De La Barra - Wikipedia
Fransisko Leon de la Barra-i-Kixano (isp. Francisco León de la Barra y Quijano; 16 iyun 1863[1], Santyaqo-de-Keretaro[d] – 23 sentyabr 1939[1], Biarrits) — Meksika siyasətçisi və dövlət xadimi. O, 25 may 1911-ci ildən 5 noyabr 1911-ci ilə qədər Meksika Prezidenti olmuşdur.
Fransisko Leon de la Barra | |
---|---|
25 may 1911 – 5 noyabr 1911 | |
Əvvəlki | Porfirio Dias |
Sonrakı | Fransisko İqnasio Madero |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 16 iyun 1863[1] |
Doğum yeri | |
Vəfat tarixi | 23 sentyabr 1939[1] (76 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Təhsili |
|
Fəaliyyəti | siyasətçi, diplomat, vəkil, hakim |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəFransisko Leon ixtisasca hüquqşünas olmuşdur. O, 1901–1902-ci illərdə ikinci Panamerika Konqresinin nümayəndəsi olmuşdur. O, Porfirio Dias hökuməti dövründə İttifaq Konqresinin deputatı, Meksikanın Amerika və Avropanın müxtəlif ölkələrində səfiri olmuşdur. Prezident Porfirio Dias və vitse-prezident Ramon Korralın istefasından sonra Fransisko Leon yeni seçkilər təyin etmək mandatı ilə Meksikanın prezidentliyinə keçmişdir. Onun hökuməti Porfirio Diasın devrilmiş diktaturası ilə yeni rejim arasında keçidi təmin etməli idi. Bununla belə, intriqalar və kabinetindəki bəzi inqilabçılar vasitəsilə o, Fransisko İ. Maderonun tərəfdarları arasında daxili qarşıdurmalara nail olmuşdur. Eynilə, Emiliano Zapatanın qoşunlarına qarşı şiddətli bir kampaniya aparmış Leon Zapata və Maderonun qüvvələri arasındakı əlaqələri ayıra bilmişdir. Bir müddət sonra Fransisko Leon prezidentlikdən ayrılaraq İtaliyaya mühacirət etmişdir. Digər fəaliyyətləri arasında o, Birinci Dünya müharibəsinə son qoyan sülh müqavilələri ilə yaradılmış qarışıq arbitraj tribunallarının prezidenti olmuşdur.[2][3][4][5][6][7]
İstinadlar
redaktə- ↑ 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ Biblioteca Digital UANL, Nuevo León, México, 1933 (isp.)
- ↑ Instituto Nacional de Estudios Históricos de México, San Ángel, México, D.F (INEHRM) (isp.)
- ↑ Gobernates de México, Panorama Editorial, 1985 (isp.)
- ↑ Gobernates de México, Editorial Universo, México, 1988 (isp.)
- ↑ Diccionario Porrúa de Historia, Biografía y Geografía de México, Porrúa, México, 1971 (isp.)
- ↑ Resumen Histórico de los Gobernanes de México, Escorpio, S.A. de C.V., México, 1989 (isp.)
Əlavə ədəbiyyat
redaktə- García Puron, Manuel, México y sus gobernantes, v. 2. Mexico City: Joaquín Porrúa, 1984. (isp.)
- Henderson, Peter V.N. In the Absence of Don Porfirio: Francisco León de la Barra and the Mexican Revolution. Wilmington, Del.: Scholarly Resources 2000
- Katz, Friedrich. The Secret War in Mexico: Europe, the United States, and the Mexican Revolution. Chicago: University of Chicago Press 1981.
- Knight, Alan. The Mexican Revolution 2 vols. Cambridge: Cambridge University Press 1986.
- Krauze, Enrique, Mexico: Biography of Power. New York: HarperCollins 1997. ISBN 0-06-016325-9
- "León de la Barra, Francisco", Enciclopedia de México, vol. 8. Mexico City: 1996, ISBN 1-56409-016-7. (isp.)
- Orozco Linares, Fernando, Gobernantes de México. Mexico City: Panorama Editorial, 1985, ISBN 968-38-0260-5. (isp.)
- Ross, Stanley R. Francisco I. Madero: Apostle of Democracy. New York: Columbia University Press 1955.
Xarici keçidlər
redaktə- Short biography
- (isp.) Short biography
- (isp.) Another short biography
- Serrano Álvarez, Pablo. Cronología de la Revolución (1906-1917) (PDF) (ispan) (1st). Instituto Nacional de Estudios Históricos de las Revoluciones de México. 2011. ISBN 978-607-7916-11-6. İstifadə tarixi: 21 January 2017.