Fransa Qafqaz Komitesi - Wikipedia
Fransa - Qafqaz komitəsi - Azərbaycanın və Gürcüstanın Fransa tərəfindən tanınması üçün fəaliyyət göstərmiş qeyri-hökumət qurumu.
Yaranması
redaktə"Fransa-Qafqaz" komitəsi Azərbaycan və Gürcüstanla iqtisadi əlaqələr yatarmaqda marağı olan "Aique Navale Frans anse" cəmiyyətinin tərkibində yaranmışdı.
Yaranmasının səbəbi
redaktəKomitənin sədri Fransa parlamentinin üzvü, keçmiş ticarət naziri de Monzye Qafqaz respublikaları ilə, xüsusilə Azərbaycanla əlaqələrə böyük əhəmiyyət verirdi. Onun fikrincə, müsəlman ölkəsi olan Azərbaycan bütün İslam dünyası ilə əlaqələrin inkişafında mühüm rol oynaya bilərdi.
Fəaliyyəti
redaktəKomitənin üzvü Labri 1919 il avqustun 27-də Azərbaycan və gürcü nümayəndələrilə keçirilən iclasda Rusiyadan ayrılmış millətlərin müdafiə edilməsinin zəruriliyini bildirdi. Azərbaycan nümayəndələrindən Məhəmməd Məhərrəmov, Mir Yaqub Mehdiyev, Ceyhun bəy Hacıbəyli, gürcülərdən Qobeçia, knyaz Sumbatov və knyaz Avalov "Fransa-Qafqaz" komitəsinin işinə cəlb edilmişdilər. Komitənin avqustun 27-də keçirilən iclasında de Monzye Azərbaycan və Gürcüstan barəsində Fransa parlamentində çıxış etməyə razılıq verdi. Avqustun 28-də Azərbaycan və Gürcüstan nümayəndə heyətlərinin sədrləri komitənin üzvü Labri ilə görüşüb de Monzyenin parlament çıxış ının forma və xarakterini müzakirə etdilər. Bundan əlavə, de Monzye Fransa rəsmi dairələrinin Qafqaz respublikalarına, o cümlədən Azərbaycan və Gürcüstana münasibəti barədə Fransa xarici işlər nazirliyinə deputat sorğusu ilə müraciət etdi. Sorğuya cavabdan aydın oldu ki, Fransa hökuməti Azərbaycanla iqtisadi əlaqələr, o cümlədən ticarət münasibətləri yaratmağa meyl göstərir. Lakin bu, Fransa hökumətinin rəsmi və qəti mövqeyi demək deyildi, çünki "Fransa-Qafqaz" komitəsinin səylərinə baxmayaraq, Fransa hökumətinin Qafqaz mandatına sahib olmaq niyyəti olmamışdır.
Mənbə
redaktə- Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, I cild, Bakı, 2004.