Fransa Turkiye Muharibesi - Wikipedia
Türk-Fransa müharibəsi və ya Türkiyə İstiqlaliyyət müharibəsinin Cənub Cəbhəsi, həmçinin Kilikya kampaniyası və Fransızların Kilikiyaya müdaxiləsi — 1918-ci ilin dekabrından 1921-ci ilin oktyabrına qədər Türkiyə İstiqlaliyyət müharibəsi çərçivəsində Fransa ekspedisiya qüvvələri ilə 1920-ci ilə qədər nizamsız türk hərbi birləşmələri arasında, sonradan Türkiyə Böyük Millət Məclisi hökuməti rəhbərliyi ilə gedən döyüşlər.
Türk-Fransa müharibəsi | |||
---|---|---|---|
Türkiyə İstiqlaliyyət müharibəsi | |||
| |||
Tarix | dekabr 1918 - oktyabr 1921[1] | ||
Yeri | Kilikiya, Cəzirə | ||
Səbəbi | Fransanın Cənub-Şərqi Anadolunu işğal cəhdi | ||
Nəticəsi |
Türkiyənin qələbəsi: Kilikiya müqaviləsi, Ankara müqaviləsi, Lozanna müqaviləsi |
||
Ərazi dəyişikliyi | Türkiyə | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
Ümumi itkilər | |||
|
|||
|
|||
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəMudros müqaviləsindən sonra Fransa ordusu 1916-cı il gizli Says-Piko sazişinə uyğun olaraq Çukurovaya hərəkət etdi. Müharibədən sonra Osmanlı imperiyasının bölünməsi haqqında olan sazişdə Livan, Suriya, Şimali İraq və Türkiyənin cənub-şərqi Fransanın maraq zonası kimi tanınırdı. Fransızlar İskəndərun (Alexandretta) və Erganidəki mis mədənlərini ələ keçirdi. Digər tərəfdən, Mesopotamiyanın münbit torpaqları və Mosul vilayəti (burada iri neft yataqlarının olması ehtimal olunurdu) ingilislər üçün prioritet idi.[10] Razılaşmaya görə, fransızlar Anadolunun özlərinə ayrılan cənub bölgələrinə gələnə qədər Antep, Maraş və Urfa şəhərlərinə ingilislər nəzarət edəcəkdi.[11]
Elə həmin il Fransa-Erməni müqaviləsi bağlandı, ona əsasən Fransa erməni legionu yaradıldı. General Edmund Allenbinin komandanlığı altında Fransa erməni legionu erməni könüllülərdən ibarət idi.[12]
Hadisələrin gedişi
redaktəOsmanlı imperiyası ilə Antanta ölkələri arasında 1918-ci ildə Mudros müqaviləsinin imzalanmasından dərhal sonra Fransa qoşunları noyabrın 12-də fransız briqadasının daxil olduğu İstanbulun işğalında iştirak etdi.[13]
1919-cu il martın 18-də fransız qoşunları Zonquldak və Ereğliyə desant endirdilər. Əsas döyüş meydanı fransızların maraq zonası hesab etdikləri Kilikiya idi. 1918-ci il noyabrın 17-də 15 minə yaxın fransız əsgəri (150 fransız zabitinin komandanlığı altında Fransa erməni legionunun əsgərləri) Mersinə daxil oldu. Fransa ordusu noyabrın 19-da Tarsusu işğal etdi. Fransa qoşununun qərargahının Adanada yerləşdirmək üçün hazırlıqlar başladı. 1918-ci ilin sonunda bütün Kilikiya Fransanın işğalı altında idi. 1919-cu ildə fransızlar Anadoluda Antep, Maraş və Urfa vilayətlərini işğal edərək oradakı ingilisləri əvəzlədilər. Fransızlar bölgəni yaxşı tanımadıqları üçün erməni birləşmələrindən fəal istifadə edirdilər ki, bu da oradakı türklərlə ermənilərin düşmənçiliyi səbəbindən gərginliyin sürətlə artmasına səbəb oldu.[14]
1919-cu il oktyabrın 31-də Sütçu İmamla baş verən hadisə Maraş uğrunda döyüşün başlanğıcı oldu.[15] 1920-ci ilin fevralında fransızlar Maraşdan çıxmağa məcbur oldular.[16][17] Onların getməsi Maraşda qalan erməni əhalisinin yerli türklər tərəfindən qovulmasına səbəb oldu.[18]
Urfa bölgəsində Əli Sahib Ursavaş bəy öz tabeliyinə üç minə yaxın adam topladı.[19] Beləliklə Urfa döyüşü başladı. 1920-ci ilin fevralında onlar Urfa fransız qarnizonuna ultimatum təqdim etdilər və 1920-ci ilin aprelində fransız qarnizonu boşaldıldı.[20]
1920-ci ilin aprelində Antep fransızlara və ermənilərə qarşı üsyan qaldırdı. Ancaq Suriyadan təzə qoşunlar gətirən fransızlar Antepi mühasirəyə aldılar. Onlar mühasirəyə alınmış şəhəri artilleriya atəşi ilə məhv etməyə başladılar.[21] 11 aylıq mühasirə zamanı bir neçə on minlərlə bina dağıdıldı və 6 mindən çox insan (əsasən dinc sakinlər) həlak oldu.[22]
Maraş və Urfanı tərk edən fransızlar buna baxmayaraq Kilikiyanı tərk etmək fikrində deyildilər. Türk millətçilərinin növbəti vəzifəsi Tavr dağlarındakı aşırımlara nəzarəti ələ keçirmək idi.[23] 1920-ci ilin mayında Kilikiya qapılarının (Gülək dərəsi) şimalında yerləşən Pozantı dəmir yolu stansiyasında fransız qarnizonunun yolu kəsildi.[24] Fransanın blokadanı qaldırmaq üçün iki cəhdi uğursuz olduqdan sonra 500 nəfərlik qarnizon şəhəri tərk edərək cənubdakı dağları keçərək mühasirədən çıxmağa çalışdı. Mayın 28-də fransız hərbi kolonu 40 türk partizanının pusqusuna düşdü. Fransız komandiri mayor Mesnil təslim oldu. O, komandanlığa verdiyi hesabatda 15 min türkün əhatəsində olduqlarını iddia etmişdi. Bundan sonra yerli türk və fransız birləşmələri arasında 20 günlük atəşkəs sazişi bağlandı. Fransızlar Pozantı və ətraf əraziləri tərk etməyə razı oldular.
Mustafa Kamal Paşa avqustun 5-də Fevzi Paşa ilə birlikdə nizamsız qüvvələrin hərəkətlərini şəxsən əlaqələndirmək üçün Pozantıya gəldi. Döyüş Sevr müqaviləsi ilə fransızlara təslim olan şərqi Kilikiyaya keçdi. Oktyabrın 15-16-da türk nizamsız qüvvələri Tavr dağlarında ermənilərin qalası olan Hacın şəhərinə basqın etdilər.[24]
9 fevral 1921-ci ildə mühasirəyə alınan Antep fransızlara təslim oldu. Müdafiəçilərin qəhrəmanlığının xatirəsinə Türkiyə Böyük Millət Məclisi şəhərin adına “Qazi” fəxri prefiksini əlavə edərək, adını dəyişdirərək Qaziantep qoydu.[25] Bununla, cənub cəbhəsində əsas hərbi əməliyyatlar sona çatdı. Fransızlar qərb cəbhəsində türklərlə yunanlar arasında gedən döyüşlərin necə bitəcəyini gözləməyə başladılar.
Nəticə və yekun
redaktə1921-ci il fevralın 21-də Türkiyə ilə bağlı məsələlərin həlli üçün London konfransı başladı. Martın 9-da keçirilən bu konfransda Türkiyə Böyük Millət Məclisi hökumətinin nümayəndəsi Bəkir Sami Kunduh Fransa tərəfi ilə hərbi əməliyyatların dayandırılması və fransız qoşunlarının Türkiyənin cənubundan cəbhə xəttindən kənara 1918-ci ildə atəşkəs vaxtı olan cəbhə xətinə çıxarılması barədə razılığa gəldi.[26] Bunun müqabilində fransızlar Türkiyənin cənubunda və şərqində iqtisadi imtiyazlar aldılar. Lakin Mustafa Kamal Paşa cəbhələrdə daha əlverişli vəziyyətin yaranmasını gözləmək qərarına gələrək bu müqaviləni Məclisin təsdiqinə təqdim etmədi.
Türklər yunanları İkinci İnönü döyüşündə məğlub etdikdən sonra Mustafa Kamal danışıqları davam etdirməyin vaxtının gəldiyinə qərar verdi.[27] İyunun 8-də Fransa Milli Assambleyasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Henri Franklin-Builyon Ankaraya gəldi (formal olaraq şəxsi səfərlə, əslində Fransa xarici işlər naziri Artistide Brianın nümayəndəsi kimi). Türkiyəyə böyük fransa kapitalı yatırıldı, Fransa normal münasibətlər qurmaqda maraqlı idi, lakin türk millətçiləri kapitulyasiya sisteminin ləğvini tələb edirdilər, Fransa isə o anda bunu etməyə hazır deyildi. Franklin-Buillon heç bir razılaşma əldə etmədən Parisə getdi, ancaq xoşməramlılıq əlaməti olaraq fransız qoşunları 8 iyun 1921-ci ildə Qaradəniz Ereğlini, 18 iyunda isə Zonquldağı tərk etdilər.
Sentyabrın 3-də Sakarya döyüşü yunan ordusunun geri çəkilməsi ilə başa çatdı[28] və sentyabrın 20-də Franklin-Bulyon bu dəfə iki fransız zabitinin müşayiəti ilə yenidən Ankaraya gəldi. Uzun və çətin danışıqlardan sonra 20 oktyabr 1921-ci ildə müqavilə imzalandı (fransızlar “müqavilə” sözünü işlətmək istəmədilər, çünki ingilislərlə müqaviləyə əsasən, onlar ayrıca sülh bağlamalı deyildilər). Hərbi əməliyyatlar dayandırıldı, əsirlərin dəyişdirilməsi qərara alındı. Türkiyə ilə sərhəd Fransanın mandat Suriyası arasında təyin olundu.[29]
Yeni sərhəd xətti əsasən türklərin məskunlaşdığı İskəndərun bölgəsini Fransa tərəfində qaldığı üçün müqavilənin ratifikasiyası Türkiyə Böyük Millət Məclisində çətinliklər yaratdı.[30] Bununla belə, Franklin-Buillon söz vermişdi ki, Fransa tərəfi Türkiyəyə ehtiyacı olmayan silahları zavod qiymətinə satacaq və onların geri çəkilmə zamanı fransız birlikləri tərəfindən onlara veriləcək. Beləliklə, türk qoşunları Yunan cəbhəsindən bu ərazilərə əlavə silah gətirmək məcburiyyətində qalmayacaq. Fransız qoşunları ilə birlikdə Kilikiyaya gələn ermənilər onlarla birlikdə getməyə üstünlük verdilər.
1921-ci il dekabrın 21-də türk qoşunları Adanaya, dekabrın 25-də isə Qaziantepə daxil oldular.
Ankara müqaviləsi ilə Antanta dövlətlərinin siyasi birliyi pozulmuş və yeni türk dövləti Fransa tərəfindən tanındı. Müqavilə imzalandıqdan sonra iki ölkə də bir-birinə nümayəndə göndərmişdir. Bu müqavilə nəticəsində Cənub cəbhəsindəki müharibə rəsmən sona çatdı və Türkiyənin cənub sərhədi müəyyənləşdi. İsgəndərun sancağı Suriyanın tərkibində qalırdı, lakin bu sancaqlığa xüsusi imtiyazlar və muxtariyyət verilirdi. Türklər ən böyük etnik qrup olduqlarından vilayətin idarə olunmasında üstün qəbul edilirdilər. Osmanlının qurucusu I Osmanın atası Süleyman şahın Suriyada olan məzar-türbəsi Türkiyə torpağı hesab edildi.[30]
İstinadlar
redaktə- ↑ Millî Mücadele'de İlk Kurşun ve Dörtyol'un Düşman İşgalinden Kurtuluşu Arxiv surəti 15 mart 2018 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2018-03-15 at the Wayback Machine (Turkish)
- ↑ en:Erik Jan Zürcher: Turkey: A Modern History, I.B.Tauris, 2004, ISBN 1850433992, page 149 Arxivləşdirilib 2023-06-18 at the Wayback Machine.
- ↑ Military Training Publishing Corporation, 1921, National service (Volumes 9–10), page 287.
- ↑ Yücel Güçlü: The question of the Sanjak of Alexandretta: A study in Turkish-French-Syrian relations, Turkish Historical Society Printing House, 2001, ISBN 9751614031, page 36.
- ↑ Yücel Güçlü, 2001, page 36.
- ↑ Western Society for French History. Meeting: Proceedings of the ... Annual Meeting of the Western Society for French History, New Mexico State University Press, 1996, page 206 Arxivləşdirilib 2022-06-09 at the Wayback Machine.
- ↑ Ahmet Hulki Saral, Türk İstiklal Harbi Güney Cephesi IV, Ankara, 1996, pg 47
- ↑ Guclu, Yucel: Armenians and the Allies in Clicia 1914-1923 (2010). University of Utah Press. June 2009. Page 144, quoting Henry Franklin-Bouillon: "In Cilicia, France was expending 5 million francs a year and had buried some 5,000 of its sons..."
- ↑ tr:Turgut Özakman: Vahidettin, M. Kemal ve milli mücadele: yalanlar, yanlışlar, yutturmacalar, Bilgi Yayınevi, 1997, ISBN 9754946698, page 444.
- ↑ "Arxivlənmiş surət". 2004-12-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-04.
- ↑ "Arxivlənmiş surət". 2004-12-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-04.
- ↑ "Армянский легион: история разочарования". 2022-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-27.
- ↑ Fromkin, David. A Peace to End All Peace: The Fall of the Ottoman Empire and the Creation of the Modern Middle East. Macmillan. 2009. 360–373. ISBN 978-0-8050-8809-0.
- ↑ This is the figure given by French diplomat en:Philippe Berthelot during the London conference: Great Britain, Foreign Office. Documents on British Foreign Policy, 1919–1939. 1st series. Eds. Rohan Butler and J.P.T. Bury. London: H.M. Stationery Office, 1958, vol. 7, p. 301.
- ↑ Robert Farrer Zeidner, The Tricolor over the Taurus: The French in Cilicia and Vicinity, 1918-1922, Atatürk Supreme Council for Culture, Language and History, 2005, ISBN 978-975-16-1767-5, p. 169.
- ↑ Rustow, Dankwart A. “The Army and the Founding of the Turkish Republic.” World Politics, vol. 11, no. 4, 1959, pp. 513–52. JSTOR, https://doi.org/10.2307/2009591. Accessed 17 Apr. 2024.
- ↑ Nejla, Günay (2019). "First Victory of The National Struggle: The National Struggle and Heroism of Marash". Journal of Turkology. 29 (1): 47–74. doi:10.26650/iuturkiyat.665123.
- ↑ Kerr, Stanley E. The Lions of Marash: Personal Experiences with American Near East Relief, 1919-1922. Albany: State University of New York Press, 1973, p. 63.
- ↑ The supplies activities during the Turkish war of independence Arxivləşdirilib 2011-06-21 at the Wayback Machine, Murat Günal Ataman, Hacettepe University (Atatürk Institute for Modern Turkish History), Ankara 2007, page 49
- ↑ Kerr, Stanley E. The Lions of Marash: Personal Experiences with American Near East Relief, 1919-1922. Albany: State University of New York Press, 1973, p. 214.
- ↑ Proceedings of the annual meeting of the Western Society for French History, Volume 24, Western Society for French History, 1997, p. 206.
- ↑ Ömer Asım Aksoy: Halkevi Konuşmaları, C.H. Partisi Basımevi, 1938, sayfa 174
- ↑ "Trains of Turkey | Network / CilicianGates". 2016-05-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-09.
- ↑ 1 2 Edwards, Robert W. The Fortifications of Armenian Cilicia: Dumbarton Oaks Studies XXIII. Washington, D.C.: Dumbarton Oaks, Trustees for Harvard University. 1987. 62–65, 139–142, 281, 283, pls.6a–8b, 91a–94a. ISBN 0-88402-163-7.
- ↑ "Antep Savunması hakkında ayrıntılı bilgi ve resimler içeren internet sitesi". 2013-06-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-09.
- ↑ П.В.Шлыков. "БЕКИР Сами-бей (Кундух) — информация на портале Энциклопедия Всемирная история". w.histrf.ru. 2019-11-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-03.
- ↑ S. Eriş Ülger. Özgün belge ve fotoğraflarla Mustafa Kemal Atatürk. Turkish Grand National Assembly. 1996. səh. 93.
- ↑ R. G. Grant. 1001 Battles That Changed the Course of World History. Universe. 2011. 777. ISBN 978-0-7893-2233-3.
- ↑ "Ankara, Treaty of" in The New Encyclopædia Britannica. Chicago: Encyclopædia Britannica Inc., 15th edn., 1992, Vol. 1, p. 423.
- ↑ 1 2 "Franco-Turkish agreement of Ankara" (PDF) (fransız və ingilis). 16 January 2013 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 8 August 2014.
Ədəbiyyat
redaktə- И. Г. Дроговоз «Турецкий марш: Турция в огне сражений», — Минск: «Харвест», 2007. ISBN 978-985-16-2075-9
- Финкель Кэролайн. История Османской империи. Видение Османа (3000 nüs.). М.: АСТ, Мидгард. 2010. ISBN 978-5-17-043651-4.
- Andrew Mango «Ataturk», — London: John Murray, 2004. ISBN 978-0-7195-6592-2.
- Саакян Р. Г. Франко-турецкие отношения и Киликия в 1918-1923 гг. — Ереван, из-во АН АрмССР, 1986. 283 с., 3000 экз.
Xarici keçidlər
redaktə- Türkiyə Qurtuluş Savaşı Arxivləşdirilib 2015-05-12 at the Wayback Machine
- Atatürk və Qurtuluş müharibəsi Arxivləşdirilib 2011-11-20 at the Wayback Machine
- Qurtuluş müharibəsi muzeyi (TBMM) Arxivləşdirilib 2014-02-21 at the Wayback Machine
- Türk Qurtuluş müharibəsi: Əhatəsi və idarəçilik problemi
- Türkiyə Milli Qurtuluş Müharibəsi 1919–1923
- Milli Mübarizədə daxili üsyanlar, vətənə xəyanət və İstiqlal Məhkəmələri
- Qurtuluş müharibəsi, müharibədə Atatürk, müharibənin nəticələri
- Milli Mübarizədə türk qadını