Firidun bəy Köçərli (26 yanvar1863, Şuşa – 5 iyun 1920, Gəncə) — Azərbaycan maarifçisi, pedaqoq, metodist, ədəbiyyatşünas, publisist, Azərbaycan ədəbiyyat tarixçiliyi elminin banisi.[2][3][4]
Firudin bəy Köçərli 26 yanvar 1863-cü ildə Şuşa şəhərində anadan olub. 1872–1876-cı illərdə Şuşada Mirzə Kərim Münşinin mədrəsə məktəbində təhsil almışdır. Daha sonra 1876-cı ildə Şuşadakı rus məktəbinə daxil olur.[5]1878-ci ildə Aleksey ÇernyayevskiZaqafqaziya müəllimlər seminariyasına tələbə toplamaq məqsədilə bu məktəbə gəlir və Firidun bəyi də təhsil almaq üçün Qoriyə aparır.[2] 1879–1885-ci illər ərzində o Zaqafqaziya müəllimlər seminariyasında təhsil alır. Təhsil aldığı müddətdə müəllimləri A. O. Çernyayevski və M. Kipiani ilə yaxın münasibət saxlayır.[6]
1885-ci ildə seminariyanı bitirdikdən sonra İrəvan gimnaziyasına təyinat alır.[7] 1885–1890-cı illərdə İrəvanda fəaliyyət göstərdiyi dövrdə gimnaziyada ana dili, hüsnxətt fənlərini tədris etmiş, pansion mürəbbisinin köməkçisi vəzifəsini daşımışdır.[8] Pedaqoji sahədə müvəffəqiyyətlərinə görə dəfələrlə mükafatlandırılmışdır. Ona "Kollecski sekretar", "Titulyar sovetnik" və "Statski sovetnik" rütbələri verilmişdir. 1893–1894-cü illərdə yenidən İrəvan gimnaziyasında fəaliyyət göstərir. 1895-ci ildə isə İrəvan şəhərini tərk edir. Elə həmin ildə Qori Müəllimlər Seminariyasının "tatar şöbəsi"-nin Azərbaycan dili və şəriət müəllimi təyin edilir. 1918-ci ilə qədər Qoridə pedaqoji fəaliyyətini davam etdirir. 1897-ci ildə Vəkilovlar nəslindən olan Badisəba xanım Köçərli ilə ailə həyatı qurur.[9] 1910-cu ildə Qori Seminariyasının Azərbaycan şöbəsinin müvəqqəti təlimatçısı sonradan isə seminariyanın Azərbaycan şöbəsinin inspektoru vəzifəsinə təyin olunmuşdur. 1916–1917-ci illərdə seminariyanın Azərbaycana köçürülməsi üçün təşəbbüs göstərmiş, təkliflər irəli sürmüşdür. Siyasi proseslərə qoşularaq, "Müsavat" partiyasına üzv olmuşdur.[2]
1918-ci ildə Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsini tədris ləvazimatı və avadanlığı ilə birlikdə öz xərcinə Qazax şəhərinə köçürmüş, bunun əsasında Azərbaycan Müəllimlər Seminariyası yaradılmışdır. Firidun bəy Köçərli seminariyanın direktoru təyin olunur. 17 sentyabr tarixindən Qazax Müəllimlər Seminariyasında ilk dərslər başlayır. Sonradan Qazaxda ilk uşaq evi açır. 1918-ci il 28 may tarixində Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının üzvü seçilir, və İstiqlal bəyannaməsini imzalayır.[10] 1919-cu il fevralın 1-də Müsavat partiyasının səyyar bürosunun Mərkəzi Komitəsinin təşəbbüsü ilə təşkil edilmiş Qazax şöbəsinə sədr seçilir. Sovet işğalına qədər Qazax Müəllimlər Seminariyasına rəhbərlik edir.[6]
1884-cü ildə Qori müəllimlər seminariyasında təhsil alarkən "Təlimi-Sokrat" əsərini yazıb. İrəvan gimnaziyasında çalışdığı illərdə Zöhrabzadə ilə birlikdə "Təlimi-lisani-türkü" adlı dərslik tərtib etmişdir. 1886-cı ildə ilk teatr tamaşasını qoymuşdur. 1890-cı ildə isə İrəvanda "Müsyö Jordan və dərviş Məstəli şah" komediyasını tamaşaya qoyub. 1891-ci ildə "Təlimi-Sokrat" adlı kitabı Bağçasarayda "Tərcüman" mətbəəsində 1892-ci ildə isə A. S. Puşkindən tərcümə etdiyi "Torçu və balıq" mənzum nağılı İrəvan şəhərində kitab halında çapdan çıxmışdır. M. Y. Lermontovun "Üç xurma ağacı" və A. Koltsovun "A kişi, niyə yatıbsan?" şeirlərinin tərcüməsindən ibarət kitabı Şuşada çap edilmişdir.[11] "Tatar komediyaları" adlı ilk elmi məqaləsi "Novoye obozreniye" qəzetində dərc olunmuşdur. 1898-ci ildə "Ərəb əlifbası və onun qüsurları" silsilə məqaləsi "Qafqaz" qəzetində dərc olunur. 1900-cü ildə Müəllimlər Seminariyasının Ümumdünya Paris sərgisində Qori Seminariyasından nümayiş etdirilən eksponatlar sırasına F. Köçərlinin kitabları da daxil edilir. 1903-cü ildə Tiflisdə "Azərbaycan tatarlarının ədəbiyyatı" kitabı rus dilində çap edilir. Elə həmin ildə M. F. Axundovun "Aldanmış kəvakib" povestini rus dilinə çevirir. 1904-cü ildə A. P. Çexovun "At familiyası" hekayəsini tərcümə edib, kiçik bir müqəddimə ilə "Şərqi-Rus" qəzetində dərc etdirir.[6] 1906-cı ildə "Molla Nəsrəddin" jurnalının nəşrə başlamasını təqdir edərək, jurnalın birinci üç aylıq fəaliyyəti barədə icmal hazırlayıb, "Tiflisskiy listok" qəzetində dərc etdirir. "İrşad" qəzetində "Bir darülmüəllimin kifayətdir" adlı məqalə ilə çıxış edərək, Azərbaycanda müstəqil Müəllimlər Seminariyası yaradılması məsələsini qaldırır. Cəlil Məmmədquluzadənin "Usta Zeynal" kitabçası haqqında eyni adlı məqaləni "Znaniye" qəzetində çap etdirir. 1911-ci ildə M. F. Axundzadənin anadan olmasının 100 illik yubileyi münasibətilə Tiflisdə keçirilən təntənəli yığıncaqda məruzə ilə çıxış edib. "Mirzə Fətəli Axundov" adlı kitabı çap olunub.[12] 1912-ci ildə uşaqlar üçün yazdığı "Balalara hədiyyə" kitabı Bakıda "Kaspi" mətbəəsində çap olunur. 1913-cü ildə yazdığı "Azərbaycan ədəbiyyatı tarixi" adlı üç cildlik əsərini tamamlamışdır.[13] 1920-ci ildə "Vətən dili"nin I hissəsinin yenidən işlənməsində xidmətləri olmuşdur. Onlarla dərsliyə düzəliş etmiş, nəzəri materialı, hekayələri artırmış, metodika və stilistikasını zənginləşdirmişdir. Ölümündən sonra 1925-ci ildə "Azərbaycan ədəbiyyatı tarixi materialları" kitabının I hissəsi 1926-cı ildə isə kitabın II hissəsi çap edilmişdir.[13] Uşaqlar üçün yazdığı "Balalara hədiyyə" kitabı isə 1967,1972 və 2013-cü illərdə çap edilmişdir.[2]
1920-ci ilin mayında Qazax kommunistləri Köçərlini və digər "Müsavat" funksionerlərini "xalqa xəyanətdə", "milli nifaq törətməkdə", "torpaq və mülk zəbt etməkdə", general-qubernator Ə. Xoyskinin etibarlı şəxsləri olmaqda ittiham etdilər.[2] Qazax İnqilab Komitəsinin Gəncə Fövqəladə Komitəsinə təqdimatına əsasən, ədib həbs olunmuş, 20-ci diviziyanın 7-ci xüsusi bölməsi xüsusi şöbəsində şahidlər dindirilmədən, verilmiş izahatlar nəzərə alınmadan güllələnməsi haqqında qərar çıxarılmışdır. Qərar 7-ci xüsusi bölmənin rəisi Liberman və fövqəladə komissar Həmid Sultanov tərəfindən təsdiq edilmiş, hökm yerinə yetirilmişdir.[14][15]
Mən, iyirminci diviziyanın xüsusi şöbəsinin hərbi müstəntiqi bu gün Firidun bəy Köçərlinskinin əksinqilabçı kimi ittihamnaməsi üzrə işinə baxaraq və Qazax İnqilab Komitəsinin ona verdiyi xasiyyətnaməni nəzərə alaraq bildirirəm ki, müttəhim Köçərlinski özünün hakimiyyətindən və böyük səlahiyyətindən istifadə edərək zəhmətkeş xalqa zorakılıq göstərmişdir. Köçərlinski Qazaxda "Müsavat" partiyasının sədri olarkən millətçilik ehtiraslarını qızışdırmışdır. Nəticədə qonşu millətlər arasında toqquşmalar baş vermişdir. Onun verdiyi izahat heç də inandırıcı deyildir... Məttəhim Köçərlinskinin şahidlərin dindirilməsi haqqında ərizəsini nəticəsiz qoymaq (rədd etmək) lazımdır. Onun gələcəkdə azadlıqda qalması Qazax qəzasında əksinqilabi hərəkatın baş verməsinə, fəhlə və kəndlilərin günahsız olaraq qanlarının tökülməsinə səbəb ola bilər.
Qərara alınır: müttəhim Köçərlinski güllələnsin.
Təsdiq edirəm: 7№-li Xüsusi bölmənin rəisi Liberman
Firudin bəyin irsinin araşdırılması, Azərbaycan Milli Hərəkatı ilə əlaqəsinin olmasına görə sovet dövründə xüsusən də Stalinin hakimiyyəti dövründə demək olar ki mümkünsüz idi. İlk dəfə 1957-ci ildə Bəkir Nəbiyev onun irsini araşdırmışdır. O, arxiv materialları toplayaraq Firudin bəyin sağ qalan tələbələri ilə görüşərək 1960-cı ildə "F. Köçərlinin həyat və yaradıcılığı" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir.[17] 12 sentyabr 1967-ci ildən Respublika Uşaq Kitabxanası Firidun bəy Köçərlinin adını daşıyır.[18] 2013-cü ildə Firudin bəy Köçərlinin anadan olmasının 150 illik yubileyi keçirilmişdir.[19]
Bir millətin malını, dövlətini və hətta vətənini əlindən alsan ölüb itməz, amma dilini alsan fot olar, ondan bir nişan qalmaz.[2]
Əgər bir xalqı məhv etmək, onu adam toplusuna çevirmək istəyirsinizsə, müəllimini savadsız, həkimini isə kəmsavad eləyin. Biri onun başını, o biri canını zay eləsin.
Müəllimlik ağırdır, ancaq pak və müqəddəs xidmətdir. Seminariyada aldığınız elm və tərbiyəni elə yüksək və hündür məqamda saxlayın ki, nuru ətrafı da işıqlandıra bilsin.
Hər bir xalqın maddi yoxsulluğu, iqtisadi düşkünlüyü onun zehni yoxsulluğunun, mənəvi düşkünlüyünün nəticəsində meydana çıxır.
Mən, balalara hədiyyə olmaq üçün xalqımızın yaratdığı nağıl və hekayələrdən, məsəl və tapmacalardan və bir çox mənzumələri toplayıb bu kitabı tərtib etdim ki, onlar unudulub xatirələrdən çıxmasın.
Hər millətin özünəməxsus ana dili var ki, onun məxsusi malıdır. Ana dili millətin mənəvi diriliyidir, həyatının mayəsi mənziləsindədir. Ananın südü bədənin mayəsi olduğu kimi, ananın dili də ruhun qidasıdır, hər kəs öz anasını və Vətənini sevdiyi kimi, ana dilini də sevir.
Əsl ədəbiyyat həyati həqiqətləri əks etdirməklə yanaşı cəmiyyəti, xalqı qabaqcıl ideyalarla silahlandırmalıdır, onun azadlıq mübarizəsinə kömək etməlidir: həqiqi şair millət və Vətən yolunda canlar fəda etmək lazım isə vətən oğlanlarının ürəyinə yandırıcı od salıb, onları hər qisim fədakarlığa və cannisarlığa şövqmənd etməlidir.
Nə qədər bir qövm və tayfa elmsiz və mərifətsiz olsa, bir o qədər onun ədəbiyyatı zəif və biməzmun olacaqdır. Hətta çox tayfalar vardır ki ədəbiyyat nə olduğunu bilməzlər. Bunlar dünya üzündə çox müddət yaşamayıb puç və zay olurlar. Tərəqqi və səadət fikrində olan və ədəbi zindəganlıq arzusuna düşən qövm və millət gərəkdir ən əvvəl öz ana dilinin vüssət və qüvvət tapmağına səy və himmət göstərsin və ədəbiyyati-milliyəsinin asari-nəfisə və təsnifati-məmduhə ilə zənginləşdirsin.
Ey qardaşlar, həyatın qədrini biliniz, oyanınız, hərəkət ediniz, qapı-bacalarınızı açınız, evinizə işıq düşsün, üfunətli və ağır havası dəyişilsin. Gözlərinizin tozunu silib diqqət ilə ətrafa baxınız, hər kəs işləyir, çalışır, həyatdan nəfbərdar olur.
Biz dilimizi bilmirik və bunda təqsir bizdədir, dilimizdə deyil. Fars və ərəbə meyil və rəğbətimiz o qədər çox olubdur ki, öz dilimizdə olan sözləri atıb əvəzinə əcnəbi dillərin qəliz ibarələrini və sözlərini götürmüşük və götürdüyümüz sözləri və ibarələri öz dilimizin şivəsinə uydurmayıb eyni halı ilə dilimizə qarışdırmışıq və nəqabil pinəçilər kimi əlimizə hər nə düşübsə, paltarımıza yamamışıq. Bizim qəzetlərdə çap olunan məqalələr, teleqram tərcümələri, hətta elanlar o qədər dolaşıq və çətin dildə yazılır ki, oxuyanlar başa düşməyir və başa düşmədikləri halda qəzetə oxumaqdan rəğbətləri kəsilir. Dilin şivəsini itirmək və üslubunu pozmaq böyük fəsaddır. Mərhum Həsənbəy Məlikovun “Əkinçi” qəzetinin nömrələri əlinizə düşsə, oxuyub bu mətləbin barəsində bir az fikir eləyin[2].
Firidun bəy Köçərli folkloru cameədəki insanların tərbiyəsi, ayılması və savadlanması üçün mühüm vasitələrdən hesab edirdi, ona görə də xalq ədəbiyyatının toplanması və nəşri üçün çalışırdı.
Firidun bəyin təkcə bir müəllim kimi deyil, həm də öz xalqının ədəbiyyatını sevən alovlu vətəndaş kimi Azərbaycan ədəbiyyatını təbliğ etməsi mənim qəlbimdə nəcib hisslər oyadırdı. Firidun bəy haqqında hamı belə fikirdə idi ki, o son dərəcə böyük adamdır. Böyüklüyü də ondadır ki, doğulduğu torpağa, mənsub olduğu xalqa – onun ədəbiyyatına ideal dərəcədə sadiqdir.
Firidun bəy Köçərli ən müqtədir, ən sevgili ədiblərimizdən biridir. Bu şəxs ədəbiyyat tariximizi yazmaqla bütün keçmişimizi diriltdi. Şairlərimizin ülvi ruhlarını canlandırdı və həyatifikriyyəmizi təbii yoluna saldı. Çox heyf ki, Firidun bəy həzrətlərinin çox az əsərləri oxuculara mal oldu. Ən guzidəsi “Azərbaycan türklərinin ədəbiyyat tarixi” hələ təb olunmayıb qalır. Bu kitabı şərqşünas bir əcnəbi yazsa idi Avropada onun ilə böyük ad qazanardı. Görəsən bəs bizim aramızda Firidun bəy Köçərli cənabları kimi adamların əmələ gəlməsini niyə şux və həvəs ilə qarşılamırıq?
Firidun bəyin ədəbiyyat tədqiqatı Azərbaycan ədəbiyyatşünaslığı üçün çox qiymətli və tarixi xidmətdir. Onun sayəsində qədim dövrün bir çox şairləri və əsərləri meydana çıxarılıb xalqa tanıdılmışdır. Yenə onun tədqiqatı sayəsində böyük-kiçik Azərbaycan şairləri haqqında, vaxtında ilk təsəvvür hasil edilmişdir. Onun əsərləri uzun illər qədim ədəbiyyat tarixçiləri üçün mənbə və vəsait olmuşdur. Bir institutun görə bilmədiyi işi F.B.Köçərli təkbaşına görmüşdür.
Ədəbi ictimaiyyətimizin Köçərli yaradıcılığı ilə yaxından maraqlanması tamamilə təbiidir. Çünki XIX əsrin sonu, XX əsrin birinci rübündə geniş ədəbi, ictimai, elmi-pedaqoji fəaliyyət göstərmiş Köçərlinin zəngin irsi ədəbiyyatımızın həmin dövrü haqqında geniş təsəvvür yarada bilən qiymətli mənbələrdəndir. Firidun bəy Köçərli Azərbaycan ədəbiyyatşünaslığı tarixində ilk dəfə olaraq ədib və şairlərimizin böyük bir qismini əhatə edən ədəbiyyat tarixini yazmışdır. Bu əsərdə 129 şairin ədəbi irsi və onlardan böyük bir qisminin tərcümeyi-halı verilmiş, əsərləri haqqında orijinal fikirlər söylənmişdir. Firidun bəy Köçərlinin həm tənqidi məqalələrində, həm də tədqiqatçılıq fəaliyyətində bariz şəkildə nəzərə çarpan xüsusiyyətlərdən biri və demək olar ki, ən başlıcası, onun müasirlik problemini həmişə diqqət mərkəzində saxlamasıdır.
Firidun bəy Köçərlinin gələcək haqqında sağlam bir romantikası vardı. O, bəzən üzünü sinfə tutaraq, uşaqlara yanıqlı bir səslə deyərdi ki, sizə baxarkən mən Azərbaycan xalqının günəşli gələcəyini təmin edəcək xoşbəxtlər nəslini görürəm. Oxuyun, balalarım, xalqımızın nicat yollarında ona dayaq olun.
Firidun bəy Köçərli mənim qəlbimdə həssas bir insan, qərəzsiz ədəbiyyatçı, yorulmaz bir maarifçi kimi əbədi iz buraxmışdır. Bizim el ədəbiyyatımız o qədər vüsətlidir ki, onu yazmaqla qurtaracaq şeylərdən deyil. Millətimizin istedad və məharəti-fitrilərinə və əhvali-ruhiyyəsinə aşina olmaq istəyənlər möhtərəm Firidun bəy Köçərlinin “Balalara hədiyyə” kitabçasında istifadə edə bilərlər. O, camaatımızın arasından nağıl, məsəl, tapmaca və şeirləri bir yerə toplamaqla körpələrimizə böyük hədiyyə etmişdir[2][7].
M.F.Axundov həzrətlərinin təvəllüdündən 100 il müruretmə münasibətilə yazılmış risaleyi-yadigaranədir /Firidun bəy Köçərli. - Tiflis, Kultura, 1911. - 71 s.
Balalara hədiyyə (milli nağıl və hekayələr, məsəl və tapmaca və növbənöv mənzumələr məcmuəsi) /Firidun bəy Köçərli. - Bakı, 1912. - 101 s. Ərəb əlifbasında.
Azərbaycan ədəbiyyatı tarixi materialları /Firidun bəy Köçərli. - Bakı: Azərnəşr, 1925.- C.I.h.I.- 276 s. Ərəb əlifbasında.
Azərbaycan ədəbiyyatı tarixi materialları /Firidun bəy Köçərli. - Bakı: Azərnəşr, 1925.- C.I. h.II.- 345 s. Ərəb əlifbasında.
Azərbaycan ədəbiyyatı tarixi materialları /Firidun bəy Köçərli. - Bakı: Azərnəşr, 1926.- C.II. h.I.-278 s. Ərəb əlifbasında.
Azərbaycan ədəbiyyatı tarixi materialları /Firidun bəy Köçərli. - Bakı: Azərnəşr, 1926.- C.II. h.II.- 283 s. Ərəb əlifbasında.
Seçilmiş əsərləri /Firidun bəy Köçərli; tərtib və qeydlər Kamal Talıbzadə və Nadir Məmmədov, red. K.Talıbzadə. - Bakı: Azərbaycan SSR EA Nəşriyyatı, 1963. - 341 s.
Balalara hədiyyə /Firidun bəy Köçərli; tərt. ed. və red. Bəkir Nəbiyev. - Bakı: Gənclik, 1967. - 88 s. şək.
Balalara hədiyyə /Firidun bəy Köçərli.- II nəşr. - Bakı: Gənclik, 1972. - 88 s. şək.
Azərbaycan ədəbiyyatı. İki cilddə. I cild. Transliterasiya və tərtib edəni, müqəddimə, izahlar və qeydlərin müəllifi: R. Qənbər qızı. Bakı: "Elm" nəşriyyatı, 1978, 600 s.
Azərbaycan ədəbiyyatı: 2 cilddə /Firidun bəy Köçərli. - Bakı: Elm, 1981. - C.II. - 460 s.
Balalara hədiyyə /Firidun bəy Köçərli, S.Ə.Şirvani; Firidun bəy Köçərli; S.S.Axundov, A.Şaiq; tərt.ed. S.Hüseynov. - Bakı: Gənclik, 1985. - 424s. Dünya uşaq ədəbiyyatı kitabxanası. Kitabda Firidun bəy Köcərli bölməsi ayrılmışdır [S.126-213].
Balalara hədiyyə /Firidun bəy Köçərli; red. T.Cəmilova. - Bakı: Gənclik, 1987. - 104 s.
XIX əsr Azərbaycan ədəbiyyatı müntəxəbatı: dərs vəsaiti /tərt.: R.Həsənova, T.Əhmədov. - Bakı: ADU-nun nəşriyyatı, 1992. - 771s. Kitabda Firidun bəy Köçərlinin "İrəvandan məktub" əsəri verilmişdir [S.597-598].
Azərbaycan ədəbiyyatı: 2 cilddə /Firidun bəy Köçərli; tərt., müqəd. izah və qeyd. müəl. Ruqiyyə Qənbərqızı; red.: Ə.Mirəhmədov, B.Nəbiyev.- Təkrar nəşr. - Bakı: Avrasiya Press, 2005. - C.I. - 2005.- 557, [3] s.; C.II.- 2005. - 461, [3] s. Klassik Azərbaycan ədəbiyyatı.
Balalara hədiyyə: (nağıllar, sayaçı sözlər, düzgülər və s.) /F.Köçərli; red. S.Bektaşi; rəs. A.Hüseynov; Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi. - Bakı: Şərq-Qərb, 2013. - 171 s.il.[2]
Cavanşir Əhməd bəy Asari-Əhməd bəy /ön söz. Firidun bəy Köçərli; nəşr ed. Həmidə xanım Davatdarova.- Tiflis, 1906.- 105 s.
“Sayçı sözləri” və “Valehin nəğməsi” rusca tərcümələri ilə birlikdə /toplayanı F.Köçərli //SMOMPK.- Tiflis, 1910.- bur.41.
Mühərririn ifadeyi-məramı /ön söz. Firidun bəy Köçərli.- Balalara hədiyyə.- Bakı, 1912.
Müqəddəs tarix /tərt.ed.: M.Əfəndizadə, F.Köçərli; tərc.ed.F.Şirinov; türk dilində yazanı Hüseyn əfəndi Qayıbov və Əbdüssəlam Axundzadə təsis və təchiz ediblər; Azərbaycan Respublikası Təhsil Cəmiyyəti.- Bakı: Təhsil, 2007.- 72 s.
Nəbiyev, B. Görkəmli tədqiqatçı və ədəbiyyatşünas (1863-1920) /Bəkir Nəbiyev; red. Şıxəli Qurbanov; Azərbaycan SSR EA, Nizami ad. Ədəbiyyat İnstitutu.- Bakı: AzSSR EA, 1963.- 164 s
Nəbiyev, B. Firidun bəy Köçərli: Mənalı ömürdən səhifələr /Bəkir Nəbiyev.- Bakı: Gənclik, 1984.- 228 s.
Bəktaşi, İ. Firidun bəy Köçərlinin yaradıcılıq yolu /İnayət Bəktaşi.- Bakı: Yazıçı, 1986.-183 s.
Nəzirli, Ş. Qoridən gələn qatar: [sənədli povest] /Şəmistan Nəzirli; red. T.Məmmədov; rəssam E.İsmayılov.- Bakı: Azərnəşr, 1993.- 207 s.
Firidun bəy Köçərlinin şəxsi arxivi /tərt. Məhəmməd Adilov; red.: A.Ramazanov, R.Vəliyev; AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İn-tu; Şəki Regional elmi Mərkəzi.- Bakı: Nurlan, 2005.- 286s
Zaqafqaziya (Qori) Müəllimlər Seminariyası Azərbaycan şöbəsi-130 [Fotoalbom] /tərt.: H.Əhmədov, İ.İsayev, M.İlyasov, A.Rüstəmov; red.H.Bayramoğlu.- Bakı: ABU, 2009.- 59 s.
Pirəliyev, V. F.B.Köçərlinin publisistikası: monoqrafiya /Veydəddin Pirəliyev; elmi red. X.Q.Məmmədov.- Bakı, 2010.- 335 s.
Nəzirli, Ş. Qoridən gələn qatar: [sənədli povest] /Şəmistan Nəzirli.- Əlavələrlə ikinci nəşri.- Bakı: Şərq-Qərb, 2011.- 492 s.
Əhmədov, H. Maarif fədailəri: Qoşa qanad /Hüseyn Əhmədov.- Bakı: ADPU, 2013.- 199 s
Firidun bəy Köçərli: Şifahi və yazılı ədəbiyyat /tərt.ed. K.Əliyev, F.Qasımova; red. M.Kazımoğlu; AMEA, Folklor İn-tu.- Bakı: Nurlan, 2013.- 178 s.
Görkəmli maarif xadimi /elmi red. H.M.Əhmədov.- Bakı: ADPU, 2013.- 113s
Cavan müəllimlər /Firidun bəy Köçərli //Şərqi-rus.- 1904.- 11 iyun.
Cəmiyyəti-xeyriyyə /Firidun bəy Köçərli //Şərqi-rus.- 1904.- 19 avqust.
Ədəbiyyat. Anton Çexovun hekayələrindən /Firidun bəy Köçərli //Şərqi-rus.- 1904.- № 104,105.- 16,18 iyul.
Ədəbiyyatımıza dair məktub /Firidun bəy Köçərli//Şərqi-rus.- 1904.- № 252.-18 dekabr.
Gözəl bir kitab /Firidun bəy Köçərli //Şərqi-rus.- 1904.- № 64.- 2 iyun.
Sülh və barışıq /Firidun bəy Köçərli //Şərqi-rus.- 1904.- 28 dekabr.
Təbriknamələr /Firidun bəy Köçərli //Şərqi-rus.- 1904.- 28 iyul.
Təəssüf /Firidun bəy Köçərli //Şərqi-rus.- 1904.- 9 dekabr.
Təzə kitab: [Məqalə "Otello" faciəsinin yeni nəşri münasibətilə yazılmışdır] /Firidun bəy Köçərli //Şərqi-rus.- 1904.- № 108.- 20 iyul.
Üç günlük səfər /Firidun bəy Köçərli //Şərqi-rus.- 1904.- 20 noyabr.
Müharibə və sülh: rus-yapon dövlətləri arasında bağlanan sülh müqaviləsi haqqında /Firidun bəy Köçərli //Həyat.- 1905.- № 86.-18 oktyabr.
Bir darülmüəlliminin kifayətmidir? /Firidun bəy Köçərli //İrşad.- 1906.- № 213.- 11 sentyabr.
Bir müəllimin bizə cəvabı: [kənd müəllimlərinin öz vəzifələrini layiqincə yerinə yetirməmələri haqqında] /Firidun bəy Köçərli //İrşad.- 1906.- № 78.- 23 mart.
C. Ə. Nəbati /Firidun bəy Köçərli //Rəhbər.- 1906.- № 1.
Məişətimizə dair: (Yarımçıqlarımız): "Anlayanın nökəri, anlamazın quluyam, dad yarımçıq əlindən": [Azərbaycan dövlət məmurlarının özbaşınalığı haqqında] /Firidun bəy Köçərli //İrşad.-1906. № 63.-8mart.
Məişətimizə dair: El üçün ağlayan gözsüz qalar: [Haşım bəy Vəzirovun həbs olunması haqqında] /Firidun bəy Köçərli //İrşad.- 1906.- № 86.- 10 aprel.
Məişətimizə dair: Əcəlsiz ölənlərimiz: [Zülfüqar bəy Hacıbəyovun dəfni və kəndlərdə həkim qıtlığı haqqında] /Firidun bəy Köçərli //İrşad.- 1906.- № 108.- 9 may.
Məişətimizə dair: Təlim xeyir edənlərimizin cəzası: [İrəvanda rus-müsəlman məktəbinin müdiri Haşım bəy Vəzirovla ora cəmaatının rəncidəliyi haqqında] /Firidun bəy Köçərli //İrşad.- 1906.- № 129.- 2 iyun.
Müəllimlər ictimainə dair: İşin ibtidası: [Bakıda çağırılan müəllimlər iclası haqqında] /Firidun bəy Köçərli //İrşad.- 1906.- № 202.- 23 avqust.- S.2.
Müəllimlər neçün Bakıya qayıdır /Firidun bəy Köçərli //İrşad.- 1906.- № 63.- 8 mart; № 87,88.- 12,13 aprel.
Niyə müəllimlər kəndlərdən qaçırlar? /Firidun bəy Köçərli //İrşad.- 1906.- № 76.- 20 mart.
Seyid Əbdülqasım Nəbati /Firidun bəy Köçərli //Rəhbər.-1906.- № 3.
Şuşa faciəsinə dair: [Qarabağın erməni-müsəlman iğtişaşı nəticəsində viranə qalması haqqında] /Firidun bəy Köçərli //İrşad.- 1906.- 31 iyul.
Vaqif və Vidadi və bunların dostluğu /Firidun bəy Köçərli //Rəhbər.-1906.- № 3.
Vətən məhəbbəti /Firidun bəy Köçərli //İrşad.- 1906.- № 77.- 22 mart.
Yenə müəllimlər kəndlərdən qaçırlar /Firidun bəy Köçərli //İrşad.- 1906.- № 85.- 9 aprel.
Vaqif və Vidadi və bunların dostluğu /Firidun bəyKöçərli //Dəbistan.- 1907.-№ 1.-26 yanvar.-S.7–11; Rəhbər.-1907.-№ 5.
Ədəbiyyatımıza dair: [Qazax şairi Kazım ağa Salik haqqında] /Firidun bəy Köçərli //İrşad.- 1908.- № 29.- 8 mart.
Gürcü şairi Akaki Seretelinin yubileyinə dair: [şairin 50 illik yubileyi münasibətilə] /Firidun bəy Köçərli //Tərəqqi.- 1908.- № 121,125.- 8–12 dekabr.
Məişətimizə dair: annotasiya /Firidun bəy Köçərli //Tərəqqi.- 1908.- 19 fevral.
Məişətimizə dair: [bu silsilə məqalələrdə müəllif Azərbaycan klassiklərinin, xüsusən Qasım bəy Zakirin əsərlərindən istifadə yolu ilə dövrün bir sıra yaramazlıqlarını, ictimai ədalətsizlikləri tənqid edir] /Firidun bəy Köçərli //Tərəqqi.- 1908.- № 104,109.- 17, 23 noyabr; № 115.- 1 dekabr
Məişətimizə dair: [məqalədə bütün mənzum parçalar S. Ə. Şirvaninin "Qafqaz müsəlmanlarına xitab" adlı şeirindən götürülmüşdür] /Firidun bəy Köçərli //Tərəqqi.- 1908.- № 137.- 28 dekabr.
Məişətimizə dair: [məqalədə ədəbi məsələlər haqqında maraqlı mülahizələr verilmişdir] /Firidun bəy Köçərli //Tərəqqi.- 1908.- № 131.- 19 dekabr.
Məişətimizə dair: [Novruz bayramı haqqında] /Firidun bəy Köçərli //Tərəqqi.-1908.- № 117.- 3dekabr.
Bizə yazıyorlar. Axıskadan /Firidun bəy Köçərli //Tərəqqi.- 1909.- № 118.- 31 may.
Ədəbiyyatımıza dair /Firidun bəy Köçərli //Səda.- 1909.- № 35.- 26 noyabr; 3 dekabr.
Ədəbiyyatımıza dair: (milli şairimiz Abbas ağa Qaibzadəyə nəzirə) /Firidun bəy Köçərli //Səda.- 1909.- 26 noyabr; 2,3 dekabr.- № 45,46.
Məişətimizə dair annotasiya /Firidun bəy Köçərli //Tərəqqi.- 1909.- № 210.- 16 sentyabr.
Məişətimizə dair: (Bizim və xaricilərin intiligent firqəsi) /Firidun bəy Köçərli //Tərəqqi.- 1909.- № 224.- 5 oktyabr.
Məişətimizə dair annotasiya /Firidun bəy Köçərli //Tərəqqi.- 1909.- 27 yanvar.
Məişətimizə dair: Müəllimlərimiz və onların halı /Firidun bəy Köçərli //Tərəqqi.- 1909.- № 28,36,40.- 5,15,19 fevral; № 20.- 27 yanvar.
Məişətimizə dair: Həqiqi gözəllik və hərəkətsiz nisfimiz /Firidun bəy Köçərli //Tərəqqi.- 1909.- 26 aprel, 29 iyul- 4 avqust.- S.169,173.
Məişətimizə dair: Köçərilərin övza və əhvalı /Firidun bəy Köçərli //Tərəqqi.- 1909.- 1,8,14 noyabr.- S.203,208.
Məişətimizə dair: (Dünyada bəla nədən törəyir?) [L. N. Tolstoyun uşaqlar üçün yazdığı "Dünyada bəla nədən törəyir?" adlı hekayəsi nəzərdə tutulur] /Firidun bəy Köçərli //Tərəqqi.- 1909.- № 63.-26 mart[23].
Məişətimizə dair: (Fəqir tələbələrin halına yanmaq) /Firidun bəy Köçərli //Tərəqqi.- 1909.- № 210.- 16 sentyabr.
Nikolay Vasilyeviç Qoqol: Anadan olmasının yüzillik yubileyi münasibətilə yazılmışdır /Firidun bəy Köçərli //Tərəqqi.- 1909.-18, 19 mart.
Sənəti uğurluq üçün /Firidun bəy Köçərli //Tərəqqi.- 1909.- 18,19 mart.
Zaqafqaziya seminariyası /Firidun bəy Köçərli //Tərəqqi.- 1909.- 14 aprel.- S.2–3.
Bəradərim Cəlildən çap olunmağını iltimas edirəm: [M. Ə. Sabir haqqında] /Firidun bəy Köçərli //Molla Nəsrəddin.- 1911.- № 19.- 22 may.
Yalançı dostluq annotasiya /Firidun bəy Köçərli //İrşad.- 1906.- 5,11 oktyabr.
Bakı şəhəri rus-müsəlman məktəbinin 25 illiyi /Firidun bəy Köçərli //Məktəb.- 1912.- № 21.- S.323–327. Ədəbiyyatda yenilik /Firidun bəy Köçərli //Nicat.- 1912.- № 26.
Seyid Əbdülqasım Nəbati /Firidun bəy Köçərli //Məktəb.- 1912.- № 13.
Sultan Məcid Qənizadə /Firidun bəy Köçərli //Məktəb .- 1912.- № 21.- S.327–330. 1913
Ana dili: [məqalədə "Molla Nəsrəddin" jurnalının ədəbi dil sahəsində apardığı siyasətin bəzi məsələlərinə toxunulmuşdur] /Firidun bəy Köçərli //Molla Nəsrəddin.- 1913.- № 22,23.- 16 sentyabr,12 oktyabr.
Balalara hədiyyə və yaxud Qafqazda birinci kitab /Firidun bəy Köçərli //İqbal.- 1913.- № 391.- 23 may. 1914.
İsmayıl bəy Qasprinski /Firidun bəy Köçərli //İqbal.- 1914.- № 749.- 28 sentyabr. 1915.
Almanların təlim və tərbiyəsi /Firidun bəy Köçərli //Yeni İqbal.- 1915.- № 188.- 21 dekabr.
Məişətimizə dair annotasiya /Firidun bəy Köçərli //Yeni İqbal.- 1915.- № 193.- 28 dekabr.
Seyid Əbdülqasım Nəbati /Firidun bəy Köçərli //Məktəb.- 1915.- № 13. 1916.
Almanların təlim və tərbiyəsi /Firidun bəy Köçərli //İqbal.- 1916.- № 231.- 11 fevral.
Məişətimizə dair (ehtiyac) /Firidun bəy Köçərli //İqbal.- 1916.- № 215.- 24 yanvar.
Məişətimizə dair (xanımlarımız) /Firidun bəy Köçərli //İqbal.- 1916.- № 222.- 1 fevral.
Məişətimizə dair (Təzə il və mövludi-rəsul) /Firidun bəy Köçərli //İqbal.- 1916.- № 208.- 15 yanvar.
Azərbaycan ədəbiyyatı tarixi. 3 cilddə, II cild, Bakı, 1960.
B. Nəbiyev. Görkəmli tənqidçi və ədəbiyyatşünas. Bakı, 1963.
K. Talıbzadə. XX əsr Azərbaycan tənqidi. Bakı, 1966.
İ. Bəktaşi. "Azərbaycan ədəbiyyatı tarixinin materialları" haqqında. Bakı, 1978.
"Firidun bəy Köçərli". Azərbaycan uşaq ədəbiyyatı müntəxəbatı (XIX–XX əsrlər). Üç cilddə. II cild. Bakı: Nasir, 2002. — səh. 217–316.
Ş. Nəzirli, Qoridən gələn qatar: [sənədli povest] red. T. Məmmədov; rəssam E. İsmayılov.- Bakı: Azərnəşr, 1993.- 207 s.
Firidun bəy Köçərlinin şəxsi arxivi /tərt. Məhəmməd Adilov; red.: A. Ramazanov, R. Vəliyev; AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İn-tu; Şəki Regional elmi Mərkəzi.- Bakı: Nurlan, 2005.- 286 s.
Zaqafqaziya Müəllimlər Seminariyası Azərbaycan şöbəsi-130 [Fotoalbom] /tərt.: H. Əhmədov, İ. İsayev, M. İlyasov, A. Rüstəmov; red. H. Bayramoğlu.- Bakı: ABU, 2009.- 59 s.