Finqal Magarasi - Wikipedia
Finqal mağarası (ing. Fingal’s Cave) — Məskunlaşma olmayan Staff adasında, dəniz dalğalarının abraziyası nəticəsində meydana gələn mağara. Ada Daxili Hebrid adaları qrupuna daxildir. Mağara həm Şotlandiya Milli qoruğunun ərazisində yerləşir və həm də Şotlandiya Milli Fonduna daxildir.[5]
Finqal mağarası | |
---|---|
ing. Fingal’s Cave, şot.kelt Uamh-Binn | |
| |
Ümumi məlumatlar | |
Dərinliyi | 69[1], 45 m[2], 85[3] |
Amplitudası | 22 m |
Uzunluğu | 1130[4] |
Kəşf tarixi | 1772 |
Dövrü | Paleosen |
Tipi | karst |
Giriş sayı | 1 |
İşıqlandırma | Günaş şüaları |
Yerləşməsi | |
56°26′02″ şm. e. 6°20′10″ q. u.HGYO | |
Ölkə | Böyük Britaniya |
Vilayət | |
Rayon |
|
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Ümumi məlumat
redaktəFinqal mağarası adanın cənubunda, dəniz sahilində yerləşir. Ərazi lava axınları zamanı formalaşan bazalt sütunlarından təşkil olunub. Xarici görünş baxımdan o Şimali İrlandiyada olan Nəhənglərin döşəməsini xatırladır. Ada bütünlüklə bazalt sütunlarından təşkil olunduğundan Staffa adıda sütun-ada mənası verir. Mağara altıbucaqlı, hündürlüyü 11 metrə çatan bazalt sütunlarından təşkil olunub. Girişi yetərincə böyük olub, tağ formasındadır. Mağranın ölçülər barədə fərqli informasiyalar mövcuddur. Dərinliyi haqqında olan məlumatlar 45-85 metr arasında dəyişir. Əsas zalın hündürlüyü 22 metr, mağaranın ümumi uzunluğu isə 113 metrdir. Mağaranın girişinin dəniz səviyyəsində olması daxilə quru yolun olmaması ilə nəticələnmiş. Ancaq qayıq ilə daxildə hərəkət etmək mümükündür. Mağaraya aprel- sentyabr ayaları arasında turist marşurutları təşkil olunur.
Kəşf olunması və adlandırılması
redaktəMağara dünyaya XVIII əsrdə məlum oldu. Təbiətşünas ser Cozef Benks ilk dəfə mağara haqqında məlumat verdi. Benk və onun komandası 1743-1820 illərdə dəfələrlə adada olmuş, adanı tədqiq etmiş və bu mağara ilə yanaşı digər mağaraları da kəşf etmişlər. Adanın rəsmi kəşf olunma tarixi 1772-ci il hesab olunur. Mağara əvvələr Şotland kelt dilində "An Uamh Bhin" adlanırdı. Bu da "musiqli mağara" demək idi. Sonralar şotland yazıçısı Ceyms Makferson "Osanna" hekayələr toplusunda qədim kelt mifologiyası qəhrəmanı olan Finna Mak Kumana (Fangal) haqqında məlumat verdi və əfsanəyə görə bu qəhrəman İrlandiya ilə Şotlandiya arasında nəhəng bazalt sütunlardan körpü düzəldir.[6]
İncəsənət və ədəbiyyatda
redaktəAlman bəstəkar Feliks Mendelson 1829-cu ildə mağaranı ziyarət etmiş və mağaradakı qəribə exodan təsirlənərək "Finqal mağarası" uvertürasını yazmışdır. 19-cu əsrin məşhur yazıçılarından biri olan Jül Vern özünün Yaşıl şüa, Yerin mərkəzinə səyahət və Sirli ada romanlarında mağaranı xatırlatmışdır. Valter Skottda mağara haqqında öz fikirlərini söyləmişdir. Mağara I Viktoriyanın da diqqəti cəlb etmiş və mağaraya səyahət etmiş.
Fingan mağarasaının diqqət çəkən cəhətlərindən biri də, mağaranın akustikasıdır. Ölçüsü, girişinin forması və dəniz dalğaları mağarada fərqli səslərin əmələ gəlməsinə səbəb olur.[7]
Şəkillər
redaktə-
Staffa adası və sağda Finqal mağarası
-
Mağara girişində turistlər
-
Mağaranın daxili görünüşü
-
Bazalt sütunlar
Xarci keçidlər
redaktə- http://www.staffatours.com/ Arxivləşdirilib 2015-02-25 at the Wayback Machine
İstinadlar
redaktə- ↑ "Fingal's Cave". 2022-07-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-03-26.
- ↑ "Fingal's Cave, A Scottish Ocean Cathedral". 2021-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-03-26.
- ↑ "Uamh-Binn - The Cave of Melody". 2006-05-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-03-26.
- ↑ "Остров Стаффа: Увертюра Фингаловой пещеры". 2016-05-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-03-26.
- ↑ "Staffa National Nature Reserve". 2017-02-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-03-26.
- ↑ "ФИНГАЛОВА ПЕЩЕРА. ШОТЛАНДИЯ". 2019-09-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-03-26.
- ↑ "Staffa (Fingal's Cave) and the Treshnish Islands". 2019-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-03-26.