Ferrarisini Satmis Rahib - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Liderlik fəsəfəsinin dünya şöhrətli siması və yazıçı Robin Şarmanın şəxsiyyətin inkişafı barədə yazılmış Ferrarisini satmış rahib əsəri müasir dünya ədəbiyyatı incilərindəndir.
Ferrarisini satmış rahib | |
---|---|
ing. The Monk Who Sold His Ferrari | |
Müəllif | Robin Şarma |
Janr | özünüinkişaf |
Orijinalın dili | ingilis dili |
Ölkə | |
Orijinalın nəşr ili | 21 aprel 1999 |
Nəşriyyat | HarperCollins |
Nəşri
redaktə“Ferrarisini satmış rahib” əsərinin ilk nüsxəsi 1997-ci ildə Harper Collins Publishers nəşriyyatı tərəfindən çap olunmuşdur. Əsər bütün dünyada oxucular tərəfindən yüksək qiymətləndirilmiş, 2013-cü ilədək bütün dünyada üç milyondan çox nüsxəsi satılmışdır. 70-dən çox dilə tərcümə olunan kitab 50-dən çox ölkədə nəşr olunmuşdur. Əsər Çennai, Kəlkətə kimi böyük Hindistan şəhərlərində ən çox satan özünü inkişaf kitablarından biri olmuşdur. “Ferrarisini satmış rahib” kitabının uğurları müəllifi menecment və şəxsiyyətin inkişafı mövzusunda yazılmış digər bir özünü inkişaf kitabı olan “Qırmızı ferrarisini satan rahibin gizli məktubları” əsərini yazmağa ruhlandırmışdır.
Məzmun
redaktəUğurlu hüquqşünas Culian dəbdəbəli həyata, tropik adada villaya və hətta qırmızı “Ferrari”yə sahib olan az insanlardan biridir. Bütün gününü işdə keçirən, özünü işinə sərf edən Culian məhkəmələrin birində qəfldən infarkt keçirir və bununla da bütün həyatı dəyişir. Sağaldıqdan sonra hər şeyini, hətta sevimli "Ferrari"sini belə satıb Hindistana gedən Culian orada yaşadığı müddətdə müdrik insanlarla tanış olur və müdriklərin ona verdiyi dəyərli məsləhətləri yerinə yetirərək o qədər dəyişir ki, hətta illərdir onu tanıyan dostu Con belə qayıdanda onu tanımır. Əsərin sujet xətti Culian Mentl və Con arasında keçən söhbət, Culianın mənəvi inkişaf zamanı öyrəndiklərini dostlu Conla danışması şəklində davam edir.