Ferrara Ressamliq Mektebi - Wikipedia
Ferrara rəssamlıq məktəbi - 1264 −1597-ci illər arasında Ferrara Hersoqluğunda hökmdarlıq etmiş d'Este hersoqlarının sarayında işləyən çalışmış bir qrup İntibah rəssamına verilən ümumi addır. Bu məktəb, Mantenyanın (Paduya və Mantuya) güclü rəsm və xətt perspektivinin, eləcə də Pyero della Françeskanın (Bolonya) zəngin havalı və parlaq boyalarının təsirinə düşmüşdü. Bunlardan başqa şimal regionlarının rəssamları da Ferrara məktəbinə öz təsirlərini göstərmişdilər. Məktəbin Mantuya, Venesiya, Bolonya, Milan, Florensiya rəssamlarının nailiyyətlərini sintezləşdirən çiçəklənmə dövrü XV–XVI əsrlərə təsadüf edir. Ferrara məktəbinin ən sıx əlaqlələri Bolonya məktəbi arasında idi.
Tarix
redaktəÖz xüsusi, dolğun alleqoriyaları ilə Ferrara məktəbinin yaranması, yaşayış yerlərini qeyri-adi alleqorik məzmunlu rəsmlər və freskalarla bəzəməyi sevən Ferrara markizi Leonello d'Este və oğlu Borso d'Estenin hakimiyyəti dövründə baş tutmuşdu. Bizə məlum olan ilk belə sifariş, Belfore sarayının studiolosu üçün yaradılmış muzaları təsvir edən 9 alleqorik rəsmdən ibarət tsikl olmuşdu. Bu tsikl 1447-ci ildə Sienalı Ancelo Makkanyino tərəfindən yaradılmağa başlanmış və Ferrara məktəbinin bütün əhəmiyyətli xüsusiyyətlərini tam əks etdirməyi bacarmış Kozimo Tura tərəfindən tamamlanmışdı. Daha qəliz ikonaqrafiyanı isə Palazzo Skifanoyyadakı Borso d'Estenin Kozimo Tura, Françesko Kossa və Erkole dei Robertidən aldığı və özündə 12 ay süjetinə mürəkkəb alleqorik-astroloji ansamblı təsvir edən freskalarda görə bilərik. Bundan başqa, Tura Borso hersoqunun möhtəşəm bağ sarayının kapellası üzərində də işləmişdi. Kozimo Tura, təəssüf ki, XVII–XVIII əsrlərdə çox zədələnmiş Ferrara kilsələrinin bəzədilməsi üçün də böyük işlər görmüşdü. Bunlardan ən məşhuru Ferraranın ən qədim kilsəsi — San-Corcio-fuori-le-Mura (ital. Basilica di San Giorgio fuori le mura) üçün yepiskop Lorenzo Roverella tərəfindən sifariş edilən Roverella poliptixidir (ital. Politrico Roverella). Kilsənin 1709-cu ildə hədsiz dərəcədə zədələnməsindən sonra poliptix də pis hala düşmüş və onun hissələri XIX əsrin ortalarında müxtəlif muzeylərə göndərilmişdi. Ferrara kafedralı üçün Turun yaratdığı əsərlərdən günümüzə 2 rəsm gəlib çatıb — orqan qapılarında çəkilmiş "Müqəddəs Georqiy" və "Şahzadə və müjdələnmə". Bu əsərlər 1456-cı ilddə sifariş edilmiş, onlar üçün əmək haqları isə 1469-cu ildə ödənilmişdi.
Müasirləri arasında məşhurluq qazanmış sənətkarlara Turun şagirdlərindən olmuş Lorenzo Kostanı da misal göstərə bilərik. Həmçinin Ferrara məktəbi öz təsirini Bolonya rəssamları Françesko França və Amiko Aspertiniyə də göstərmişdi. Bu sənətçilərin ən məşhur birgə işi Bolonyadakı San Cakomo Maccore Kilsəsinin freskalarıdır. Ferrara rəssamları iri ölçülü rəsmləri özlərinəxas xüsusiyyətə çevirərək qonşu Emiliya mərkəzlərinə də (Bolonya qədər) nüfuz etmişdilər .
Erkole dei Qrandi (ö. 1531) məktəbin ən gec nəsli ilə yaşlıları birləşdirirdi. Buna sübut olaraq Lüdoviko Mazzolino (ital. Ludovico Mazzolino; 1481–1529), Timoteo Viti (1467–1523), Dosso Dossi (1479–1542), Benvenuto Tisi da Garofalo (1481–1559) kimi rəssamları göstərə bilərik. Belə ki, bu rəssamlar yaşlıların tələbəsi idilər, amma kənar təsirlərə görə inkişaf etmişdilər. Viti rəng sahəsində Corcone və Tiziandan çox şey mənimsəmiş, Ariostonun poeziyasının mövzularından bəhrələnmişdi. Romanı ziyarət edəndən sonra Dossi, Rafaeldən çox şey öyrəndiyini deyirdi. XVI əsrin ikinci yarısı və XVII əsrin birinci yarısı Ferrara sənətçiləri özlərini Korrecoya oxşatdıqları üçün həmin dövrdə məktəbdə "manyeristlər" artmağa başlamışdı[1].
Məktəbin nümayəndələrinin siyahısı
redaktəMəktəbin ən görkəmli nümayəndələri arasında Kozimo Tura, Françesko Kossa, Erkole de Roberti, Lorenzo Kosta, Dosso Dossi, Cirolamo da Karpi, Benvenuto Tizi (Garofalo), Nikkolo del Abbateni göstərə bilərik . Əsrlərə görə məktəbin məşhur nümayəndələrinin siyahısı:
XIV əsr və daha əvvəl
redaktəXV əsr
redaktə- Qalasso Qalassi
- Kozimo Tura
- Françesko Kossa
- Bono
- Stefano da Ferrara
- Baldassare Estense
- Antonio Aleotti d'Arcenta
- Erkole Qrandi
- Lodoviko Mazzolino
- Mikele Kortellini
- Erkole de Roberti
- Lorenzo Kosta
- Françesko və Bernardino Zaqanelli da Kotinyola
- Benedetto Koda
- Bokaçço Bokaççino
- Domeniko Panetti
- Covanni Battista Benvenuti (ləq. Ortalano) (1490–1525)
XVI əsr
redaktə- Nikolo Pizano
- Dosso Dossi
- Covanni Battista Dossi
- Cirolamo da Karpi
- Benvenuto Tizi (ləq. Qarofalo)
- Lodoviko Mazzolino
- Siqizmondo Skarsella
- Skarsellino (İppolito Skarsella)
- Konstanzo Kattanio
- Covanni Françesko Surçi
- Kamillo Riççi
- Domeniko Mona
- Sebastyano Filippi (ləq. Bastianino)
- Qaspare Venturini
- Covanni Andrea Qiradoni
- Covanni Paolo Qrazzini
- Yakopo Bambini
- Culio Kromer
XVII–XVIII əsrlər
redaktə- Karlo Bononi (Bolonya və Mantuyada da işləyib)
- Alfonso Rivarola
- Covanni Battista della Torre
- Kamillo Berlinqyeri
- İppolito Kazelli
- Françesko Nazelli
- Erkole Sarti
- Covanni Françesko Barbyeri (ləq. Qverçino)
- Paolo Antonio Barbyeri
- Benedetto Cennari böyük
- Çezare Cennari
- Cüzeppe Kaletti
- Lodoviko Lana
- Françesko Kattaneo Kattaneo
- Cüzeppe Bonati
- Cüzeppe Avanzi
- Orazio və Çezare Mornazi
- Françesko və Antonio Ferrari
- Françesko Skala
- Maurelio Skanavini
- Cakomo Parolini
- Cüzeppe Zola
- Covanni Françesko Braççioi
- Antonio Kontri
- Cüzeppe Qedini
- Covanni Monti
- Alberto Mukyatti
- Cüzeppe Santi
- Covanni Mazi
Həmçinin bax
redaktəQeydlər
redaktə- ↑ См. Е. Muntz, "Hist. de l’art pendant la renaiss.", II, 270–75, 607–16; III, 261–60.
Ədəbiyyat
redaktə- Gardner E. G. The painters of the school of Ferrara. London: Duckworth and Co.; New York: C. Scribner’s Sons, 1911
- From Borso to Cesare d’Este: the school of Ferrara, 1450–1628. London: Matthiesen fine art, 1984.
- Муратов П. П. Феррара и её художники// Он же. Образы Италии. М.: Республика, 1994, с.72–80
Linklər
redaktə- Ferrara rəsm əsərlərinin siyahıya alınması [1]