Ferdinand Avqust Fon Ritqen - Wikipedia
Ferdinand Avqust fon Ritqen (alm. Ferdinand August Maria Franz von Ritgen; 11 oktyabr 1787[2] – 14 aprel 1867[2], Gissen, Hessen) — alman ginekoloqu, botanik, mikoloq və zooloq.
Ferdinand Avqust fon Ritqen | |
---|---|
alm. Ferdinand von Ritgen | |
Doğum tarixi | 11 oktyabr 1787[2] |
Vəfat tarixi | 14 aprel 1867[2] (79 yaşında) |
Vəfat yeri |
|
Elm sahələri | botanika, tibb[1], ginekologiya[1], cərrahiyyə[1], təbiət elmləri[1] |
İş yeri | |
Üzvlüyü |
Bioqrafiyası
redaktəFerdinand Avqust fon Ritqen 11 oktyabr (digər mənbələrə görə — 12) 1787-ci ildə Dorstendəki Vulfen bölgəsində İohann Filip Ritqen və Maria Luiza Darton ailəsində anadan olmuşdur. Gissen Universitetində həkim təhsili almışdır, 1808-ci ildə tibb elmləri doktoru dərəcəsi aldı və Varştaynda həkim kimi işə başlamışdır.
1814-cü ildə Ritqen, Gissen Universitetində tibb professoru oldu və ginekoloji müəllimliyi etdi. Daha sonra Giessen mamalıq klinikasının direktoru təyin edildi. Bundan əlavə, Ritqen Gemeinsame deutsche Zeitschrift für Geburtskunde, Monatsschrift für Geburtskunde und Frauenkrankheiten və Neue Zeitschrift für Geburtskunde jurnallarının redaktorlarından biri idi. 1815-ci ildə Ritqen, Alman tarixində ilk dəfə Yozef fon Zibold adlı qadına fəxri həkim adını verdi. 1823-cü ildə Ritqen özü Gissen Universitetində fəxri dərəcə Tibb Namizədi dərəcəsinə layiq görüldü. Ritqen daha sonra təqaüdə çıxdı və biologiya öyrənməyə başladı. 1826–1828-ci illərdə botanika və zoologiya ilə bağlı bir neçə kitab nəşr etdirdi.
Elmi əsərləri
redaktə- Ritgen, F.A. (1826–1828). Versuch einer natürlichen Eintheilung der Vögel.
- Ritgen, F.A. (1828). Über die Aufeinanderfolge des ersten Auftretens der verschiedenen organischen Gestalten.
- Ritgen, F.A. (1828). Über innere und äussere Bewegung im Pflanzenreiche und Thierreiche.
İstinadlar
redaktə- ↑ 1 2 3 4 5 6 7 8 Ritgen, Ferdinand von // Çex Milli Hakimiyyət Məlumat bazası.
- ↑ 1 2 3 4 Deutsche Nationalbibliothek Record #116570008 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
Ədəbiyyat
redaktə- Stafleu, F.A., Cowan, R.S. Taxonomic Literature. 4. Utrecht: Bohn, Scheltema & Holkema. 1983. 800.
- Krok, Th.O.B.N. Bibliotheca botanica suecana. Uppsala. 1925. 590.