Feliks Mendelson Bartoldi - Wikipedia
Feliks_Mendelson_Bartoldi - Haqqında Məlumat
Yakob Lüdviq Feliks Mendelson Bartoldi (alm. Jakob Ludwig Felix Mendelssohn Bartholdy; 3 fevral 1809, Hamburq - 4 noyabr 1847, Leypsiq) — alman bəstəkarı. Dünyaca məşhur toy marşının müəllifi, pianoçu, dirijor.
Feliks Mendelson Bartoldi | |
---|---|
alm. Felix Mendelssohn Bartholdy | |
Ümumi məlumatlar | |
Doğum tarixi | 3 fevral 1809[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 4 noyabr 1847[1][2][…] (38 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | insult |
Uşaqları | 5 |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | bəstəkar, pianoçu, orqan ifaçısı[d], dirijor, musiqişünas, musiqi pedaqoqu, universitet müəllimi[d], rəssam, yazıçı |
Fəaliyyət illəri | 1826–1843 |
Janrlar | opera, klassik musiqi, simfonik musiqi[d] |
Musiqi alətləri | orqan, piano, skripka |
Təhsili | |
Üzvlüyü |
|
Mükafatları | |
mendelssohn-stiftung.de/… | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktə1809-cu ildə fevral ayının 3-də Hamburq şəhərində dünyaya göz açmışdır. Romantizm cərəyanının əsas yaradıcılarından sayılır. Uşaq yaşlarından İohan Sebastian Bax, Motsart və Handelin sənətinə böyük maraq göstərmiş, özünü həmin məktəbin davamçısı olaraq görmüşdür. Sənətə lap kiçik yaşlarından maraq göstərməsi, onu tezliklə yaradıcılığa sövq etmiş, ilk təcrübələrini yeniyetməlik dövründə sınamışdır. Əsas etibarı ilə, orkestr üçün musiqilər bəstələyirdi. Ən məşhur əsərləri Hark Herald Mələkləri oxuyur və Toy Marşıdır.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 Felix Mendelssohn-Bartholdy (nid.).
- ↑ 1 2 Archivio Storico Ricordi. 1808.