Feldtseyxmeyster - Wikipedia
Feldtseyxmeyster (alm. Feldzeugmeister, qısaca FZM) — Müqəddəs Roma, Avstriya və Avstriya-Macarıstan ordularında artilleriya və ordu generallarına verilən hərbi rütbə.
Tarixi
redaktəXVI əsrdə Feldtseyxmeyster adı Almaniyada artilleriya komandirlərinə verilirdi. Rütbə Baş Komandan (Feldhauptmann) və feldmarşaldan aşağı və piyada komandirindən üstün dayanırdı. İmperator II Maksimilyanın hərbi nizamnaməsinə görə, feldtseyxmeysterlərə yüksək maaş, 6 cangüdən (trabant) və müxtəlif rütbələrdən qərargah verilirdi. Fəth olunan qalalardakı bütün alətlər, mərmi, döyüş sursatları və hər cür silah ona məxsus idi.
Sonradan feldtseyxmeyster hərbi hissələrin komandanlığını aldı və ardınca piyada və artilleriya komandirlərinin general rütbəsi (artilleriya generalı) səviyyəsinə çatdırıldı. Beləliklə o, süvari general rütbəsi ilə eyni səviyyədə, feldmarşal-leytenantdan üstün və feldmarşaldan aşağı oldu.
İnfanteriya generalı rütbəsi verilməyə başlandıqdan sonra (1908-ci il) feldtseyxmeyster rütbəsi yalnız artilleriyaçılara verildi.
Ədəbiyyat
redaktə- Gullberg, Ingvar E. Svensk-engelsk fackordbok för näringsliv, förvaltning, undervisning och forskning [A Swedish-English dictionary of technical terms used in business, industry, administration, education and research] (isveç) (2nd). Stockholm: Norstedt. 1977. ISBN 91-1-775052-0. LIBRIS 8345587.
- Olsson, B. F.; Rosén, John; Westrin, Theodor, redaktorlar Nordisk familjebok: konversationslexikon och realencyklopedi innehållande upplysningar och förklaringar om märkvärdiga namn, föremål och begrepp (isveç). 5. Stockholm. 1882. LIBRIS 78095.
- Westrin, Theodor, redaktorNordisk familjebok: konversationslexikon och realencyklopedi (isveç). 9 (Ny, rev. och rikt ill. uppl.). Stockholm: Nordisk familjeboks förl. 1908. LIBRIS 8072220.
- Östergren, Stefan; Lindblad, Carl Wilhelm; Norberg, Erik. Arméförvaltningens historia. Armémusei skrifter, 0349-9898 ; 4 (isveç). Stockholm: Försvarets materielverk. 1987. ISBN 9138092859. LIBRIS 7262602.