Fazil Mustafa - Wikipedia
Fazil Mustafa (həmçinin əvvəllər Fazil Qəzənfəroğlu kimi tanınmışdır; 15 oktyabr 1965, Naxçıvan) — III, IV, V və VI çağırış Azərbaycan Milli Məclisinin deputatı.
Fazil Mustafa | |
---|---|
Vəzifədədir | |
2005-ci ildən | |
Seçki dairəsi | 2005, 2010, 2015, 2020 — 26 saylı Sabunçu birinci |
Əvvəlki | vəzifə təsis edildi |
Vəzifədədir | |
24 yanvar 2011-ci ildən | |
Vəzifədədir | |
2003-cü ildən | |
Əvvəlki | vəzifə təsis edildi |
2000 – 2001 | |
Sədr | Mirmahmud Mirəlioğlu |
1998 – 2000 | |
Sədr | Əbülfəz Elçibəy |
1992 – 1993 | |
Əvvəlki | Sabir Hacıyev |
Sonrakı | Fuad Ələsgərov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 15 oktyabr 1965 (59 yaş) |
Doğum yeri | |
Partiya |
|
Təhsili | |
Fəaliyyəti | siyasətçi |
|
|
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktə19 oktyabr 1965-ci ildə Naxçıvan şəhərində anadan olub. 5-ci sinfə qədər 7 saylı orta məktəbdə, sonra 10 saylı orta məktəbdə oxuyub. 1982-ci ildə Naxçıvan şəhər 10 saylı orta məktəbi bitirib. 1982–1984-cü illərdə 5 saylı Naxçıvan tikinti trestində fəhlə işləyib. 1984–1986-cı illərdə keçmiş SSRİ Silahlı Qüvvələrində Ukraynada sıravi əsgər kimi həqiqi hərbi xidmət keçib. 1986-cı ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olub və 1991-ci ildə həmin fakültədən hüquqşünas ixtisası ilə məzun olub.
1991–1992-ci illərdə Azərbaycan Xalq Cəbhəsi sədrinin müşaviri, 1992-ci ildə AXC Analitik Mərkəzinin rəhbəri vəzifələrini daşıyıb. 1992–1993-cü illərdə Azərbaycan Respublikası Prezident Aparatı Dövlət-Hüquq şöbəsinin müdiri vəzifəsində çalışıb. 1995–1998-ci illərdə AXCP sədrinin Türkiyə təmsilçisi olub. 2000-ci ildə Azərbaycan Xalq Cəbhəsi Partiyası daxilindəki bölünmə zamanı Mirmahmud Mirəlioğlu liderliyindəki klassiklər qanadında fəaliyyət göstərməyə başlayıb. 1998–2001-ci illərdə AXCP sədrinin siyasi məsələlər üzrə müavini olub.
2001–2003-cü illərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində döyüş bölgəsində taqım komandiri vəzifəsində baş leytenant rütbəsi ilə həqiqi hərbi xidmət keçib.
2003-cü ildə Böyük Quruluş Partiyasını təsis edib və ilk qurultayda həmin partiyanın başqanı seçilib. 2006, 2009, 2012, 2016 və 2020-ci illərdə yenidən partiya başqanı seçilib.
2005-ci ildə fəlsəfə üzrə fəlsəfə doktoru alimlik dərəcəsini alıb.
2005, 2010, 2015 və 2020-ci illərdə IV, V və VI çağırış Milli Məclisə seçkilərdə deputat seçilib.
2008-ci ilin prezident seçkilərində iştirak edib, 89985 seçicinin səsini alaraq 2,43% səslə üçüncü olub.
2009-cu ildə Azərbaycan Hüquqşünaslar Konfederasiyasının İdarə Heyətinin üzvü seçilib.
2016-cı ildə Xüsusi Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü və vitse-prezidenti seçilib.
Hazırda Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət Komitəsinin sədr müavinidir. Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür.
2024-cü il oktyabrın 8-də Azərbaycan - Şimali Makedoniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri seçilib.[1]
Fazil Mustafa Türkiyə və Azərbaycanda nəşr olunmuş 19 kitabın, yüzlərlə elmi, publisistik məqalənin müəllifidir.
Evlidir, iki övladı var.
Silahlı hücuma məruz qalması
redaktə28 mart 2023-cü ildə Sabunçu rayonu Zabrat qəsəbəsində yaşadığı evin qarşısında “Kalaşnikov” avtomat silahından atəş açılaraq sui-qəsd cəhdi edilib.[2][3] Hadisə nəticəsində çiyin nayihəsindən və ayağından güllə yarası alıb.[2]
Millət vəkili silahlı hücumla bağlı açıqlamasında bildirmişdir:
“Evə qədər sürdüm. Maşını qaraja daxil etmək istəyəndə nə olduğunu başa düşmədim. Pultun düyməsini sıxıb qaraja daxil olmağa hazırlaşırdım. Birdən maşının “podpres”i silkələndi. Çiynimdə dəhşətli ağrı hiss eləyirdim. Ağrılardan sonra bunun atəş zərbəsi olduğunu anladım, çünki atəş səslərini eşitdim. Qapını açıb düşdüm. Darvazaya tərəf bir neçə addım atanda artıq ikinci güllə mənə dəydi. Ayağımdan yaralandım. Evə gedərək tez qapını bağladım."[4] |
Reaksiyalar
redaktəBöyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld törədilən terror aktı ilə bağlı paylaşım etmişdir.
“Bir neçə ay əvvəl Fazil Mustafayla tanış olmaq imkanım olmuşdu. Dünən axşam ona qarşı baş verən silahlı hücum məni çox kədərləndirdi. Bu hadisəni şiddətli şəkildə qınayır və onun tezliklə sağalmasını arzulayıram.”[5] |
AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli bildirib:
Bütün bunlara görə Fazil Mustafa ya qarşı atılmış güllə müstəqilliyimizin, Azərbaycanı təmsil etmək səviyyəsində yetişmiş tanınmış ziyalıların, ictimai-siyasi xadimlərin hədəfə alınması deməkdir. Bu, ölkəmizə, inkişafımıza arxadan vurulan zərbədir. Bu, insanlığa qarşı sui-qəsd hadisəsidir. Bütün xalqımız kimi, Azərbaycanın elmi ictimaiyyəti də bu terror hadisəsini qətiyyətlə qınayır.[6] |
Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində terror aktını törətməkdə şübhəli bilinən şəxslər tutularaq istintaqa təhvil verilib. Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Emin Əliyarov, Rəşad Əhmədov, Azər Səricanov, Elşad Əsgərov, Səbuhi Şirinovun barəsində ittiham elan edilib.
2024-cü il avqustun 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən məhkəmə prosesdə Azər Səricanov ömürlük, Səbuhi Şirinov 20 il, Rəşad Əhmədov 19 il, Elşad Əsgərov 18 il, Emin Əliyarov isə 4 il azadlıqdan məhrum edilib.[3]
Kitabları
redaktə- "Əbülfəz Elçibəy. Tarixdən gələcəyə". İstanbul, 1995.
- "Azərbaycanda türk kimliyi və saxta tarix problemi. Bakı, 2014
- "XX əsrin əvvəllərində Azərbaycanda siyasi düşüncə cərəyanları". Bakı, 2015
- "Asiyadan sivilizasiyaya"
- "Azərbaycan türklərinin dini-fəlsəfi dünyagörüşü- dini-fəlsəfi aspekt"
- "Azərbaycan türkünün iman davası"
- "Dirilən adamın düşüncələri". Bakı: Qanun, 2023[7]
Məqalələri
redaktə- Fazil Mustafa. "Nursuzluq təhlükəsi" (az.). vaxt.az. 2014-03-09. 2018-06-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-12.
İstinadlar
redaktə- ↑ "Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI". Apa.az (az.). 2024-10-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-10-22.
- ↑ 1 2 "Fazil Mustafa güllələndi — Yenilənir". 2023-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-28.
- ↑ 1 2 "Fazil Mustafaya qarşı sui-qəsddə təqsirləndirilənlərə hökm oxunub, birinə ömürlük cəza verilib - VİDEO". Report İnformasiya Agentliyi (az.). 2024-08-13. İstifadə tarixi: 2024-08-13.
- ↑ "Fazil Mustafadan ilk - Açıqlama". 2023-03-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-29.
- ↑ "Britaniya səfiri Fazil Mustafaya qarşı törədilən terror aktından DANIŞDI". 2023-03-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-29.
- ↑ "Terror aktını şiddətlə qınayırıq". 2023-03-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-29.
- ↑ Real TV. "Fazil Mustafanın yeni kitabı təqdim olundu" (az.). Youtube.com. 29.05.2023. 2023-05-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-30.