Fazil Guney - Wikipedia
Fazil Famil oğlu Abbasov (Fazil Güney; 20 avqust 1945, Balyand, Cəbrayıl rayonu) — Azərbaycan yazıçı-publisisti, əməkdar jurnalist, Ərəb filologiyası üzrə fəlsəfə doktoru; Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü.
Fazil Güney | |
---|---|
Doğum tarixi | 20 avqust 1945 (79 yaş) |
Doğum yeri | |
Təhsili | |
Fəaliyyəti | şair, yazıçı, publisist, jurnalist |
Üzvlüyü | |
Mükafatları |
Həyatı
redaktə20 avqust 1945-ci ildə Cəbrayıl rayonunun Balyand kəndində doğulmuşdur.
1963–1968-ci illərdə BDU Şərqşünaslıq fakültəsində ali təhsil almışdır. 1967–1968-ci illərdə Əlcazair Universitetində təcrübəçi, 1975–1977-ci illərdə Jurnalist Sənətkarlığı İnstitutunun müdavimi, 1985-ci ildə MEA Şərqşünaslıq İnstitutunun ərəb filologiyası şöbəsinin dissertantı olmuşdur.
Ailəlidir, üç oğlu var.
Əmək fəaliyyəti
redaktə1961–1963-cü illərdə Cəbrayıl rayonlararası regional "Kolxozçu" (indiki Xudəfərin) qəzetinin və 1964–1966-cı illərdə isə Azərbaycan Dövlət Universitetinin çoxtirajlı qəzetinin əməkdaşı olmuşdur.
1968–1970-ci illərdə Sovet Ordusunda və 1970–1973-cü illərdə Suriya Ərəb Respublikasında hərbi tərcüməçi işləmişdir.
1975–1977-ci illərdə "İnşaatçı" qəzeti və "Kirpi" satirik jurnalının əməkdaşı kimi fəaliyyət göstərmişdir.
1977–1978-ci illərdə İraq Respublikasında SSRİ səfirinin iqtisadi məsələlər üzrə müşavirinin ofisində tərcüməçi;
1979–1985-ci və 1987–1990-cı illərdə "Kirpi" satirik jurnalının əməkdaşı olmuşdur.
1986–1987-ci illərdə Liviya Cəməhiriyyəsində SSRİ səfirinin iqtisadi məsələlər üzrə müşavirinin ofisində tərcüməçi işləmişdir.
1991–2023-cü illərdə Azərbaycanda ilk müstəqil AssA-İradə informasiya agentliyinin təsisçisi və baş direktoru, 1997–2012-ci illərdə isə Azərbaycanın mətbuat tarixində ilk ingilisdilli "Azernews" qəzetinin təsisçisi və baş redaktoru olmuşdur.
2013-cü ildən ingilisdilli "Azeri Observer" jurnalının baş direktoru, 2014-cü ildən isə İƏT üzv Dövlətləri Jurnalistləri Assosiasiyası İB-nin sədridir.
İctimai və beynəlxalq fəaliyyəti
redaktə2003–2013-cü illərdə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla iş üzrə Dövlət Komissiyasının üzvü olmuşdur.
Misir, Səudiyyə Ərəbistanı, Livan, Türkiyə, Şimali Kiprə səfər etmiş Azərbaycan jurnalistlərinin nümayəndə heyətinə başçılıq etmişdir.
2004-cü ildə Azərbaycan Respublikasının Prezidenti Ulu Öndər Heydər Əliyevin Türkiyə və İrana rəsmi səfərlərində jurnalist heyətinin tərkibində olmuşdur. Sudanda (1995) keçirilmiş İslam ölkələri qurultayında, Mərakeşdə (2015) keçirilmiş İslam Ölkələri Gəncləri forumunda Azərbaycanı təmsil etmişdir.
Yaradıcılığı
redaktə"Ulduz sövdəsi" pamfletlər toplusunun (1989), Qarabağ Müharibəsindən bəhs edən 3 hissəli "Qara Qan" tarixi roman-trilogiyasının (2002–2022), "Yalanın gerçəkliyi" (2014), hekayə, povest və esselər toplusunun, ABŞ-da ingiliscə nəşr olunmuş "Reality in Lie" (2013) povest və hekayələr kitabının, "Müasir Suriya romanı" (2005) və "Suriya qadın yazıçılarının əsərlərində qadın emansipasiyası" (2011) elmi monoqrafiyalarının, "Hər daşın altında bir tarix… batır (2019) felyetonlar və pamfletlər toplusunun, "Dilmanc" bədii-publisistik memuar əsərinin, publisistik, elmi və digər janrlarda yazılmış yüzlərlə məqalələrin, hekayə və esselərin müəllifidir.
Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. Bir çox yaradıcılıq müsabiqələrinin qalibidir.
Mükafatları
redaktə21 iyul 2005-ci ildə Azərbaycan milli mətbuatının 130 illiyi münasibətilə jurnalistikanın inkişafındakı xidmətlərinə görə "Əməkdar jurnalist" fəxri adına layiq görülmüşdür.[2]
İstinadlar
redaktə- ↑ 1 2 İstedadlı yazıçı, əməkdar jurnalist Fazil Güneyin 70 illik yubileyi qeyd olunub.
- ↑ "Azərbaycan mətbuat işçilərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin 21 iyul 2005-ci il tarixli, 925 №-li Sərəncamı". e-qanun.az (az.). 22 aprel 2023. 21 iyul 2005. 2022-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 apr 2023.