Fatma Suleymanova - Wikipedia
Fatma_Süleymanova - Haqqında Məlumat
Fatma Həmzə qızı Süleymanova (23 dekabr 1912, Şuşa – 2 dekabr 1978, Bakı) — texnika elmləri doktoru (1964), professor (1967), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1970), SSRİ-nin əməkdar ixtiraçısı (1979).
Fatma Süleymanova | |||
---|---|---|---|
Doğum tarixi | |||
Doğum yeri | Şuşa, Şuşa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası | ||
Vəfat tarixi | (65 yaşında) | ||
Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ | ||
Mükafatları |
|
Həyatı
redaktəLeninqrad Avtomobil Yolları İnstitutunu bitirdikdən (1934) sonra Azərbaycan Avtomobil Nəqliyyat Nazirliyi sistemində müxtəlif vəzifələrdə çalışmışdır. Azərbaycan EA Neft və Kimya Prosesləri (1952–1965) və Aşqarlar Kimyası İnstitutlarında (1965–1970) laboratoriya müdiri, 1970-ci ildən Azərbaycan Politexnik İnstitutunda avtomobil kafedrasının müdiri işləmişdir. Tədqiqatları, əsasən, motor yanacağı və yağlar sahəsinə aiddir. 15 müəlliflik səhadətnaməsi almışdır. "Qırmızı Əmək Bayrağı" və "Şərəf Nişanı" ordenləri ilə təltif edilmişdir.