Faringit - Wikipedia
Faringit — udlaq kimi tanınan boğazın arxa hissəsinin iltihabı.[3][4] Adətən boğaz ağrısı və qızdırma ilə nəticələnir. Digər simptomlar arasında burun axması, öskürək, baş ağrısı, udma çətinliyi, limfa düyünlərinin şişməsi və boğuq səs ola bilər.[5]
Faringit | |
---|---|
XBT-10 | J , J |
XBT-10-KM | J02, J02.9 |
XBT-9 | , |
XBT-9-KM | 462[1][2], 472[1][2], 478.20[1][2] |
DiseasesDB | 24580 |
MedlinePlus | 000655 |
eMedicine | emerg/419 |
MeSH | D010612 |
Vikianbarda əlaqəli mediafayllar |
Səbəbləri
redaktəFaringitin əsas səbəbləri isti, soyuq və ya çirkli havanın udması, kimyəvi qıcıqlanmaların təsiridir. Yoluxucu faringit müxtəlif viruslar (qrip, adenoviruslar), eləcə də kandida cinsinin mikroorqanizmləri (strepto-, stafilo-, pnevmokokklar) və göbələklər tərəfindən yarana bilər. Çox vaxt faringit infeksiyanın udlağa bitişik iltihab ocağından kənara yayılması (sinüzit, rinit, kariyes) nəticəsində inkişaf edir. Xəstəliyin səbəbi həmçinin udlağın travmatik xəsarətləri ola bilər - yad cismin çıxarılmasından və ya cərrahi əməliyyatlardan sonra baş verə bilən kəskin faringit.
Təsnifatı
redaktəFaringit yuxarı tənəffüs yollarının infeksiyası nəticəsində yaranan bir iltihab növüdür. O, həm kəskin, həm də xroniki olaraq təsnif edilə bilər. Kəskin faringit patogendən və zərər çəkənin immun imkanlarından asılı olaraq kataral, irinli və ya xoralı ola bilər. Xroniki faringit kataral, hipertrofik və ya atrofik olur.
Tonzillit faringitin bir növüdür.[6] Əgər iltihab həm badamcıqları, həm də boğazın digər hissələrini əhatə edərsə, onu faringotonzillit və ya tonzillofaringit adlandırmaq olar.[7] Başqa bir növü nazofarengit adlanır (soyuqdəymə).[8]
Səbəbi
redaktəƏksər hallar yoluxmuş şəxslə yaxın təmas nəticəsində əldə edilən yoluxucu mikroorqanizmlə əlaqələndirilir.
Viruslu
redaktəBunlar bütün yoluxucu halların təxminən 40-80%-ni təşkil edir və bir çox müxtəlif növ viruslu infeksiyaların xüsusiyyəti ola bilər.[9]
- Adenovirus virus səbəbləri arasında ən çox yayılmışdır.
- Qripə səbəb olan Ortomiksoviruslar qrupu — yüksək hərarət, baş ağrısı və ümumi ağrı ilə xarakterizə olunur. Boğaz ağrısı ilə də əlaqəli ola bilər.
- Yoluxucu mononükleoz ("vəzi qızdırması") Epstein-Barr virusundan qaynaqlanır. Bu, əhəmiyyətli dərəcədə limfa düyünlərinin şişməsinə və boğazın qızartı və şişməsi ilə eksudativ tonzillitə səbəb ola bilər.
- Herpes simplex virusu bir çox ağız yarasına səbəb ola bilər.
- Qızılca
- Ümumi soyuqdəymə: rinovirus, koronavirus, respirator sinsitial virus və paraqrip virusu boğaz, qulaq və ağciyər infeksiyasına səbəb ola bilər və bu, standart soyuqdəymə simptomlarına və tez-tez ağrıya səbəb olur.
Bakterial
redaktəBir sıra müxtəlif bakteriyalar insan boğazına yoluxa bilər. Ən çox rast gəlinənlər A qrupu streptokoklardır (Streptococcus pyogenes), lakin digərləri Pnevmokokk, Haemophilus influenzae, Qarayara çöpü, Corynebacterium diphtheriae, Neisseria gonorrhoae həmçinin ola bilər.[10]
Streptokokk faringiti
Streptokok faringitə və ya kəsgin faringitə A qrupu beta-hemolitik streptokoklar səbəb olur.[11] Faringitin ən çox yayılma səbəbi bakterial infeksiyadır (15-30%).[10] Ümumi simptomlara yüksək qızdırma, boğaz ağrısı və limfa düyünlərinin şişməsi daxildir. Bu yoluxucu infeksiyadır və yoluxmuş şəxslə yaxın təmasda yayılır. Müalicəsi üçün antibiotiklər təyin olunur.[12]
Fusobakterium nekroforum
Fusobakterium nekroforum ağız-boğaz florasında olur və bəzən peritonsilyar absesə səbəb ola bilər. Müalicə olunmayan hər 400 hadisədən biri Lemierre sindromu ilə nəticələnir.[13]
Difteriya
Difteriya Corynebacterium diphtheriae bakteriyası tərəfindən törədilən həyati təhlükəsi olan yuxarı tənəffüs yollarının infeksiyasıdır və uşaqlıq dövründə peyvənd proqramları tətbiq olunduqdan sonra inkişaf etmiş ölkələrdə böyük ölçüdə məhv edilmişdir, lakin hələ də üçüncü dünya ölkələrində bildirilir. Antibiotiklər erkən mərhələlərdə təsirli olur, lakin sağalma adətən gec olur.
Digərləri
Digər səbəblər nadir halda, lakin ölümcül ola bilər. Bunlara parafaringeal boşluğun infeksiyaları daxildir: peritonsilyar abses (“angina absesi”), çənəaltı boşluğun infeksiyası (Lüdviq anginası) və epiqlottit.[14][15][16]
Göbələk
Bəzi faringit halları stomatitə səbəb olan Kandida albikans kimi göbələk infeksiyasından qaynaqlanır.[17]
Yoluxucu olmayan
Faringit, soyuq havada mexaniki, kimyəvi və ya termal qıcıqlanma nəticəsində də yarana bilər. Pramipeksol və neyroleptiklər kimi bəzi dərmanlar və antibiotiklər də həmçinin faringitə səbəb ola bilər.[18][19]
Epidemiologiyası
redaktəKəskin faringit boğaz ağrısının ən çox yayılmış səbəbidir.
Diaqnozu
redaktəYalnız simptomlara əsaslanaraq boğaz ağrısının viral və bakterial səbəbini ayırd etmək çətindir. Ona görə mütləq boğazdan yaxma götürmək lazımdır.[20]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 3 Disease Ontology (ing.). 2016.
- ↑ 1 2 3 Monarch Disease Ontology release 2018-06-29. 2018-06-29 2018.
- ↑ Faringit // Большая советская энциклопедия: [в 30 т.] (3-е изд.). М.: Советская энциклопедия. гл. ред.: А. М. Прохоров. 1969–1978.
- ↑ pharyngitis (n.) Arxivləşdirilib 2022-01-07 at the Wayback Machine // Online Etymology Dictionary.
- ↑ Neville, Brad W.; Damm, Douglas D.; Allen, Carl M.; Chi, Angela C. Oral and maxillofacial pathology (4th). St. Louis, MO: Elsevier. 2016. 166. ISBN 9781455770526. OCLC 908336985. 28 October 2021 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 17 March 2020.
- ↑ "Tonsillitis". 25 mart 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 avqust 2016.
- ↑ Rafei K, Lichenstein R. "Airway Infectious Disease Emergencies". Pediatric Clinics of North America. 53 (2). 2006: 215–242. doi:10.1016/j.pcl.2005.10.001. PMID 16574523.
- ↑ "www.nlm.nih.gov". 17 noyabr 2015 tarixində arxivləşdirilib.
- ↑ Acerra JR. "Pharyngitis". eMedicine. 17 mart 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 aprel 2010.
- ↑ 1 2 Bisno AL. "Acute pharyngitis". 344 (3). January 2001: 205–11. doi:10.1056/NEJM200101183440308. PMID 11172144.
- ↑ Baltimore RS. "Re-evaluation of antibiotic treatment of streptococcal pharyngitis". Curr. Opin. Pediatr. 22 (1). February 2010: 77–82. doi:10.1097/MOP.0b013e32833502e7. PMID 19996970.
- ↑ Choby BA. "Diagnosis and treatment of streptococcal pharyngitis". Am Fam Physician. 79 (5). mart 2009: 383–90. PMID 19275067. 8 fevral 2015 tarixində arxivləşdirilib.
- ↑ Centor RM. "Expand the pharyngitis paradigm for adolescents and young adults". 151 (11). 1 December 2009: 812–5. CiteSeerX 10.1.1.669.7473. doi:10.7326/0003-4819-151-11-200912010-00011. PMID 19949147.
- ↑ "UpToDate Inc". 27 iyun 2009 tarixində arxivləşdirilib. (registration required)
- ↑ Reynolds SC, Chow AW. "Severe soft tissue infections of the head and neck: a primer for critical care physicians". [[|Lung]]. 187 (5). Sep–Oct 2009: 271–9. doi:10.1007/s00408-009-9153-7. PMID 19653038.
- ↑ Bansal A, Miskoff J, Lis RJ. "Otolaryngologic critical care". 19 (1). January 2003: 55–72. doi:10.1016/S0749-0704(02)00062-3. PMID 12688577.
- ↑ Harvard Medical School. "Sore Throat (Pharyngitis)". Harvard Health Publishing Harvard Medical School. Harvard Health Publishing. 3 December 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 December 2019.
- ↑ "Mirapex product insert" (PDF). Boehringer Ingelheim. 2009. 14 iyun 2010 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 30 iyun 2010.
- ↑ "Mosby's Medical Dictionary, 8th edition". Elsevier. 2009. 20 September 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 June 2010.
- ↑ Del Mar C. "Managing sore throat: a literature review. I. Making the diagnosis". [. 156 (8). 1992: 572–5. doi:10.5694/j.1326-5377.1992.tb121422.x. PMID 1565052.