Faragat - Wikipedia
Farağat - mənası: Sakit, səssiz, dinməz-söyləməz deməkdir.
Sıra Nizamnaməsinə aid olan bu komanda, əsasən hərbi qulluqçuların sıra intzamını pozmayaraq, sırada düz duraraq verilən komandaları dinləmək və ya rəislərin tapşırıqlarına sakit , səssiz heç bir sual vermədən qulaq asmaq üçün verilir.
Farağat komandası hərbi salam verilən zaman,rəisin yanından keçən və ya onu izləyən zaman,sırada duran zaman verilir.
Bunadan başqa Farağat komandası əlavə olara məruzə edilən zamanda istifadə edilir, məsələn: "Bölük Düzlən, Farağat,Diqqət !!! Mərkəzə..."
Farağat komandası zamanı hərbiçinin duruşu
redaktəFarağat komandası verilən zaman:
- Komanda gələn tərəfə çevrililir;
- Baş düz baxır,çənə yerlə paralel vəziyyətdə olur;
- Əllər yana tam olarağ sıxılır,əlin orta barmağı şalvarın yan cibinin üstündəki əlavə xətlə bir tutulur;
- Danışılmamalı,hərəkət edilməməlidir;
- Bayraqdar farağat komandasının icrası zamanı bayrağı önünə gətirərək (sol əli bayrağın yuxarısından,sağ əli isə aşağısından)düz tutur;
- Diqqət !!! mərkəzə zamanı isə Bayraqdar bayrağı sol əlin köməyi ilə onun tutacağını sağ qolun dirsəkdən bükülmüş vəziyyətinə uyğun önə uzadır;
- Azad (komanda) komandası zamanı isə bayrağın tutacağının aşağı hissəsi sağ ayağın pəncəsinə biləşdirilir və bayrağın yuxarı hissəsi isə sağ qolun tam açılması ilə önə uzadılır;
- Əgər hərbi qulluqçu silahla cərgədə durubsa silah onun əlində tutulubsa o,silahlı sol əlinin köməyi ilə sinəsindən dörd baramaq aralıda saxlamaq şərti ilə tutur,bu zaman sol əlin dörd barmağı silahın lülə örtüyünə sıxılır,baş barmaq isə silahın yuxarı hissəsində yerləşən qayış birləşən yerinə sıxılmış vəziyyətdə tutulur.Sağ əl isə dörd barmaq tapança dəstəyinin alt hissəsinə,baş barmaq isə onun əks tərəfinə sıxılır;
- Hərbi qulluqçu silahı kürəyə vəziyyətində tutubsa hərbi salamı bir qayda olaraq verə bilər:
Xarici keçidlər
redaktə- Farağat,diqqət !!! Səngərə Arxivləşdirilib 2014-08-13 at the Wayback Machine
Həmçinin bax
redaktə Hərb haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |