Fasist Mubarize Destelerinin Ittifaqi - Wikipedia
Faşist mübarizə dəstələrinin ittifaqı (İtaliya mübarizə ittifaqı) — 1919-cu ildə Mussolini tərəfindən yaradılan siyasi təşkilat. 1921-ci ildə bu təşkilat Milli Faşist Partiyasına çevrilmişdi. Təşkilatın qərargahı Milan şəhərində yerləşirdi.
Əlaqəli mövzular
İstiqamətlər
Doktrinalar
Təşkilatlar
Faşist liderlər
Faşist dövlətlər
|
İtaliya Birinci dünya müharibəsindən qalib dövlətlər sırasında çıxmışdı. Lakin ölkə xeyli zəifləmişdi. Çünki müharibəyə girərkən nəzərdə tutduqlarına nail olmamışdı. Müharibə başa çatdıqdan sonra ölkədə sosial ziddiyətlər daha da kəskinləşmişdi. Hakim dairələrin müəyyən hissəsi isə narazı xalqın çıxışlarının qarşını güc yolu ilə almaq təklifini irəli sürürdü. Bu məqsədlə xüsusi dəstələr yaradıldı. Bu dəstələrdən biri 1919-cu ildə Milan şəhərində Benito Mussolini tərəfindən yaradılmış "Faşist mübarizə dəstələrinin ittifaqı" idi. Bu təşkilatın bir çox şəhərlərdə yerli bölmələri yaradılmışdı. Belə bölmələrə faşio deyirdilər. "Faşio" sözünün italyanca mənası "dəstə", "birləşmə", "qrup" deməkdir. Təşkilatın proqramının əsasını üç başlıca ideya təşkil edirdi: əməkdaşlıq, onu təmin edən güclü dövlət hakimiyyəti, millətçilik ("Millər hər şeydən üstündür").
Bu təşkilatın üzvləri üzərində sarı və qırmızı xətlər olan qara köynəklər geyinirdilər. Bu rənglər qədim Romanın simvolu sayılırdı. Bu təşkilatın əsas mübarizə hədəfləri kommunistlər, kapitalistlər və sıravi üsyançılar idi.
Konqreslər
redaktə- I konqres, Florensiya, 9 — 10 oktyabr 1919-cu il
- II konqres, Milan, 24 — 25 may 1920-ci il
- III konqres, Roma, 7 — 10 noyabr 1921-ci il
Sənədlər
redaktəMənbə
redaktə- Pier Milsa, Serj Berşteyn (1980). Le fascisme italien, 1919—1945. París: Le Seuil.
- Ən yeni tarix. Ümumtəhsil məktəblərinin 11-ci sinfi üçün dərslik. Bakı: Çaşıoğlu, 2010. - 128 səh.