Fetallar - Wikipedia
Fətallar — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Abdullauşağı kənd inzibati ərazi dairəsində kənd.[1]
Fətallar | |
---|---|
40°04′01″ şm. e. 46°09′12″ ş. u.HGYO | |
Ölkə | |
1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd Azərbaycan Silahlı Qüvvələrinin uğurlu əməliyyatı nəticəsində Azərbaycana qaytarılıb.
Tarixi
redaktəKəlbəcər rayonunun Abdullauşağı inzibati ərazi vahidində yerləşən kənd. Moz çayının sahilində, dağətəyi ərazidədir. Keçmiş adı Qaraçanlı olmuşdur. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini Laçın rayonunun Qaraçanlı kəndindən köçüb gəlmiş Qara Fətalı adlı bir şəxs saldığına görə belə adlanmışdır.[2][3]
Yaylaqlar
redaktəMotin yurdu, Orucalılar yurdu, Hacıalı yurdu, Dəlləklər yurdu, Qırxın yurdu, Baş yurd, Qanqallı yurd, Dərə yurdu, Kalafalıq yurdu, Kosalar yurdu, Kilisənin yanı, Mehdixanlı yurdu.
Bulaqlar
redaktəBuz bulaq, Baş yurdun bulağı, Novlu bulaq, Qoşabulaq, Səfqulunun bulağı.
Məşhur yerlər
redaktəMuncuqlu təpə, Məşədihəsən xırmanı, Yalınbeli, Qaraqaya, Həşimin yurdu, Cilin düzü, Küllü yer, İlanlı çala, Dikxaç, Yıxılıxaç, Hümbətalı gizlənən, Ağşırran, Kəmərqaya, Bataqlıq.[3]
İstinadlar
redaktə- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-04-16.
- ↑ "Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007, səh. 273.
- ↑ 1 2 Məzahir Təhməzov Kəlbəcər Ensiklopedik məlumatlar Toponimlər fotoşəkillər xəritələr.