Feride Leman - Wikipedia
Fəridə Ləman (26 noyabr 1953, Kəmərli, Qazax rayonu) — filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü.
Fəridə Ləman | |
---|---|
Fəridə Ləman Kamil qızı | |
Doğum tarixi | 26 noyabr 1953 (71 yaş) |
Doğum yeri | |
Milliyyəti | Azərbaycanlı |
Elm sahəsi | dilçilik |
Elmi dərəcəsi |
|
İş yeri | "Məhsəti" jurnalının baş redaktoru |
Təhsili | |
Elmi rəhbəri | Müseyib Məmmədov |
Üzvlüyü | |
Mükafatları |
Həyatı
redaktə1953-cü ildə Qazax rayonunun Kəmərli kəndində anadan olub. Kəmərli kənd orta məktəbini bitirdikdən sonra ADPU-nun Azərbaycan dil və ədəbiyyat fakültəsində təhsil almışdır[1].
2008-ci ildə Həcc, 2009-cu ildə Kərbala ziyarətlərində olub.
Hazırda AMEA-nın Nəsimi adına Dilçilik institutunda baş elmi işçidir.
Fəridə Ləman bununla yanaşı "Məhsəti" jurnalının təsisçisi və baş redaktorudur.[2][3]
Yaradıcılığı
redaktəBədii yaradıcılığa 1970-ci illərdən başlamışdır. Fəridə Ləman 50-dan çox kitabın müəllifidir.
Fəaliyyəti
redaktəİran və Türkiyədə dövlət tədbirlərində olub. 1998-ci ildə Müstəqil Azərbaycanın Qadınlar qurultayında, 1999-cu ildə Türk dünyası Qadınlarının ilk qurultayında (İstanbul), 2005-ci ildə Dünya Azərbaycanlıları Konqresinin VIII qurultayında (Ankara) nümayəndə olub.
1997-ci ildə "Sevil" Qadınlar Məclisi poeziya klubunun rəhbəri, 1998-ci ildə "Xatun" ədəbi Məclisinin sədri olmuşdur; 2001-ci ildə "Məhsəti" Şairlər Məclisini yaradıb; 2003-cü ildə eyni adlı "Məhsəti" jurnalını təsis edib, həmin jurnalın baş redaktorudur.
Fəridə Ləman Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin idarə heyətinə üzv və Qadınlar Şurasına sədr seçilib (2007–2017).
İİR-nin Mədəniyyət Mərkəzinin İmam Rzanın doğum günü və Həzrəti Məsumə ilə bağlı keçirdiyi şeir müsabiqəsində qalib olmuş, Urmiyada şeir festivalında iştirak etmişdir (2007); Uluslararası Yunus Emre Kültür və sanat haftasında iştirakçı olmuşdur (6–10 may 2008).
Fəridə Ləman Azərbaycan diaspor himninin, Türk marşının (hər iki mahnı 2005-ci ildə Ankarada DAK-ın VIII qurultayında xalq artisti Lütfiyar İmanov tərəfindən səslənmişdi) və İctimai Televiziyanın himninin müəllifidir.
2010-cu ildə Osmanqazi Universitetində 2-ci Ulusal simpoziumda və IV Uluslararası Kıprıs simpoziumda (Türkiyə) iştirak edib.
2012-ci ildə Azərbaycan Milli Qəhrəmanı Mübariz İbrahimova həsr olunmuş "Mübarizli vətən" əsəri Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında səhnələşdirilmiş, teatrın özündə və sərhəd bölgələr — Gədəbəy, Qazax, Ağstafa bölgələrində əsgərlərin və rayon ictimaiyyətinin iştiraki ilə göstərilmişdi.
2013-cü ildə yaradıcılıq xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin mükafatına layiq görülmüşdür.
2014-cü ildə (14–17 aprel) Eskişehir Türk Dünyası Çocuk- Edebiyyatı Sempoziyumunun iştirakçısı olmuşdur.
2014-cü ildə Türkiyədə "Bayraklarda Hilalımız" Güldeste (Eskişehir) şeirləri işıq üzü görmüşdür.
2014-cü ildə Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə həyata keçirilən "Vətən sevgisi sərhəddə başlamır, sərhəddə bitmir" kitabında şeirləri dərc olunmuşdur.
Jurnalistlik fəaliyyəti
redaktəFəridə Ləman "Azad Azərbaycan" qəzetində Gəncə-Qazax bölgəsi üxrə xüsusi müxbir (1992–1993), "Gənclik" jurnalında korrektor, "Azərbaycan" qəzetində müxbir, "Azərbaycan qadını" jurnalında müxbir, "Xatun" jurnalında baş redaktor, "Məhsəti" jurnalında baş redaktor, "Azad Azərbaycan" qəzeti müxbirlər şöbəsinin müdiri, "Respublika" qəzetində müxbir və "Dəli Kür" qəzetində baş redaktor vəzifələrində çalışmışdır.
Mükafatları
redaktə- "General Həzi Aslanov" adına (fəxri diplom, 1995)
- "Xanqızı Natəvan" adına (diplom, 1995)
- "Araz" ali ədəbi mükafatı (1999)
- "Qızıl qələm" mükafatı (2000)
- "Həsənbəy Zərdabi" mükafatı (2000)
- "Əliağa Şıxlinski" adına diplom (2004)
- "Milli Heysiyyət" və "Qopuz" (2006) fəxri diplomları
- Cəfər Cabbarlı mükafatı (2010)[4]
- "General Əliağa Şıxlinski" yubiley medalı — 2016
- "Səməd Vurğun Mükafatı" diplomu
- "Tərəqqi" medalı — 2019
Kitabları
redaktə- Tale adlı yazı varmış, 1991
- Suya danışılan yuxu, 1994
- Torpağın yaddaşı, 1995
- Azərbaycan Bədii Dilinin Epitetlər lüğəti, 1995
- Qazax mahalının şəhidləri, 1995
- Hələ yol gedirik, 1996
- Həsən ağa Qiyasbəyli, 1996
- Oğlundan qızından yarısa vətən, 1996
- Dünya qəm yuvasıdır, 1998
- Solsa da göy çəmənlər, 1998
- Qəm çiçəyi, 1999
- Cəsur Kamandar, 1999
- Əminə Dilbazi, 1999
- Folklor fədaisi, 1999
- Səlcuqdan gələn səs, 2001
- Məhsəti, 2002
- Azərbaycanın şair və aşıq qadınları, 2003
- Nur heykəli, 2003
- Azadlıq carçısı, 2003
- Çinar −50, 2004
- Ürəyimi sabahlara açıram, 2004
- Rəqs mələyi, 2005
- Can Azərbaycan, 2006
- Səsin töhfəsi, 2006
- Gülü xar olan Gülxar, 2007
- Müasir Azərbaycan dilində epitetlər, 2007
- Onu zaman seçib, 2008
- Azərbaycan poeziya çələngi, 2008
- Məhsəti ensiklopediyası, 2008
- Qorxusuz Tehran, 2011
- Anama məktub, (1-ci cild) 2011
- Dəyər, 2011
- Dəyər, (2-ci cild) 2011
- Ölsəm yer xoş olar, qalsam el , 2011
- Qılınc kəndi dastanı, 2011
- İncilər ensiklopediyası, 2011
- Təəssüb, 2011
- Mübarizli vətən, 2012
- Cəbhədən cəbhəyə (döyüş bölgələrindən reportajlar), 2013
- İncə qartalı, 2013
- Bura vətəndir, 2015
- Varis, 2015
- Yadigar, 2015
- Lalələr şəhid qanı, 2015
- Ağlayan ümidlər, 2015
- Birini sən de, birini də mən, 2017
- Sönməyən ulduzlar, 2017
- Ocaq daşı, 2018
- "Mühüdüm – şəhidim", 2019
- "Donmuş təbəssüm", 2019
- "Cənnətdən məktublar", 2019
Xaricdə nəşr olunan əsərləri
redaktə- Tale adlı yazı varmış, 1992 (Ərzurum, Türkiyə)
- Mübarizim bir dünya, 2015 (Əskişəhər, Türkiyə)
- Bülbül və qadın, 2017 (Daşkənd, Özbəkistan)
- "Oxu bülbül" (Özbəkistan)
Haqqında yazılanlar
redaktə- XX əsr Azərbaycan qadınları- 2001
- XX əsrin elitar qadınları (Azərbaycan və ingilis dilində)- 2006
- Elmira Həsənqızı "Yüksələn dövlətimiz"- 2010
- "Məhsəti" ensiklopediyası- 2008
- Zərif imzalar- 2010
- Müstəqil Azərbaycan qadını- 2011
- Mahmud Vəli, Ziyamız ziyalılarımız- 2012
- "İncilər" ensiklopediyası- 2011
- "Fəridə Çalıquşu"- 2013
İstinadlar
redaktə- ↑ "Azərbaycan qadın şairləri antologiyası", Bakı: "Avrasiya press", 2005. səh.245
- ↑ https://azertag.az/xeber/mehseti_jurnalinin_ilk_nomresi_nesr_edilmisdir-295421
- ↑ "Aygün Vəkilovanın xatirəsi anılıb". Strategiya.az News (ingilis). İstifadə tarixi: 2024-08-18.
- ↑ Cəfər Cabbarlı mükafatı sahiblərinə təqdim olunub. Arxivləşdirilib 2016-03-06 at the Wayback Machine apa.az, 16.04.2010. (az.)