Fereculla Xan Agevli - Wikipedia
Fərəculla_xan_Ağevli - Haqqında Məlumat
Fərəculla xan Əmənulla xan oğlu Ağevli (12 iyul 1887, İsfahan – 15 sentyabr 1974, Tehran) — İran hərbçisi, İran Əncümən-e Ətər-e Millinin (ƏƏM), (The National Monuments Council of Iran) direktoru.
Fərəculla xan Ağevli | |
---|---|
Fərəculla xan Əmənulla xan oğlu Ağevli | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 12 iyul 1887 |
Doğum yeri |
|
Vəfat tarixi | 15 sentyabr 1974 (87 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Rütbəsi | general |
Həyatı
redaktəFərəculla xan Əmənulla xan oğlu 1887-ci ildə İsfahan şəhərində anadan olmuşdu. Əsədulla xanın nəvəsidir. O, hərbi məktəb bitirmişdi. Qardaşı kolonel Fəzlullah xanın himayəsində hərbi işə qatılmışdı. Jandarmeriyada xidmət etmişdi.
Fərəculla xan Ağevli 1921-ci ildə polkovnik rütbəsi almışdı.1925-ci ildə briqadir-general rütbəsinə layiq görülmüşdü. Xuzistan əyalətinə vali göndərilmişdi.
Fərəculla xan Ağevli Məhəmmədrza şah Pəhləvinin hakimiyyəti dönəmində Şahənşah ordusunun komandanı olmuşdu.
Fərəculla xan Ağevli 1974-cü ildə vəfat etmişdi.
Mənbə
redaktə- Ənvər Çingizoğlu, Qacarlar dövrünün hərbçiləri, Bakı, "Mütərcim", 2013. 334 səh.
Ədəbiyyat
redaktə- Parviz Afsar, Tāriḵ-e žāndārmeri-e Irān, Qom, 1332 Š./1953.
- Moḥammad-ʿAli Amir Jāhed, Sālnāma-ye pārs, Tehran, 1327 Š./1948.
- Stephanie Cronin, art. "Gendarmerie," EIr. X/4, pp. 398–405.
- Abu’l Ḥasan Eḥtešāmi, Rejāl-e Irān, Tehran, 1327 Š./1949, p. 169.
- Eṭṭelāʿāt-e sālāna 3, 1341 Š./1963.
- Nur-Allāh Lārūdi, Asirān, Tehran, 1332 Š./1943, p. 172.
- Ḏabiḥ-Allāh Qādimi, Sālnāma-ye āryān, Tehran, 1322 Š./1943.
- Rahnemā-ye ketāb 17/7–9, 1353 Š./1974, p. 656.
- Thomas M. Ricks, "U. S. Military Missions to Iran, 1943–1978: The Political Economy of Military Assistance," Iranian Studies 12/3–4, 1979, pp. 163–193.
- ʿIsā Ṣadiq, art. "Anǰoman-e Āṯār-e Melli, (AAM)." EIr. II/1, p. 83.