Ferec Qasimov - Wikipedia
Fərəc_Qasımov - Haqqında Məlumat
Fərəc Cəfər oğlu Qasımov — Bakı bəhai icmasının ruhani məhfilinin "nazimi" (sədri).[1]
Fərəc Qasımov | |
---|---|
Fərəc Cəfər Qulu oğlu Qasımov (Qasımzadə) | |
| |
Doğum tarixi | |
Doğum yeri | Salyan, Cavad qəzası, Rusiya imperiyası |
Vəfat tarixi | |
Vəfat səbəbi | repressiya |
Həyat yoldaşı | Fizzə Əhəd qızı Qasımova |
Milliyyəti | Azərbaycanlı |
Həyatı
redaktə1883-cü ildə Salyanda doğulub.[1] O, ərəb və fars dillərini mükəmməl bilən, dinlərin tarixinə yaxından bələd olan savadlı və hörmətli bir şəxs idi.[1]
Bakı bəhai icmasının ruhani məhfilinin sədri Fərəc Qasımov Azərbaycan KP MK-nın keçmiş katibi, UİK(b)P-nın məsul işçisi Yusif Qasımovun qardaşı oğlu idi.[1] Maraqlıdır ki, əmisi Leninqradda "xalq düşməni" adı ilə həbs ediləndən sonra ailənin başqa üzvlərini "xalq düşməninin qohumu" kimi deyil, məhz bəhai dininə mənsubiyyətinə və "hökumətə qarşı zərərli fəaliyyətinə" görə digər bəhailərlə eyni gündə həbs edilmişdilər.[1]
Professor Ətulla Qasımovun atasıdır.[1]
İstinadlar
redaktə- ↑ 1 2 3 4 5 6 "AZƏRBAYCANDA BƏHAİLİK". ethnoglobus.az. ethnoglobus.az. 2019-04-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 18 aprel 2019.