Eyvaz Nekropolu - Wikipedia
Eyvaz_nekropolu - Haqqında Məlumat
Eyvaz nekropolu — Ordubad şəhərinin cənub-şərq hissəsində arxeoloji abidə.
Eyvaz nekropolu | |
---|---|
Ölkə | Azərbaycan |
Şəhər | Ordubad |
Yerləşir | Ordubad şəhərinin cənub-şərq hissəsi |
Aidiyyatı | 16-18-ci əsrlər |
Üslubu | arxeoloji abidə |
Kateqoriya | Yaşayış yeri, Nekropol |
Əhəmiyyəti | Ölkə əhəmiyyətli |
|
Ümumi məlumat
redaktəAbidə XX əsrin 80-ci illərinin əvvəllərinə qədər mövcud idi. Orada mərmərdən hazırlanmış çoxlu başdaşı tipli qəbirüstü xatirə abidələri var idi. Bu abidələrin üzərində ərəb və fars dillərində kitabələr olmuşdur. Qəbiristanlıq sufi şeyxi Pir Eyvazın vəfatından sonra yaranmışdır. Sonralar bu sufi şeyxinə hörmət əlaməti olaraq onun qəbri ətrafında dəfn mərasimləri keçirilmiş və böyük bir qəbiristanlıq yaranmışdır. Qəbiristanlıqdakı məzar kitabələrinin tarixləri orada 16-18-ci əsrlərdən başlayaraq dəfn mərasimləri keçirildiyini söyləməyə əsas verir. XX əsrin 80-ci illərində dağıdılıb, yerində avtovağzal inşa edilmişdir.[1]
İstinadlar
redaktə- ↑ Naxçıvan abidələri ensiklopediyası.Naxçıvan.2008.