Eyfema - Wikipedia
Eyfema (lat. Zegris eupheme) — zeqris cinsinə aid kəpənək növü. Cənubi Qafqaz endemidir.
Eyfema | ||||
---|---|---|---|---|
Elmi təsnifat | ||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Eyfema |
||||
Beynəlxalq elmi adı | ||||
|
||||
|
Qısa təsviri
redaktəSarımtıl-ağ rəngli gündüz kəpənəyidir. Ön qanadlarının zirvəsi bozumtul-qara rəngdə olub, narıncı-sarı, bəzən isə qırmızı ləkəlidir, arxa qanadlar üzərində isə şəffaf yaşılımtıl-mərməri naxışlar vardır.[1]
Yayılması
redaktəCənubi Qafqazda, Naxçıvan MR və Talışın (Zuvand) dağətəyi və dağlıq yerlərinin kserofil bitkilər bitən bölgələrində yayılmışdır.
Yaşayış yeri və həyat tərzi
redaktəDağ kserofitləri ilə örtülü dərə və yamaclarda yaşayır. Kəpənəklərin qanadlarının eni açıq halda 40-45 mm-ə çatır. Mayda və iyunun əvvəlində uçurlar. Uçuşları xırıltılı və sürətlidir. Tırtılları iyun-iyul aylarında şüvəran bitkisinin yarpaqları ilə qidalanır. Puplaşma çim içərisində keçir və puplar qışlayır. İldə bir nəsil verir. Tırtıllar üzərində ichneumonidae və braconidae fəsiləsindən olan müxtəlif minicilər parazitlik edir. [2]
Sayı
redaktəSabit azsaylı növdür. R.Əffəndi tərəfindən Naxçıvan MR-da 4, Talışda 5 kəpənəyi qeydə alınmışdır.
Məhdudlaşdırıcı amillər
redaktəYaşayış sahələrinin mal-qara tapdağına çevrilməsi, ot örtüyünün insanlar tərəfindən biçilməsi məhdudlaşdırıcı amillərdəndir.
Qorunması üçün qəbul olunmuş tədbirlər
redaktəTutulmasının qadağan edilməsi qorunması üçün qəbul edilmiş tədbirlərdəndir. Rusiyanın, Ukraynanın Qırmızı kitabına və Azərbaycanın Qırmızı kitabinın I nəşrinə daxil edilmişdir.
Qorunması üçün məsləhət görülmüş tədbirlər
redaktəKəpənəyin yayıldığı ərazilərdə qorunan sahələrin təşkil edilməsi, onun sayı və populyasiyanın vəziyyəti barədə məlumat əldə etmək üşün hər il monitorinqlərin keçirilməsi qorunması üçün məsləhət görülən tədbirlərdəndir.
İstinadlar
redaktəƏdəbiyyat
redaktə- Azərbaycan SSR-in Qırmızı kitabı. 1989.
- Azərbaycanın Qırmızı kitabı. II cild. Bakı: 2013.
- Эффенди Р.М. Высшие чешуекрылые Азербайджана. Автореф.дис.канд.биол.наук. Баку: 1971, 24 с.
- Коршунов Ю.П. Каталог булавоусых чешуекрылых (Lepidoptera, Rhopalocera) фауны СССР. Энтомологич. обозрение. т. LI. вып. 1-2, 1972, с. 136-154, 352-368.