Exo Yoxedilmesi - Wikipedia
Exo_yoxedilməsi - Haqqında Məlumat
Bu məqalə böyük ölçüdə və ya tamamilə tək mənbəyə əsaslanır. |
Exo yoxedilməsi - göndərən modemin kanalın girişində yalançı siqnalların meydana çıxmasını izləmək yolu ilə rabitə xətlərində (məsələn, peykdən veriliş zamanı) exolara nəzarət üsulu. Əsas verilişi təkrarlayan exoların nəzarətdə saxlanması müəyyən gecikmələrə görə mümkün olur. Exonun yoxedilməsi zamanı modem qəbuledilən siqnalı ötürülən siqnalın çevrilmiş (yəni “əks işarə ilə”) versiyası ilə cəmləyir və nəticədə exo yox olur, daxil olan verilənlər isə toxunulmaz qalır. Exonun yoxedilməsi verilənlərin 9600 bit/san sürətlə ötürülməsi üçün CCITT komitəsinin məsləhət bildiyi V.32 standartının bir hissəsidir.
Ədəbiyyat
redaktə- İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.