Exo Mifologiya - Wikipedia
Exo (yun. Ἠχώ "əks səda") yunan mifologiyasında personaj[1], dağ nimfası - oreada[2]. Rəvayətə görə Exo Zevsin nimfa ilə sevişməsini duymaması üçün Heranı daşındırdığı üçün ilahə onu nəhlətləyərək öz səsini almışdır. Buna gürə də danışmağı bilməyən Exo ancaq çağırışlara sonuncu sözü təkrarlayaraq hay verərmiş. Digər bir rəvayətə görə Nərgizə vurulan Exo ünsiyyət tapa bilməməsi üzündən məhəbbət qəmindən ölür, ondan tək səda və daşa dönmüş sümükləri qalmış olur[3].
Exo | |
---|---|
q.yun. Ηχώ | |
| |
Mifologiya | Yunan |
Yer | Helikon dağı |
Təsir sahəsi | əks-səda |
Adının izahı | əks səda |
Yunanca adı | Ἠχώ |
Cinsi | qadın[d] |
Sülalə | Nimfalar |
Anası | Geya |
Əlaqəli personajlar | Nərgiz |
Mənşəyi | Dağ nimfası - oreada |
Vikianbarda əlaqəli mediafayllar |
Exo və Nərgiz
redaktəRəvayətə görə Nərgiz çox yaraşıqlı gənc olduğundan bütün qızlar xüsusən nimfalar onu görcək ona vurularmışlar. Bu haldan çox lovğalanan Nərgiz heç kimi bəyənib sevməzmiş. Ancaq sevilməsindən lovğalıqla xoşhallanarmış. İlk dəfə çox gözəl qız olan nimfa Exo Nərgiz ov edərkən görmüş və ona aşiq olmuşdur. Danışa bilmədiyindən eşqini ona aşa bilməmişdir.
Dialoq:
(Məzmununun tərcüməsi)
Nərgiz:-Burda kimsə var?
Exo:-Var.
Nərgiz:-Sən kimsən?
Exo:-Kimsən?
Nərgiz:-Bura gəl!
Exo:-Gəl!
Nərgiz:-Səni görmək olar?
Exo:-Olar.
Nərgiz:-Səni görmək istəyirəm!
Exo:-İstəyirəm!
Bu zaman öz füsünkar gözəlliyi ilə Exo Nərgizin boynuna sarilır. Exonun ona vurulmasını duyan Nərgiz soyuqqanlıqla ondan imtina edərək onu qovmuşdur.
Nərgiz:Sarsaqlama!
Exo:Sarsaqlama!
deyib qaçıb gizlənərək, pərt olmasından utanaraq göz yaşları tökür.
Məhəbbət gözəllik ilahəsi Afrodita bu lovğalığa görə Nərgizi cəzalandırmağa qərar verir. Bir dəfə meşədə dolaşan Nərgiz bərk suzayaraq su içmək üçün bir gölməçəyə yaxınlaşarkən orada oz əksini görür. Bu zaman Erot onun qəlbini öz oxu ilə yaralayır. Qarşısında kim olduğunu anlamayan Nərgiz öz əksinə aşiq olur. Məhəbbət nə olduğunu bilməyən Nərgiz artıq öz-özünə, əksinə vurulur və ondan heç vəcdlə ayrıla bilmir və gölməçə qırağında eşq dərdindən məhv olur. Yerində isə çiçəklər bitmiş olur.
İstinadlar
redaktəMənbə
redaktə- Panaghiotis Christou, Katharini Papastamatis, Griechische Mythologie, 2008 ISBN 978-88-476-2283-8
- Менелаос Стефанидис, Яннис Стефанидис, ГРЕЧЕСКАЯ МИФОЛОГИЯ, БОГИ ОЛИМПА, Издательство "СИГМА", 2009, Lekanidi St.30, GR-173 43 Athens, Greece ISBN 978-960-425-078-3