Evolu Janna Fransa Kralicasi - Wikipedia
Evolu Janna (fr. Jeanne d'Évreux; 1310 – 4 mart 1371) — Fransa kralı IV Çarlzın üçüncü xanımı, Fransa və Navarra kraliçası.[1]
Evolu Janna | |
---|---|
fr. Jeanne d'Évreux | |
5 iyul 1324 – 1 fevral 1328 | |
Əvvəlki | Lüksemburqlu Mariya |
Sonrakı | Burqundiyalı Janna |
5 iyul 1324 – 1 fevral 1328 | |
Əvvəlki | Lüksemburqlu Mariya |
Sonrakı | Valualı Janna |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1310 |
Vəfat tarixi | 4 mart 1371 |
Dəfn yeri | |
Fəaliyyəti | royalty[d] |
Atası | Evolu Lüdovik |
Anası | Artesli Marqarita |
Həyat yoldaşı | IV Çarlz |
Uşağı | Orleanlı Blanş |
Dini | xristianlıq |
Vikianbarda əlaqəli mediafayllar |
Atası Fransa kralı III Filippin oğlu Lüdovik, anası isə Artesli Marqaritadır. 5 iyul 1324-cü ildə əmisi oğlu olan Fransa kralı IV Çarlzla evləndirildi. Qohum olan cütlüyün evlənə bilməsi üçün Papa XXII Condan xüsusi icazə alındı. 11 may 1326-cı ildə keçirilən tacqoyma mərasimiylə Fransa kraliçası oldu. Cütlüyün bu evlilikdən 3 qızı dünyaya gəlsə də, bunlardan yalnız biri yetkinlik yaşına çatdı.
1328-ci ildə əri IV Çarlz vəfat etdi və o əsnada hamilə olan Janna bir qız uşağı dünyaya gətirdi. Qızlarıyla birlikdə qalan ömrünü ərindən miras qalan mülklərində keçirən Janna sonrakı illərdə mühüm siyasi rollar oynadı.
4 mart 1371-ci ildə Paris yaxınlığında vəfat edən Evolu Janna Sen-Deni Bazilikasına dəfn edildi.
Mənbə
redaktə- Jean-Marc Cazilhac: Jeanne d'Evreux, Blanche de Navarre : Deux reines de France, deux douairières durant la Guerre de Cent ans, Editions L'Harmattan, 2010, 178 p., p. 20
- d'Avray, David (2015). Papacy, Monarchy and Marriage 860–1600. Cambridge University Press
- Woodacre, Elena (2013). The Queens Regnant of Navarre: Succession, Politics, and Partnerships, 1274-1512. Palgrave Macmillan
İstinadlar
redaktə- ↑ Bradbury, Jim (2007). The Capetians: The History of a Dynasty. Continuum International Publishing Group. ISBN 978-0826435149