Etibar Esedli - Wikipedia
Etibar Sahib oğlu Əsədli (tam adı: Etibar Əsədli; 12 may 1992, Bakı) — Azərbaycanlı bəstəkar, pianoçu[1][2][3][4][5].
Etibar Əsədli | |
---|---|
Ümumi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | bəstəkar, pianoçu |
Musiqi aləti | Piano |
Həyatı
redaktəEtibar Əsədli - Beynəlxalq müsabiqələr laureatı, bəstəkar və pianoçu. Bakı şəhərində anadan olub, ilk təhsilini də burada alıb. 5 yaşından musiqiyə olan həvəsindən artıq piano dərsləri almağa başlayır, 1998-ci ildə Bülbül adına Orta İxtisas Musiqi Məktəbinə daxil olur. 11 il klassik piano təhsilindən sonra Bakı Musiqi Akademiyasının Bəstəkarlıq fakültəsinə daxil olur. Bu illərdən Bakı Caz Festivallarında və Avropa Caz festivallarında uğurlu çıxışlar edir. ABŞ, İngiltərə, Fransa, Avstriya, İsveçrə, Rusiya, Türkiyə, Koreya, Çin və digər ölkələrdə fərqli layihələrdə konsertlər ifa edib. Hal-hazırda Fransanın Paris şəhərində yaşayır. İlk Azərbaycanlı tələbə olaraq Fransanın məşhur CMDL (Centre des Musique Didier Lockvood) Caz təhsil mərkəzinin məzunudur. Eyni zamanda Fransanın məşhur caz ulduzları ilə müxtəlif layihələrdə iştirak edir. 2017-ci ildə ilk dəfə "Projects" albomunu dinləyicilərə təqdim edib. Burada Azərbaycan Xalq musiqisi və Muğamlarını layiqincə avropa tamaşaçısına çatdırır. Eyni zamanda “Baku Jazz Festival” "Montreux Jazz Festival", "Les 2 Mondes" festival, "JazzyColors", “Buta Art”, “Ethno Jazz Kiev” “Lviv Jazz Festival” “Colmar Spring Music Festival” kimi məşhur festivallarda öz uğurlu konsertləri ilə yadda qalıb. Eyni zamanda Etibarın Azərbaycan musiqisinə gətirdiyi yeniliklər də az deyil. O ilk dəfə olaraq bütün Azərbaycanın Milli musiqi alətlərini elektronlaşdıraraq yeni virtual alətlər programı yaratmışdır. Bu virtual səslər vasitəsilə Azərbaycanın istənilən musiqi alətini elektron ifa etmək, o səsləri aranjimanlarda, kino musiqisində, canlı konsertlərdə virtual ifa etmək mümkündür. Daha sonra ilk dəfə olaraq Natural Pianonu Azərbaycanın milli muğamları üzərinə kökləyib yeni “Mikrotonal Piano” aləti hazırlamışdır. Bu piano vasitəsilə yalnız muğamlarda olan xüsusi səsləri yəni, kamança, tar, ud, tütək, balaban, zurna və s. alətlərdəki mikro səsləri ifa etmək mümkündür. Bu da Azərbaycan muğamlarını təbii səsləri ilə dünya tamaşaçısına çatdırmaq üçün atılmış növbəti addımdır. İlk dəfə olaraq Azərbaycan muğamlarını elektron janrlara uyğunlaşdırıb Dubstep, HipHop, Deep House kimi janrlarda işləmiş və 2018-ci ildə yeni “Psikodelik Muğam” layihəsi hazırlayıb.
İstinadlar
redaktə- ↑ "Этибар Асадли со своим отцом представили композицию, посвященную памяти жертв Ходжалинского геноцида – ВИДЕО" (rus). 1news.az. 2023-07-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-02.
- ↑ "Музыкант из Франции представил Азербайджан на Дне освобождении Африки (ФОТО/ВИДЕО)" (rus). Trend.az. 2022-05-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-02.
- ↑ "Этибар Асадли: «Я мечтаю видеть азербайджанскую музыку на мировом уровне» - ИНТЕРВЬЮ" (rus). Ann.az. 2016-03-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-02.
- ↑ "Первый азербайджанец-студент джазовой академии Франции - ВИДЕО" (rus). Oxu.az. 2023-07-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-02.
- ↑ "Интересное новшество азербайджанского джазмена – ВИДЕО" (rus). musavat.com. 2023-07-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-02.