Erzsebet Nad - Wikipedia
Erzsebet Nad (13 aprel 1927 – 29 yanvar 2008) — macar tərcüməçi və yazıçı, Macarıstanın baş naziri olmuş və Macar inqilabından sonra güllələnən İmre Nadın yeganə övladı.[2][3]
Erzsebet Nad | |
---|---|
Erzsébet Nagy | |
Doğum tarixi | |
Doğum yeri | Macarıstan Xalq Respublikası, Kopaşvar şəhəri |
Vəfat tarixi | (80 yaşında) |
Vəfat yeri | Macarıstan Respublikası, Budapeşt |
Vəfat səbəbi | Xəstəlik |
Dəfn yeri | |
Vətəndaşlığı | Macarıstan Respublikası |
Həyat yoldaşları |
Ferens Yanoşi Yanoş Veszi |
Atası | İmre Nad |
Anası | Mariya Egeto |
Milliyyəti | Macar |
Fəaliyyəti | jurnalist, tərcüməçi |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəErzsebet Nad, 1927-ci ilin 13 aprelində Macarıstanın cənubunda yerləşən Kopaşvar şəhərində anadan olmuşdur.[2] O, İmre Nad və Mariya Egetonun yeganə övladı olmuşdur.
Erzsebet Nad, Ferens Yanoşi ilə evlənmişdir. Onların nikah mərasimi protestant kilsəsində və protestant rahibin rəhbərliyi ilə keçirilsə də atası buna etiraz etməmiş və özü də Siyasi Bürodan icazə almadan bu nikahda iştirak etmişdir. Lakin, o dövrün qaydalarına görə Kommunist partiyasının yüksək vəzifəli şəxsi üçün bu gözlənilməz hadisə idi.
Erzsebet Nad, 1982-ci ildə Yanoş Veszi ilə ailə həyatı qurmuşdur.
Bir qızı və oğlu olmuşdur.
Macar inqilabı
redaktəNadın atası, baş nazir İmre Nad, Macar inqilabının rəhbər şəxsi idi. İnqilabın yatırılmasından sonra o, Sovet qoşunları tərəfindən aldadılaraq həbs edilmişdir. Macarların sovet işğalına qarşı üsyanı yatırıldıqdan sonra Erzsebet Nad, onun anası və həyat yoldaşının da daxil olduğu bir qrup şəxs Rumıniyaya qaçmışdı. İmre Nad, 1958-ci ildə edam edilmiş və onun edamına qədər qızı Erzsebet Nad Macarıstana dönə bilmədi.[2]
İnqilabdab sonra
redaktəMacarıstana geri döndükdən sonra Erzsebet Nad, Macarıstan Kommunist Partiyasının rəhbərliyi tərəfindən 15 il boyunca ev həbsinə alındı. Bu illər ərzində öz tərcüməçi və yazıçılıq işlərini evdə görmüşdür.
1980-ci illərdə Erzsebet Nad Macar inqilabı zamanı günahkar hesab edilərək öldürülən şəxslərin haqqlarının bərpası və bəraət alması üçün yaradılan Tarixi Ədalət Komitəsinin yaradıcılarından biri olmuşdur. 1980-ci illərin sonlarında Macarıstanda kommunizm əleyhinə artan etirazlar zamanı inqilab qurbanlarını anmaq üçün böyük mərasimlər təşkil etmiş və bütün öldürülənlərin qətlinin baiskarı kimi Kommunist partiyasını göstərmişdir. Onun bəzi çıxışları anti-kommunistlər tərəfindən belə qəbul edilməmişdir.[2]
Üzvü olduğu qurumlar
redaktə- Macar Jurnalistlər Dərnəyi
- Tarixi Ədalət Komitəsi (qurucu üzvü)
- İmre Nad Fondunun yaradıcısı[3]
Ölümü
redaktə2008-ci ilin yanvar ayının 29-da bilinməyən xəstəlikdən vəfat etmişdir.[2]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ https://web.archive.org/web/20190629083425/http://www.nemzetipanteon.hu/temetoi.html.
- ↑ 1 2 3 4 5 "Erzsebet Nagy, only child of Hungary's 1956 revolution prime minister Imre Nagy, dies". Associated Press. PR-inside.com. 2008-01-29. 2008-02-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-02-14.
- ↑ 1 2 "A NAGY IMRE ALAPÍTVÁNY". 2022-03-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-07.