Ernst Moro - Wikipedia
Ernst Moro (8 dekabr 1874–1951)— Avstriya pediatrı, psixoloqu.
Ernst Moro | |
---|---|
alm. Ernst Moro | |
Doğum tarixi | 8 dekabr 1874[1] |
Doğum yeri | |
Vəfat tarixi | 17 aprel 1951[1] (76 yaşında) |
Vəfat yeri | |
Təhsili | |
Fəaliyyəti | həkim, universitet müəllimi[d] |
Üzvlüyü |
Həyatı
redaktəErnst Moro 8 dekabr 1874-cü ildə müasir Sloveniyanın paytaxtı Lyublyanada anadan olub. Həmin illərdə isə Lyublyana Avstriya-Macarıstan imperiyasının şəhərlərindən biri sayılırdı. Və şəhər Laybax adlandırılırdı.
Moro Qratsda (Avstriyada Ştiriyanın inzibati mərkəzi olan Qrats Avstriya imperiyasının Türk sərhədlərində ən qədim postlarından biri və ölkənin ən orijinal şəhərlərindən biri olub) oxuyub. 1899-ci ildə o, tibb doktoru alimlik dərəcəsi alıb, 1901-1902-ci ildə o, bağırsaq basili bakteriyasını kəşf edən Teodor Yeşerixlə çalışıb, 1906-ci ildə Münhendə pediatr ixtisasına yiyələnib, iki il sonra isə Heydelberq Universitetində professor olub.
Həkim 1908-ci ildə tibb dünyasında elə bir yenilik etmişdi ki, onun izahı düz bir əsr sonra açılmışdı. Birinci Dünya müharibəsi illərində uşaqların çoxu ishaldan ölürdü. Moro uşaq ölümlərinin sayını azaltmaq üçün sadə resept yaradır. Bu reseptin əsas inqrediyenti kök şorbası imiş. 1 litr suda yarım kiloqram kökü püre halına gətirib, üzərinə 3 qr duz əlavə edin və ümumi həcmi buxarlaşıb 1 litr olana qədər bişirin.
Yalnız 2002-ci ildə məlum oldu ki, yürkökü şorbasındakı turş oliqosaxaridlər bakteriyaların bağırsaq mukozasına yapışmasına maneə törədir. Digər araşdırma göstərib ki, bu xassələrinə görə şorba hətta ishalı müalicə edir və bakteriyaların səbəb olduğu antibiotiklərə qarşı davamlıdır. Məhz Moro uşağın həyatının ilk illərində olan refleksini araşdırıb. Məsələn, əgər körpə uşağın başının yanında kəskin səs-küy salsanız, o, əvvəlcə barmaqlarını aralayaraq qollarını yana açacaq, sonra isə əllərini birləşdirib sıxacaq. Əgər belə refleksi yoxdursa, bu, mərkəzi sinir sisteminin zədələnməsi və ya təzyiqin əlamətidir. Refleks olmadıqda uşağın serebral iflici diaqnozunu təyin etmək mümkün olur.
Uşaq butulkalarının sterilizasiya edilməsi və ana südü ilə qidalanan uşaqların immunitetinin xəstəliklərə qarşı daha çox davamlı olması məşhur pediatrın sayəsində öyrənilib.
Qaymaq, yağ, un və şəkərdən ibarət olan süni ana südünü Moro fikirləşib. Həmçinin Moro fermentasiya edilmiş süd məhsulları içərisində olan laktobakteriyanı aşkar edib və onun faydalarını göstərib.
Təəssüf ki, Ernst Moro tibb sahəsində göstərdiyi xidmətlərinə görə heç bir mükafat almayıb. Amma o, ömrünün sonuna qədər sevdiyi işlə məşğul olub və minlərlə körpənin həyatını xilas edib.