Ermenistanda Parlament Seckileri 1919 - Wikipedia
Ermənistanda_parlament_seçkiləri_(1919) - Haqqında Məlumat
Ermənistanda Parlament seçkiləri — 21–23 iyun 1919-cu il tarixlərində Ermənistanda keçirilən seçkilər. İstifadə edilən seçki sistemi bir ümumi bölgədə D'Hondt metodundan istifadə edilərək partiya siyahısına mütənasib təmsilçilik idi.[1] Nəticədə, 80 yerdən 72-sini Daşnaksutyun Partiyası qazandı. Azərbaycanlıları təmsil edən Müsəlmanların Partiyasız İttifaqı isə 3 yer qazandı. Lakin seçkilər Sosial Demokrat Hnçak Partiyası və xalqçılar tərəfindən boykot edildi.[2] Seçici fəallığı% 71,2 idi.[3] İlk Ermənistan Respublikası Sovet Rusiyası tərəfindən işğal edildikdən sonrakı illərdə çox partiyalı seçkilər keçirilmədi. İlk çox partiyalı seçki isə ancaq müstəqilliyin əldə edilməsindən sonra, 1995-ci ilə keçirildi.
← → | ||||
Ermənistanda Parlament seçkiləri (1919) | ||||
---|---|---|---|---|
Seçici fəallığı | 71.2 | |||
Rəhbər | Avetik Sahakyan | Arşam Xondkaryan | Əsəd bəy Ağabababəyov | |
Partiya | Daşnaksutyun | Sosialist İnqilabçılar Partiyası | Müsəlmanların Partiyasız İttifaqı | |
Ümumi yerlərin sayı | 72 | 4 | 3 | |
Səslər | 230 772 (88.95 %) |
13 289 (5.12 %) |
9 187 (3.54 %) | |
Rəhbər | Artaşes Melkonyan | |||
Partiya | Müstəqil Kəndçilər İttifaqı | |||
Ümumi yerlərin sayı | 1 | |||
Səslər | 4 224 (1.63 %) |
Nəticələr
redaktəDAŞNAK Daşnaksutyun |
72 | |||
SR Sosialist İnqilabçılar Partiyası |
4 | |||
MPİ Müsəlmanların Partiyasız İttifaqı |
3 | |||
MKİ Müstəqil Kəndçilər İttifaqı |
1 | |||
KP Kürd Partiyası |
0 | |||
EXP Ermənistan Xalqçı Partiyası |
0 | |||
AP Assuriya Partiyası |
0 | |||
İstinadlar
redaktə- ↑ Dieter Nohlen, Florian Grotz & Christof Hartmann (2001) Elections in Asia: A data handbook, Volume I, p329 ISBN 0-19-924958-X
- ↑ "Daşnaksutyun - Tarix". Lemagan.com. 2011-07-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-01-04.
- ↑ Nohlen et al., p333