Ermenistan Kurdleri - Wikipedia
Ermənistan kürdləri — kürdlər əsasən Ermənistanın qərbində cəmləşmişlər. Sovet hökuməti qurularkən kürdlər ilk olaraq erməni əlifbası əsasında əlifbalarını tərtib etmişlər. Sonradan isə 1927-ci ildə latın əlifbasına keçirlər. 1945-ci ildə isə növbəti əlifba dəyişikliyi həyata keçirilir. Bu zaman isə artıq kirilcədən istifadə etməyə başlayırlar. Hazırda isə kürdlər ərəb, kiril və latın əlifbalarından da istifadə edirlər. Ermənistanda ilk yezidi məktəbləri 1920-ci ildə meydana gəlmişdir.[1] Kürdlər tərəfindən ilk kürd dilində fəaliyyət göstərən radio və qəzet Riyta Teze olmuşdur. İrəvan Dövlət Universitetinin şərqşünaslıq fakültəsində Kürd dili bölməsi vardır.
Ermənistan kürdləri | |
---|---|
Sayları və yaşadığı ərazilər | |
Dili | Kürdcə, rusca, ermənicə |
Dini | Sünnilik, yəzdanizm, xristianlıq |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəKürdlərin hazırkı Ermənistan ərazisində məskunlaşması
redaktəRobert Hevsenə görə bu ərazilərin çoxu çöllükdən ibarət olmuşdur. Eradan əvvəl isə bu ərazilərdə midiyalılar məskən salmışdılar. Birinci dünya müharibəsinə qədər bu ərazilər kürdlər tərəfindən məskunlaşdırılmışdır. Üstəlik kürdlərlə midiyalıların eyni kökdən olduğunu bildirən alim, onları kürdlərin əcdadı olan prokürdlər adlandırır. Hazırda isə midiyalıların hakim olduğu ərazilər Türkiyə, Azərbaycan və İran torpaqlarına daxildir.
Müasir Ermənistanda yezidi icması 1877–1878-ci illərdə formalaşmağa başlayır. Rus-türk müharibəsi zamanı minlərlə yezidi kürdü şərqə üz tutur. İkinci miqrasiya isə Birinci Dünya müharibəsi zamanı baş tutur. Onlar əsasən Ermənistanın Araqaçotn, Armavir, Ararat, Şirak, İrəvan şəhəri ətrafı, Gümrü, Vağadnazor, Abovyan, Dilican və Taşir ətrafı ərazilərə köç etmişlər. Yezidi kürdləri əsasən maldarlıq, qoyunçuluq və əkinçiliklə məşğul olurlar. Yezidilər arasında şəhərlərdə fəhlə, texniki və elmi işçi kimi fəaliyyət göstərənləri də vardır.
Ermənistan SSR-də kürdlər
redaktəErmənistan SSR-də kürd mədəniyyəti 1930–1980-ci illərdə dövlət dəstəyi sayəsində çiçəklənirdi. 1925-ci ildə Ermənistanda Cənubi Qafqaz kürdlərinin birinci qurultayı keçirilmişdir. Qurultayda kürd əlifbasının təşkili qərara alınır. Kürd pedaqoji kolleci 1928-ci ildə təşkil edilir. 1920-ci ildə ilk kürd dili təmayüllü məktəblərin təşkilinə baxmayaraq əhalinin 1920-ci illərdə böyük əksəriyyəti savadsız olaraq qalırdı. Sovet dönəmində İrəvanda kürd dilində ilk verilişlər yayımlanır. İrəvanda kürd dilində Riya teze adlı qəzet buraxılır. Sonradan isə Botan adlı qəzet işıq üzü görür. 1969-cu ildə Ermənistan Milli Elmlər Akademiyası nəzdində kürd mədəniyyətini araşdırma departamenti təşkil edilir.
1937-ci ildə, cənub sərhədlərinin təmizlənməsi çərçivəsində, "etibarlı olmayan" kürdlərin Zaqafqaziyadan, o cümlədən Ermənistandan Orta Asiyaya deportasiyası həyata keçirildi.
Kürdlər və yezidilər müasir Ermənistanda
redaktəHazırda kürd-yezidilər Ermənistanda 4 ictimayi icmada birləşmişlər: Kürd Ziyalılar Şurası, "Kürdüstan" Komitəsi, Erməni-Kürd Dostluq Cəmiyyəti və "Yezidilərin Milli Birliyi". Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda, David Anaxta Universitetində kürd şöbəsi vardır. Üstəlik Ermənistan Yazıçılar Birliyində kürd yazıçılarından ibarət bölmə də fəaliyyət göstərir.
İstinadlar
redaktə- ↑ Encyclopedia of World Cultures — P 225. by David Levinson Jump up ^