Ermeni Mehellesi - Wikipedia
Erməni məhəlləsi (ərəb. حارة الأرمن; ivr. הַרֹבַע הַאַרְמֶנִי) — Yerusəlimdə (Qüds) olan köhnə şəhərin dörd məhəlləsindən biri.[1]
Tarixi
redaktəZəmin
redaktəTarixçilərə görə, ermənilər IV əsrdə xristianlığı qəbul etdikdən sonra Yerusəlim şəhərinə gəlmiş və orada erməni məhəlləsi qurmuşdur. Erməni məhəlləsi şəhər ilə birlikdə müxtəlif dövrlərdə Bizans, Xilafət, Osmanlı, Britaniya və başqa imperiyaların hakimiyyəti altında qalmışdır. Buna baxmayaraq, 1948-ci ildə baş tutan Ərəb-İsrail müharibəsi nəticəsində şəhər 2 hissəyə bölünmüşdür. Erməni məhəlləsinin də yerləşdiyi Şərqi Yerusəlim nəticədə İordaniyanın nəzarətinə keçmişdir. 1967-ci ildə baş tutmuş Altı günlük müharibə nəticəsində İsrail qüvvələri Şərqi Yerusəlimi ələ keçirmişdir. Ermənilərin böyük əksəriyyəti İsrail vətəndaşlığını qəbul etsə də, ərəb ökələrinə səyahət şanslarını itirməmək üçün hələ də İordaniya pasportlarını saxlamaqla erməni məhəlləsində yaşayırlar.[2]
İndiki dövrdə
redaktəErməni məhəlləsi ağlama divarına gedən əsas yollardan biri üzərində yerləşir. Buna görə də burada mütəmadi olaraq etnik-dini zəmində qarşıdurmalar müşahidə olunur. Bu qarşıdurmalar, əsasən, milli və ya etnik kimliyini digərlərindən üstün tutan müəyyən qruplar arasında baş verir.[2]
2019-cu ilin iyununda erməni məhəlləsində təxminən 60 nəfər erməni gənc 3 yəhudiyə hücum etmişdir. Hücuma səbəb kimi yəhudilərin erməniləri təhqir etməsini iddia etmişdi. Buna baxmayaraq, İsrail polisi sonradan hücumu təşkil edən erməniləri həbs etmişdir.[3] 2021-ci ilin mayında üç İsrail yəhudisi Yerusəlimdəki bir erməni keşişinə hücum etmişdir. Yerusəlim Erməni Patriarxlığı polisə şikayət etmiş, nəticədə hücum edənlər saxlanılmışdır.[4]
İstinadlar
redaktə- ↑ "The Four Quarters of the Old City". 2021-10-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-02-19.
- ↑ 1 2 Məmmədov, Elvin. "Qüdsdə erməni problemi varmı?". Politicon.co (az.). Topçubaşov Mərkəzi. 28 iyul 2021. 2022-03-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 sentyabr 2021.
İbrahimi dinlərin ortaq müqəddəs şəhəri ...
- ↑ Yoel, Ari. "לינץ' ברובע הארמני; 60 צעירים תקפו 3 יהודים". לסרוגים בע"מ (ivrit). 18 iyun 2019. 2021-10-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 sentyabr 2021.
- ↑ "Three Arrested in Attack on Armenian Priest in Jerusalem". The Armenian Mirror-Spectator (ingilis). 20 may 2021. 18 October 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 sentyabr 2021.