Erebuni Hava Limani - Wikipedia
Erebuni Hava Limanı — (erm. Էրեբունի օդանավակայան) (ICAO: UDYE) — Ermənistan Respublikası İrəvan şəhərinin Erebuni rayonunda yerləşən mülki və hərbi təyinatlı hava limanı.
Erebuni Hava Limanı | |
---|---|
40°07′42″ şm. e. 44°28′22″ ş. u.HGYO |
|
IATA: yoxdur – ICAO: UDYE | |
Məlumat | |
Hava limanı tipi | Mülki/Hərbi (əsasən hərbi təyinatlı) |
Ölkə | Ermənistan |
Açılış tarixi | 1981 |
Vikianbarda əlaqəli mediafayllar |
İrəvan şəhəri mərkəzindən 7,3 km cənubda yerləşən hava limanı 2,784x40 m ölçülərində asfalt səthə malik olub uçuş zolaqları 03/21 istiqamətindədir.[1]
Tarixi
redaktəMemarları L. Ş. Xristaforyan, R. G. Asratyan konstruktorları İ. Q. Baqramyan və E. N. Tosunyan olan hava limanından ilk uçuş 21 iyul 1938-ci il tarixində İrəvan-Tbilisi xətti üzrə olub. Həmin ilin 25 dekabr tarixindən isə müntəzəm uçuşlara başlanılıb. O vaxtlar hava limanı "İrəvan hava limanı" adlanırdı.
Təyinatı
redaktəHal-hazırda əsasən hərbi sahə üzrə istifədə edilən hava limanında 3624-cü rus hərbi hissəsi, 18 MiQ-29s-dən ibarət 426-cı eskadrilya, Mi-24 hücum vertolyotu eskadrilyası və 700-cü Hava Nəqliyyatı Nəzarət Mərkəzi yerləşir.
Hava limanından həmçinin özəl şirkətlər tərəfindən ölkədaxili və MDB ölkələrinə, eyni zamanda Dağlıq Qarabağa Xankəndi hava limanına vertolyot uçuşları həyata keçirilir.
Qəza və hadisələr
redaktə4 noyabr 2008-ci ildə Ermənistan Hərbi Hava Qüvvələrinə məxsus Mi-24 hücumçu vertolyotu təlim uçuşuna hazırlaşarkən qəzaya uğradı. Hadisə nəticəsində kapitan Arşak Nersisyan həlak oldu.[2]
İstinadlar
redaktə- ↑ "World Aero Data: Erebuni". 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-03-30.
- ↑ Military Helicopter Accident Arxivləşdirilib 2013-12-02 at the Wayback Machine." A1+. November 4, 2008.
Hava limanı haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |