Eol Relyef Formalari - Wikipedia
Eol relyef formaları küləyin təsiri nəticəsində əmələ gəlmiş relyef formalarına deyilir. Bu proses təkcə yer kürəsində deyil, digər plantlərdə də, o cümlədən Marsda müşahidə olunur.[1]
Terminalogiya
redaktəEol sözü qədim yunan mifalogiyasında külək tanrısı Aeolusun adından götürülmşüdür.
Əmələgəlmə
redaktəEol prosesi zamanı, külək qalaq və çöküntü qırıntılarını bir yerdən başqa yerə özü ilə nəql etdir. Eol xüsusiyyətləri əsas etibarı ilə küləyin eroziya mənbəyi olduğu yerlərdə nəzərə çarpır. Yəni həmin yerlərdə rütubət çatışmamazlığı nəzərə çarpır. Hissəciklər qum, çöküntü və gil ölçüsündə yığılır. Hissəciklər küləyə qoşularaq prosesdə iştrak edir. Hissəciklərin sürünməsi səthdə diyirlənmə və sürtünmə nəticəsində baş verir. Qaldırılma isə, Bernoulli prinsipinə əsasən yerdən qalmxa sayəsində baş verir. Əgər hava axını tubolentlik təşkil edirsə, iri qırıntılar saltasiya prosesi (geoloji termin olub, külək zamanı nisbətən böyük qırıntıların sıçrayışla yerdəyişməsinə deyilir) nəticəsində baş verir. Şəkil:Saltation-mechanics.gif|frame|left|Qumun saltasiya hərəkəti Nəticədə bir hissəcik digərinə dəyərək toqquşma hərəkəti baş verir.[2]
Erozion relyef formaları
redaktəKüləyin dağıtdığı relyef formaları Yer üzündə arid zonlaradan başqa yerlərdə qalmamışdır. Başqa halda, su həmin relyef formalarını yuyub aparır. Eroziya ilə əlaqəli bir sıra relyef formaları vardır. Böyük hövzələrdə komplekslik olduğu üçün həmin ərazilərdə təkcə eol və eroziya deyil, qlasial, allüvial və tektonk qüvvələr də relyefəmələgəlmədə iştirak edir.
Eol relyef formaları
redaktəEol relyef formaları arid iqlim şəraitində küləyin fəaliyyəti nəticəsində əmələ gəlir və, əsasən, respublika ərazisinin şərq hissəsi üçün səciyyəvidir. Bu relyef formaları respublikanın qərb hissəsində quru kontinental iqlimə malik rayonlarda — Naxçıvan Muxtar Respublikasında, Acınohur və Ceyrançöldə də inkişaf etmişdir. Ceyrançöl alçaqdağlığını təşkil edən çöküntülərin litoloji tərkibi eol proseslərin inkişafı üçün daha əlverişli olub, deflyasion və külək akkumulyasiyası mənşəli relyef formalarının əmələgəlməsinə şərait yaratmışdır.
Eol akkumulyasiya formaları
redaktəkülək vasitəsilə narın, xırda mineral hissəciklərin müəyyən ərazilərdə toplanması nəticəsində əmələ gəlir. Eol akkumulyasiyası əsasən dəniz, allüvial, prolüvial və s. çöküntülər hesabına əmələ gəlir. Azərbaycanda eol akkumulyasiyası formaları daha çox Cənub-şərqi Şirvanda, Mil və Muğan düzlərində yayılmışdır.
Şəmkirdə, Şirvanda dəniz sahili ərazilərdə toplanan qum və balıqqulağı qırıntılarının külək vasitəsilə sovrulması nəticəsində geniş miqyasda dünlər yaranmışdır.
Mil düzündə əsasən allüvial mənşəli eol qum təpələrinə rast gəlinir. Bunlardan ən tipik qum təpələri Şirin qum və Ağ gölün cənub hissələrində olan təpələrdir. Bu təpələrin hündürlüyü 3–5 m olub, əsl səhraları xatırladır.[3]
Samur-Dəvəçi düzənliyində eol relyef formaları
redaktəSamur-Dəvəçi düzənliyində inkişaf etmiş eol relyef formaları, əsasən, dyunlardan və qum təpələrindən ibarət olub, Xəzər dənizinin sahili boyu eni 0,5–1 km-ə çatan ərazidə yayılmışdır (Antonov, 1949, Budaqov, 1957, Mikayılov, 1978). Bu relyef formaları sahil vallarının sovrulmuş qum materiallarından təşkil olunmuşdur. Nəticədə 2-3 bəzən 4 cərgədə yerləşən sadə nal şəkilli və bəzən bir-biri ilə bitişmiş dyun və tirələr əmələ gəlmişdir. Tirələrin yüksəkliyi bəzən 12 m-ə çatır.
Abşeron yarımadasında eol relyef formaları
redaktəAbşeron yarımadasında eol relyef formaları sahilboyu zonada, 4- enində ərazidə müşahidə edilir. Bunlar əsasən alçaq dəniz terraslarının və müasir çimərliklərin sovrulmuş dəniz qumlarından təşkil olunmuşdur. P.V. Kovalskaya - Ilyinaya görə (1934) Abşeron yarımadasında qumlar 300 min ha sahəni əhatə etmişdir ki, bunun da 3-3,5 min ha hərəkət edən qumlardan ibarət olmuşdur. Müasir dövrdə bu qum sahələri xeyli azalmışdır. Burada eol morfoskulpturlarının əmələ gəlməsində ərazidə üstünlük təşkil edən şimal (xəzri) və cənub (gilavar) küləkləri, dördüncü dövrün və müasir çimərliklərin qum törəmələri, qrunt sularının nisbətən dərində yerləşməsi və bitki örtüyünün seyrək olması əsas amil kimi mühüm rol oynamışdır. Morfoskulpturların əmələ gəlməsində sürəti və təkrarlanması başqa küləklərə nisbətən daha çox olan şimal küləklərinin rolu daha böyük olmuşdur. Onların orta illik sürəti 10–12 m/san olub, bəzən 40 m/san çatır (Mədətzadə, 1953).
Eol proseslərinin inkişafına Xəzər dənizinin səviyyəsinin tərəddüdü də öz təsirini göstərir. Müəyyən edilmişdir ki, Xəzərin səviyyəsi ildə 10-15 sm qalxan zaman onun sahili ildə 10-, dayaz yerlərdə isə 100- geri çəkilir (Əliyev, 2001). Nəticədə dənizin səviyyəsi qalxan zaman eol proseslərinin fəaliyyət sahəsi azalır, səviyyə düşəndə isə (1927-1977) əksinə xeyli genişlənir.
Abşeron yarımadasında mənşəyinə, morfoloji əlamətlərinə və dinamikliyinə görə bir-birindən fərqlənən müxtəlif eol formaları inkişaf etmişdir (Şirinov, 1965). Yarımadada dəniz sahili qum relyef formaları az sahəni əhatə edir və qismən bağ və üzümlüklər altında istifadə edildiyindən demək olar ki bərkidilmişdir. Bunların arasında əmələgəlmə vaxtına və dinamikliyinə görə qədim və müasir dövrdə hərəkətdə olan qum relyef formaları ayrılır. Sahilboyunca şimalda (Yaşma burnundan Köhnə Bilgəhə qədər) və cənub - şərqdə (Gürgan b-dan Hövsan b- a qədər) sovrulmaya məruz qalmış sahil valları uzanır. Sovrulma materiallarından təşkil olunmuş və hakim küləklərin istiqamətində uzanan dyunlar, kiçik təpələr və digər keçid formalar ərazidə daha geniş yayılmışdır.
Qobustanın Xəzər sahili zonasında akkumulyativ eol, daxili çökəkliklərdə isə şoran-deflyasion formaları geniş yayılmışdır.
Dyunlardan, tirələrdən və qum təpələrindən ibarət akkumulyativ eol relief formaları Ələt burnuna bitişik sahil düzənliklərində yayılıb, hakim küləklərin istiqamətində şimal-şərqdən cənub-qərb istiqamətdə uzanır. Bu formaların əmələ gəlməsində müasir çimərliklərin və yeni kaspi yaşlı dəniz terraslarının qumlarından başqa Bahar və s. palçıq vulkanlarının püskürmə materialları da iştirak edir.
Şoran-deflyasion eol relyef formaları Çuvaldağ sinklinal platosunda, Ələt tirəsinin cənub-qərb ətəyində yastı dibli axarsız çökəkliklərdə inkişaf etmişdir. Hündürlüyü, uzunluğu 5- və eni 3–6 m-ə çatan qum və gil təpələrindən ibarət bu formalar Çuvaldağ platosu üçün səciyyəvi olub, ağac şəkilli şoran ot və kollar ilə bərkidilmişdir.
Kür- Araz düzənliyində eol relyef formaları
redaktəKür-Araz düzənliyində eol relyef formaları əsasən güclü şimal-şərq küləklərinin, quru iqlim şəraitinin, seyrək bitki örtüyünün və bərkidilməmiş qum, gil və gillicə materiallarının üstünlük təşkil etdiyi Cənub- Şərqi Şirvanda inkişaf etmişdir. Sahilboyu ərazidə yayılmış və sahil vallarından, dyunlardan, qum tirələri və təpələrindən ibarət olan eol relyef formaları yarım bərkidilmiş və ya hərəkət edən formadadırlar. Əsasən, geniş çimərliklərin və son yeni kaspi dəniz terraslarının sovrulma materialları ilə qidalanan bu formalar təkrar sovrulmaya məruz qalmışdır.
Cənub-Şərqi Şirvan düzənliyində yeni kaspidə laqun sahələrini təşkil etmiş yastı dibli şoran çökəkliklərin cənub-qərb kənarı boyunca yayılmış qum təpəcikləri səciyyəvidir. Bu formalar ilin isti yarısında şoran çökəkliklərin quruması zamanı onları təşkil edən kövrək materialların sovrularaq çökəkliklərin cənub - qərbində çökdürülməsi nəticəsində əmələ gəlmişdir.
Durovdağ və Düzdağ palçıq vulkanı konuslarının və Xıdırlı palçıq sopkasının ətrafında, əsasən palçıq vulkanlarının sovrulma materiallarından təşkil olunmuş qum-gil təpələri geniş yayılmışdır.
Kür-Araz düzənliyinin içərilərində qum təpələrinə və dyunlara, əsasən, Mil və Müğan düzənliklərində ləkələr şəklində təsadüf edilir. Bu formalar Kür və Araz çaylarının qumlardan və gillicələrdən təşkil olunmuş qədim yataq boyu yollarının və sahil vallarının sovrulması nəticəsində əmələ gəlmişdir. Bu cür formalar Muğan düzənliyində Hacılçi şoranlığının cənub-qərb kənarında bir qədər geniş yayılmışdır.
Kiçik Qafqazın cənub-şərq hissəsində eol relyef formaları
redaktəKiçik Qafqazın cənub-şərq hissəsində Arazyanı silsilələrdə və Talış dağlarının orta dağlıq hissəsində eol korroziyası və deflyasiyası nəticəsində əmələ gəlmiş oyuqlar, çıxıntılar, təpəliklər və arı şanına bənzər formalar inkişaf etmişdir (Abasov, 1970, Antonov, 1971). Bu cür formalara müxtəlif növ vulkanogen tərkibli süxurlarda da tez-tez təsadüf edilir.[4]
İstinadlar
redaktə- ↑ "Eol proses və relyef formaları Yeni Mexiko Dövlət universisteti" (PDF). 2010-11-22 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2012-02-09.
- ↑ "Kanada Ensiklopediyası Eol relyef formaları". 2013-11-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-02-09.
- ↑ M. A. Müseyibov, R. İ. Quliyev. Azərbaycan SSR-nin geomorfologiyası. Bakı-1974.
- ↑ Azərbaycan Respublikasının Coğrafiyası. I cild “Azərbaycanın fiziki coğrafiyası”.Baki, 2015, s.119 (E.K.Əlizadə, S.Ə.Tarixazər, X.K.Tanrıverdiyev, H.A.Xəlilov, A.S.Səfərov, V.A.Guluzadə, T.R.Qurbanov, Z.Ə.Həmidova).