Enxeduanna - Wikipedia
Enxeduanna və ya En-hedu-ana (e. ə. XXIII əsr, Akkad – e. ə. XXIII əsr) Akkad kralı Sarqonun və böyük ehtimalla Kraliça Taşlultumun qızı. Tarixdə bilinən ilk qadın şair və yazar. Bəzi mənbələrə görə isə tarixdə ilk şair və yazardır [1].
Enxeduanna | |
---|---|
Doğum tarixi | e. ə. XXIII əsr |
Doğum yeri | |
Vəfat tarixi | e. ə. XXIII əsr |
Atası | Böyük Sarqon |
Anası | Taşlultum[d] |
Fəaliyyəti | şair, yazıçı, keşiş, filosof |
Əsərlərinin dili | şumer dili |
Vikianbarda əlaqəli mediafayllar |
Haqqında
redaktəŞummerlərin Ay tanrısı Nannanın baş rahibəsi olan Enxeduanna güman edilir ki, Akkad kralı I Sarqonun qızı idi [2][3]. I Sarqon onu Şumerlərin ən vacib məbədinin baş rahibəsi seçmiş və ona Şumer allahları ilə Akkad allahları arasında münasibətləri nizama salmağı tapşırmışdı. 1927-ci ildə britaniyalı arxeoloq Leonard Uuley qədim Şumer şəhəri olan Urda apardığı arxeoloji qazıntılar zamanı üzərində Enxeduannanın rəsmi olan kalsit disk şəkilli daş tapmışdı. Onun sürəti disk üzərində rahatlıqla seçilirdi. Diskin uzunluğu 25,6 sm qalınlığı isə 7,1 sm idi. Onun arxa tərəfindəki yazı 11 sütundan ibarətidi və burada Enxeduanna "Sarqonun qızı, Nannanın həyat yoldaşı" kimi təsvir edilmişdi. Diskin dairəvi forması isə Ay allahı İnnanın xüsusiyyətlərindən sayılan tam ayı təmsil edir. Bundan başqa Uuley rahibələrin dəfn edildiyi kompleksi də meydana çıxardı. 1958-ci ildə tarixçi Adam Falkenşteyn "Böyük Sarqonun qızı Enxeduanna" adlı məqaləsini çap etdirdi. Daha sonra Hallo və Van Diyk Enxeduannanın şeirlərinin ilk mətnlərini tərcümə edərək 1968-ci ildə nəşr etdirdilər [4][5].
Yaradıcılığı
redaktəGünümzdə Enxeduanna tərəfindən bəstələnən və Şumer, Akkad məbədləri: Eridu, Sippar və Esnunaya həsr olunan 42 dini nəğmə bizə məlumdur. Bu nəğmələrin mətnləri Ur və Nippur şəhərlərindən aparılan qazıntılar zamanı aşkar edilmiş 37 ədəd tabletlərdən əldə edilmişdir. Bu kolleksiya "Şumer məbəd nəğmələri" adlandırılmışdır. Bu haqqda Enxeduanna yazır [6]: "Mənim kralım, bu günə qədər heç kimin yaratmadığı bir şey yaratdı" . Bu nəğmələr Enxeduannanın ölümündən sonra da uzun müddət oxunmuş və insanlar onu yad etmişdir. Onun bir digər məşhur əsəri isə Ay allahı İnannaya həsr etdiyi "İnannaya ehtiram" adlı əsəridir. Onun əsərlərinin bir çoxu "Elektron Şumer ədəbiyyatı külliyatında" tərcümə edilərək yerləşdirilmişdir.
Əsərləri
redaktə- "İnannaya ehtiram" (Nin-me-šara) - 153 misradan ibarətdir. Halo və van Diyk tərəfindən 1968-ci ildə tərcümə edilmişdir. İlk 65 misrada ilahə ilə bağlı epitetlər işlədilmiş, 122-135-ci misralarda isə İnannanın ilahi xüsusiyyətlərindən söz açılmışdır.
- "In-nin ša-gur-ra"- 274 misradan ibarətdir, tamamlanmamışdır. 1976-cı ildə Syöberq tərəfidən tərcümə edilmişdir.
- "İnanna və Ebih" (In-nin me-huš-a) - Limet tərəfindən 1969-cu ildə tərcümə edilmişdir.
- "Məbəd nəğmələri" - Syöberq və Berqmann tərəfindən 1969-cu ildə hazırlanmışdır.
- "Nanna üçün nəğmə" - Uestenholz tərəfindən hazırlanmışdır.
İstinadlar
redaktə- ↑ "Enheduanna, First Named Author in Human History". 2022-06-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-24.
- ↑ "Enheduanna, Daughter of King Sargon, Princess, Poet, Priestess (2300 B.C.)". 2022-03-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-24.
- ↑ Tetlow, Elisabeth Meier. Women, Crime, and Punishment in Ancient Law and Society: The ancient Near East. Continuum International Publishing Group. 2004.
- ↑ Roberta Binkley. Reading the Ancient Figure of Enheduanna // Rhetoric before and beyond the Greeks. SUNY Press. 2004. 47. ISBN 9780791460993.
- ↑ Hallo and Van Dijk 1968 s. 3.
- ↑ Michael Roaf. Mesopotamia and the ancient Near East. Stonehenge Press. 1992. ISBN 978-0-86706-681-4. 2018-12-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 iyul 2011.