Ennio Flayano - Wikipedia
Ennio Flayano (it. Ennio Flaiano; 5 mart 1910[1][2][…], Peskara[3] – 20 noyabr 1972[1][2][…], Roma[3]) — İtaliya jurnalisti, yazıçı və ssenarist.
Ennio Flayano | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Peskara, İtaliya |
Vəfat tarixi | (62 yaşında) |
Vəfat yeri | Roma, İtaliya |
Vəfat səbəbi | ürək tutması |
Fəaliyyəti | ssenarist, yazıçı, jurnalist, ədib, romançı, dramaturq, fantastika yazıçısı[d], dramaturq |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəEnnio Flayano 5 mart 1910-cu ildə anadan olmuşdur. Əvvəl memar işləsə də, sonradan jurnalistliyə başlamış və “Cineillustrato”, “Oggi”, “Il Mondo”, “Il Corriere della Sera”, “L'europeo”, “L'espresso” kimi məşhur italyan mətbuatı ilə sıx əməkdaşlıq etmişdir. Onun ilk pyesi “La guerra spiegata ai poveri” 1946-cı ildə ərsəyə gəlmişdir.
“Öldürmək zamanıdır” romanına görə 1947-ci ildə “Streqa” mükafatına layiq görülmüşdür. Romandakı hadisələr 1935-1936-cı illər İtaliya-Efiopiya müharibəsində cərəyan edir. İtalyan zabiti təsadüfən efiopiyalı qadını öldürür və sonra buna görə cavab verməli olur.
Ennio Flayano bir çox filmlərin ssenari müəllifi olmuşdur. Tullio Pinelli ilə birlikdə rejissor Federiko Fellininin 10 filminin ssenarisini yazmışdır. Bu filmlərin sırasına “Varyete işıqları” (1950), “Ağ şeyx” (1952), “Ana uşaqları” (1953), “Yol” (1954), “Fırıldaqçılar” (1955), “Kabiriyanın gecələri” (1957), “Şirin həyat” (1960), “Bokaçço-70” (1962), “Səkkiz yarım” (1963), “Cülyetta və ruhlar” (1965) filmlərini aid etmək olar[4]. Ennio Flayano 3 dəfə “Oskar” mükafatına (1958, 1962, 1964) namizəd olmuşdur.
Ennio Flayano 20 noyabr 1972-ci ildə Romada 62 yaşında vəfat etmişdir.
Filmoqrafiya
redaktə- Yol (film, 1954) / La Strada
- Kabiriyanın gecələri (film, 1957) / Le notti di Cabiria
- Şirin həyat (film, 1960) / La Dolce Vita
- Səkkiz yarım (film, 1963) / 8 ½
İstinadlar
redaktə- ↑ 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 Ennio Flaiano // Encyclopædia Britannica (ing.).
- ↑ 1 2 Deutsche Nationalbibliothek Record #119035626 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
- ↑ Peter Bondanella, The Cinema of Federico Fellini, Princeton University Press, 1992, pages 337–340.