Enikyo Gyori - Wikipedia
Enikyo Gyori (mac. Győri Enikő) — Macarıstan siyasətçisi, Avropa Xalq Partiyasına daxil olan Fides partiyasından Avropa Parlamentinin üzvü. 1992-1999-cu illərdə Parlamentin Avropa İttifaqı İşləri Komitəsinin müşaviri və baş məsləhətçisi, eyni zamanda, 1994-1999-cu illərdə Aİ-Macarıstan Assosiasiyası Parlament Komitəsinin Macarıstan katibi, Macarıstanda Avropa məsələləri üzrə dövlət katibi[1], Macarıstanın İtaliyadakı səfiri. 2003-cü ildən Parlamentin Fides fraksiyasının Aİ işçi qrupunun aparat rəhbəri, 2004-cü ildən isə ELTE Dövlət və Hüquq fakültəsində siyasi elmlərdən dərs deyir. 2005-ci ildən Avropa Parlamentinin İqtisadiyyat və Valyuta Komitəsinin üzvü, 1 sentyabr 2010-cu ildən Xarici İşlər Nazirliyinin Macarıstanın Aİ-də sədrliyi proqramına cavabdeh olan dövlət katibi, 2014-cü ildən isə, o, səfir kimi Madriddəki Macarıstan səfirliyinin rəhbəri olub, mandatı 30 iyun 2019-cu ildə başa çatıb.
Enikyo Gyori | |
---|---|
dövlət katibi[d] () | |
1 sentyabr 2010 – 5 iyun 2014 | |
Avropa Parlamentinin deputatı[d] | |
14 iyul 2009 – 31 avqust 2010 | |
Avropa Parlamentinin deputatı[d] | |
2 iyul 2019 – 15 iyul 2024 | |
Avropa Parlamentinin deputatı[d] | |
Vəzifədədir | |
16 iyul 2024-cü ildən | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 17 iyul 1968 (56 yaş) |
Doğum yeri | |
Təhsili |
|
Fəaliyyəti | siyasətçi |
Vikianbarda əlaqəli mediafayllar |
Təhsil
redaktə1992-ci ildə Budapeşt İqtisadiyyat Elmləri Universitetinin Beynəlxalq Münasibətlər fakültəsini bitirib, 2000-ci ildə fəlsəfə doktoru elmi dərəcəsini alıb. 1997-ci ildə Parisdə Milli İdarəetmə Məktəbində (ENA) təlim keçib.
ABŞ, Belçika, Fransa, Meksika və İspaniyadə olub. Fransa Milli Assambleyasında (1998), Avropa Şurasında (1998) və Avropa Komissiyasında (1995[2]) təlim keçmişdir.
İngilis, İtalyan, İspan (əla), Fransız (orta[2]) dillərini mükəmməl bilir.
Karyera
redaktəAvropa İşləri üzrə Dövlət Naziri, Xarici İşlər Nazirliyi (2010-2011).
Avropa Parlamentinin üzvü (2009-2010), İqtisadiyyat və Valyuta Komitəsinin üzvü.
Macarıstan Milli Assambleyasında Fides siyasi qrupundan Avropa İttifaqı qərargahının rəhbəri (2003-2009).
Macarıstanın İtaliyadakı səfiri (1999-2003).
Macarıstan Milli Assambleyasında Aavropa İttifaqı məsələləri üzrə müşaviri (1992-1999).
Budapeştdəki ELTE Universitetində (2004-2009) və Egerdəki Esterhazi Pedaqoji Kollecində (1995-1998) müəllim.
Sosial fəaliyyət
redaktəAvropa Xalq Partiyasının Avropa Siyasəti üzrə İşçi Qrupunun üzvü (2005-2009).
Budapeştdəki İtalyan Forumunun prezidenti (2004-cü ildən).
Siyasi Elmlər üzrə İcmal Şurasının üzvü (2007-ci ildən).
Azad Avropa Mərkəzinin direktoru (2004-2009).
Şəxsi həyat
redaktəEvlidir, iki övladı var.
İstinadlar
redaktə- ↑ "Enikő GYŐRI". European Parliament. 2021-03-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-20.
- ↑ 1 2 "Enikő Győri, Ministry of Foreign Affairs, Minister of State for EU Affairs". Hungary's Ministry of Foreign Affairs. 21 September 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 12 January 2022.