Elyar Kamrani - Wikipedia
Moharram (Elyar) Kamrani (1979, Əhər, Şərqi Azərbaycan ostanı) Güney Azərbaycanlı siyasi aktivist və AzNews TV (AN. T) televiziyasının baş müdiridir.
Elyar Kamrani | |
---|---|
Moharram Kamrani | |
Doğum tarixi | |
Doğum yeri | Əhər |
Milliyyəti | Azərbaycanlı |
Təhsili | Doktor |
Fəaliyyəti | AN.T TV Baş müdiri |
Həyatı
redaktəElyar Kamrani 1979-cu ildə Güney Azərbaycanın Qaradağ mahalında anadan doğuldu. İlk və orta məktəbini Əhər şəhərində bitirib və 1998-ci ildə Urmiya Universitetində baytarlıq üzrə təhsil almağa başlayır. 2005-ci ildə doktorantura təhsilini bitirdi və 2013-cü ildə Əhər Azad universitetinin hüquq fakültəsinə daxil olur və 2016-cı ildə məzun oldu.
Siyasi fəaliyyəti
redaktəElyar Kamrani məktəb illərində şəhər qəzetlərində məqalələr yazırdı və universitetdə oxumağa başlayanda siyasi-ictimai fəaliyyəti daha da artdı və bir İnsan hüquqları müdafiəçisi olaraq tanınmağa başladı, o cümlədən "Ustad Şəhryar Kanunu", "Səttar Xan Konfransı", "Nizami Gəncəvi Qurultayı"nda şirkət etmişdir.
Bir neçə jurnalda, o cümlədən "Baxış", "Oyanış", "Ölkə", "Yaşıl" və bir çox başqa nəşrlərdə məqalələr yazıb dərc etdmişdir. Həmçinin "Baxış", "Oyanış" jurnallarının məsul direktoru və redaktoru olmuşdur. Elyar Kamrani həm də "Azərbaycan Tələbə Nəşrləri Mərkəzi"nin mərkəzi şurasının təsisçisi və üzvü olubdur.
Həbs edilməsi
redaktə2004-cü ildə qardaşı Saleh Kamrani ilə birlikdə Babək qalası Qurultayının ildönümü ərəfəsində Urmiya şəhərində gözaltına alınır. Bundan sonra o, müxtəlif mərasimlərdə, o cümlədən 2005-ci ildə həbsə məhkum edilib.[1][2] 2018-ci ildə Əhər şəhərində İran dövlətinin təhlükəsizlik quvvələri tərəfindən təkrar həbsə məhkum edildi.[3]
İran'dan çıxdıqdan sonra
redaktəNəhayətdə İran dövlətinin basqılarından dolayı Dr. Elyar Kamrani 2019-cu ildə İran'dan çıxmağa məcbur qaldı və Türkiyə'də sürgün həyatına dəvam edir.
2019-cu ilin ilk aylarında AzNews TV (AN. T) televiziyasında baş müdir olaraq fəaliyyətə başladı və neçə ay sonra da bir neçə Güney Azərbaycan milli fəallari ilə bərabər Azərbaycan Mərkəz Partiyasını təsis etdilər.[4]
İstinadlar
redaktə- ↑ "Iran: Incommunicado detention/ Fear of torture and ill-treatment/ Possible prisoners of conscience". Amnesty International (ingilis). 2006-04-01. 2022-04-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-12.
- ↑ "Iran: Further information on Incommunicado detention/ Fear of torture and ill-treatment/ Possible prisoners of conscience". Amnesty International (ingilis). 2006-05-01. 2020-04-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-12.
- ↑ admin-hr. "Activist Maharam Kamrani Arrested in East Azerbaijan Province". Hrana (ingilis). 2018-10-27. 2022-05-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-12.
- ↑ "Azərbaycan Mərkəz Partiyasının açılış təqdimatı olub » Ovqat.com". Ovqat.com. İstifadə tarixi: 2023-09-12.