Elyanora Akvitaniya Hersoqinasi - Wikipedia
Akvitaniyalı Elyanora (fr. Éléonore d'Aquitaine; oks. Alienòr d'Aquitània; 1122[1], Bordo, Akvitaniya hersoqluğu – 1 aprel 1204[2][3][…], Puatye) — Akvitaniya hersoqinası.[5] Fransa kralı VII Lüdovik və İngiltərə kralı II Henriylə baş tutan evlilikləri səbəbilə, bir müddət hər iki dövlətin kraliçası olmuşdur. Uzun illər cənub-qərbi Fransanı idarə edən Puatye sülaləsinin varisi olaraq Orta əsrlər dövründə Avropanın ən güclü və zəngin qadınlarından biri idi.[6]
Elyanora | |
---|---|
fr. Aliénor d'Aquitaine fr. Éléonore de Guyenne ing. Eleanor of Aquitaine lat. Alienora (Alienordis) ducissa Aquitaniae oks. Alienòr d'Aquitània | |
9 aprel 1137 – 1 aprel 1204 | |
1 avqust 1137 – 21 mart 1152 | |
19 dekabr 1154 – 6 iyul 1189 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1122[1] |
Doğum yeri | |
Vəfat tarixi | 1 aprel 1204[2][3][…] |
Vəfat yeri | |
Dəfn yeri |
|
Fəaliyyəti | female crusader[d] |
Həyat yoldaşları |
|
Uşaqları | |
Dini | xristianlıq |
Vikianbarda əlaqəli mediafayllar |
Atası X Uilyamın vəfatının ardından 1137-ci ildə hələ 15 yaşında ikən hersoqina oldu. Elə həmin il Fransa kralı VI Lüdovikin oğlu ilə evləndirildi və çox keçmədən qaynatasının vəfatıyla əri VII Lüdovik taxta çıxdı. Beləcə, Fransa kraliçası olan Elyanoranın bu nigahdan 2 qızı dünyaya gəldi. 1147-ci ildə baş tutan İkinci Səlib yürüşündə əriylə birlikdə müqəddəs torpaqlara səyahət etdi. Ancaq oğul varisi verə bilmədiyi üçün əri tərəfindən boşanmağa məcbur edildi. Qohum olduqları bəhanə göstərilərək 1149-cu ildə boşanmaq üçün Roma papasına müraciət edilsə də, bu təklif qəbul edilmədi. Nəhayət, 1152-ci ildə bu təklifləri qəbul edildi. Dünyaya gələn qızları kralın leqal övladı olaraq qəbul olundu və Fransada yaşamalarına icazə verildi. Akvitaniya hersoqluğu üzərindəki taxt haqqı geri verilən Elyanora isə ölkəsinə geri döndü.
Elə həmin il Normaniya hersoqu Henriylə evlənən Elyanora ərinin 1154-cü ildə İngiltərədə hakimiyyəti ələ almasıyla İngiltərə kraliçası oldu. Bir-birini sevən cütlüyün bu nigahdan 8 övladı dünyaya gəlsə də, sonralar münasibətləri pisləşdi. Belə ki, II Henri 1173-cü ildə üç oğlunun başlatdığı üsyanda xanımını təqsirləndirərək həbs etdi. Ərinin ölümü və oğlu I Riçardın taxta çıxmasının ardından 1189-cu ildə həbsdən azad olan Elyanora oğlunun ölkədə olmadığı illərdə naibə olaraq krallığı idarə etdi. I Riçardın 1199-cu ildə ölümünün ardından digər oğlu I Conun taxta çıxmasında mühüm rol oynadı. Onun səltənətində 1204-cü ildə vəfat etdi.
Övladları
redaktəFransa kralı VII Lüdoviklə baş tutan nigahından 2 qızı doğuldu:
- Mariya, Şampanye qrafinyası (1145-1198)
- Alisa, Blua qrafinyası (1150-1197)
İngiltərə kralı II Henriylə baş tutan nigahından 8 övladı doğuldu:
- Uilyam, Puatye qrafı (1153-1156)
- Henri, Gənc kral
- Matilda, Saksoniya hersoqinası
- I Riçard, İngiltərə kralı
- Cofri, Bretan hersoqu
- Elyanora, Kastiliya kraliçası
- Janna, Siciliya kraliçası
- I Con, İngiltərə kralı
Mənbə
redaktə- Andrews, J.F. (2023) The Families of Eleanor of Aquitaine: A Female Network of Power in the Middle Ages (The History Press, ISBN 9781803991214
- Bowie, Colette (2014), The Daughters of Henry II and Eleanor of Aquitaine (Brepols, ISBN 978-2-503-54971-2
- Gillingham, John (2005). "Events and Opinions: Norman and English Views of Aquitaine, c.1152–c.1204". In Bull, Marcus; Léglu, Catherine (eds.). The World of Eleanor of Aquitaine: Literature and Society in Southern France between the Eleventh and Twelfth Centuries. Woodbridge: Boydell Press. ISBN 1-84383-114-7
İstinadlar
redaktə- ↑ 1 2 https://www.biografiasyvidas.com/biografia/l/leonor_de_aquitania.htm.
- ↑ 1 2 Lundy D. R. Eleanor, Duchesse d'Aquitaine // The Peerage (ing.).
- ↑ 1 2 Elionor d’Aquitània // Gran Enciclopèdia Catalana (kat.). Grup Enciclopèdia, 1968.
- ↑ 1 2 3 4 5 Kindred Britain.
- ↑ Spiegel, Gabrielle M. (1993). Romancing the Past: The Rise of Vernacular Prose Historiography in Thirteenth-Century France. Berkeley: University of California Press. ISBN 978-0-520-91556-5
- ↑ Rodríguez Viejo, Jesús (2016). "Royal manuscript patronage in late Ducal Normandy? A context for the female patron portrait of the Fécamp Psalter (c. 1180)". Cerae: An Australasian Journal of Medieval and Early Modern Studies. 3: 1–35. ISSN 2204-146X