Elmar Memmedov - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Məmmədov Elmar Məmməd oğlu (9 oktyabr 1967, Bakı) — "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin İdarə Heyətinin keçmiş sədri.
Elmar Məmmədov | |
---|---|
Elmar Məmməd oğlu Məmmədov | |
Doğum tarixi | |
Doğum yeri | |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
İxtisası |
maliyyəçi hüquqşünas |
Təhsili |
Azərbaycan Xalq Təsərrüfatı İnstitutu; Bakı Dövlət Universiteti |
Fəaliyyəti | bankir[d] |
Həyatı
redaktəElmar Məmmədov 9 oktyabr 1967-ci ildə anadan olmuşdur[1]. 1991-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu "Maliyyə və kredit", 1996-cı ildə Bakı Dövlət Universitetini "Hüquqşünas" ixtisası üzrə bitirmişdir[2].
1987–1989-cu illərdə Azərbaycan Sənaye-Tikinti Bankında, 1990–1995-ci illərdə Azərbaycan Dövlət Vergi Müfəttişliyində, 1995–2004-cü illərdə Azərbaycan Beynəlxalq Bankında, 2004–2005-ci illərdə BUS Bankda, 2005–2009-cu illərdə "Kapital Bank" ASC-də müxtəlif vəzifələrdə çalışmışdır.
2009–2013-cü illərdə "Kapital Bank" ASC-nin, 2014 –2015-ci illərdə "Azər-Türk Bank" ASC-nin İdarə Heyətinin sədri olmuşdur. 2015-ci ilin iyulundan 2016-cı ilin dekabrına qədər "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin İdarə Heyətinin sədri vəzifəsini icra edib.[3]
İstinadlar
redaktə- ↑ "Elmar Məmmədov [[Adam.az|"adam.az"]] saytında". 2014-07-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-09-23.
- ↑ Beynəlxalq Bankın yeni sədri Elmar Məmmədov kimdir? [ölü keçid]
- ↑ ""Azərbaycan Beynəlxalq Bankı" RƏSMİ açıqlama verib". 2017-10-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-12-08.