Elman Quliyev - Wikipedia
Elman Hilal oğlu Quliyev (1958, Kələxan, Lerik rayonu) — Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru, professor.
Elman Quliyev | |
---|---|
Elman Hilal oğlu Quliyev | |
Doğum tarixi | |
Doğum yeri | |
Milliyyəti | azərbaycanlı |
Elm sahəsi | filologiya |
Elmi dərəcəsi | Filologiya elmləri doktoru |
Elmi adı | |
İş yeri | |
Mükafatları |
Həyatı
redaktəQuliyev Elman 1958-ci ildə Lerik rayonu Zuvand mahalının Kələxan kəndində anadan olmuşdur. 1991-ci ildən ADPU-da işləyir. 2004-cü ildə «M. Şəhriyar yaradıcılığının təkamülü (milli problemlər kontekstində)» mövzusunda doktorluq disertasiyası müdafiə etmişdir.
1999-cu ildə «Mirzə Uluğ bəy»)Özbəkistan) mükafatı almış, 2007-ci ildə C. Rumi – 800 (YUNESKO) müsabiqəsinin laureatı, ilk dəfə «İlin alimi»(2007, 2010) və «İlin müəllimi»(2011) müsabiqələrinin qalibi olmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 18 aprel tarixli Sərəncamı ilə «Tərəqqi» medalı ilə təltif edilmişdir.
Bir çox beynəlxalq elmi konfranslarda məruzə ilə çıxış etmiş, elmi əsərləri Türkiyə, İran, İraq, Türkmənistan, Şimali Kipr və s. xarici ölkələrdə çap edilmişdir. Türk ədəbiyyatı problemlərinin öyrənilməsi sahəsindəki uğurlarına görə «Ən yaxşı tədqiqatçı vətənpərvər alim» qızıl medalına (2011) və Türkiyə Respublikasının Azərbaycandakı səfirliyinin Xüsusi Dövlət təşəkkürünə (2012) layiq görülmüşdür.
Hazırda ADPU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru, «Türk odası» və «Türk araşdırmaları» elmi-tədqiqat mərkəzinin rəhbəridir.
AMEA-nın Nizami adına Ədəbiyyat İnsitutu və AMEA-nın akademik Z. Bünyadov adına Şərqşünaslıq İnsitutu nəzdində fəaliyyət göstərən Dissertasiya Şuralarının, həmçinin Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
Yaradıcılığı
redaktəElman Quliyev bir çox elmi tədqiqat əsərlərinin müəllifidir. Onun indiyə qədər «Mirzə İbrahimov: Ədəbi-estetik görüşlər və sənətkarlıq məsələləri» (1997), «Seyid Məhəmmədhüseyn Şəhriyar» (1999), «Müasir özbək ədəbiyyatı tarixi» (1999), «Heydərbabaya salam» necə varsa» (2001), «Türkiyə türk ədəbiyyatı» (2003), «Şəhriyar poeziyası və milli təkamül» (2004), «Şəhriyar poetikası» (2006, şərikli), «Özbək ədəbiyyatı» ( 2009), «Türk xalqları ədəbiyyatının yaradıcılıq problemləri» (2010, şərikli), «Orta əsrlər türk xalqları ədəbiyyatı» (2010), «Şərq xalqları ədəbiyyatı», 2 cilddə, (2011), «Qədim və orta əsrlər türk xalqları ədəbiyyatı» (2012) «Türk xalqları ədəbiyyatı» (2009-2017) və başqa kitabları yayınlanmışdır. Kitablarının bir qismi xaricdə nəşr olunmuşdur. Bu sırada “Türk halkları edebiyatı” (Almaniya, 2019) və “Abay Kunanbayev” (Ankara, 2020) adlı araşdırması xüsusi yer tutur.
Elman Quliyevin ədəbiyyatşünaslıq sahəsindəki araşdırmaları daha çox Azərbaycan ədəbiyyatının çağdaş mərhələsini əhatə edir. Xüsusilə, Azərbaycanın Güneyində yaranan ədəbi prosesin bəzi görkəmli şəxsiyyətlərinin yaradıcılığının öyrənilməsi bu baxımdan diqqəti çəkir.
Lakin müəllifin yaradıcılığının əsas xəttini Türk dünyası ədəbiyyatının öyrənilməsi təşkil edir. Ən qədim dövrlərdən tutmuş çağdaş dönəmədək ayrı-ayrı Türk xalqlarının ədəbiyyatının keçib gəldiyi yolun elmi-nəzəri mənzərəsinin yaradılması, görkəmli şəxsiyyətlərinin tanıdılması onun araşdırmalarının əsasında dayanır.
Mükafaları
redaktə- “Mirzə Uluğbəy” (Özbəkistan, 1999)
- ADPU: “İlin alimi» (2007)
- ADPU: “İlin alimi» (2010)
- C.Rumi – 800 (YUNESKO) müsabiqəsinin laureatı (2007)
- “Ən yaxşı tədqiqatçı vətənpərvər alim” qızıl medalı (2011)
- ADPU: “İlin müəllimi” (2011)
- “Tərəqqi” medalı (Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 18 aprel tarixli sərəncamı ilə)
- Türkiyə Respublikasının Azərbaycandakı səfirliyinin xüsusi Dövlət təşəkkürü (2012)
- “Qızıl qələm” mükafatı (2013)
- Prezident təqaüdü (2014)
- “Cəfər Cabbarlı” mükafatı (2015)
- Azərbaycan-Türkiyə elmi-ədəbi əlaqələrinin genişlənməsində xidmətlərinə görə TÜRKSOY-un “Yusif Xas Hacib” medalı (17 fevral 2017)
- TÜRKSOY-un “Molla Pənah Vaqif” medalı (7 dekabr 2017)
- Türkiyə Cümhuriyyəti Başbakanlıq TİKA təşkilatının xüsusi təltifi (23 aprel 2018)
- Qazaxıstan Mədəniyyət nazirinin təltifi. 2020 (Qazax ədəbiyyatı və mədəniyyətinin araşdırılması, öyrənilməsi və təbliği sahəsində fəaliyyətinə görə)
- TÜRKSOY-un təqdim etdiyi “Abay – 175” medalı. 21 yanvar 2021-ci il
- 3-cü dərəcəli “Əmək” ordeni. 17 dekabr 2021-ci il
Əsas əsərləri
redaktə- «M. Şəhriyar: Gəldim sizi görməyə» (Bakı, 1992).
- «S. Tahir. Lirika» (Bakı, 1992).
- «Mirzə İbrahimov: Ədəbi-estetik görüşlər və sənətkarlıq məsələləri» (Bakı, 1997).
- «Türk xalqları ədəbiyyatı» (Bakı, 1998).
- «Şərq xalqları ədəbiyyatı» (Bakı, 1998).
- «Seyid Məhəmmədhüseyn Şəhriyar» (Bakı, 1999).
- «Müasir Özbək ədəbiyyatı tarixi» (Bakı, 1999).
- «Heydərbabaya salam » necə varsa» (Bakı, 2001).
- «Türkiyə türk ədəbiyyatı» (Bakı, 2003).
- « M. Şəhriyar. Heydərbabaya salam» (Bakı, 2004),
- «Şəhriyar poeziyası və milli təkamül» (Bakı, 2004)
- «Ümumi ədəbiyyatı» (Bakı, 2005).
- «Şəhriyar poetikası» (Bakı, 2006, həmmüəlliflə).
- «Özbək ədəbiyyatı» (Bakı, 2009).
- «Qədim türk ədəbiyyatı» (Bakı, 2010).
- «Türk xalqları ədəbiyyatınınyaradıcılıq problemləri» (Bakı, 2010, həmmüəlliflərlə).
- «Orta əsrlər türk xalqları ədəbiyyatı» (Bakı, 2010).
- «Türk xalqları ədəbiyyatı» (Bakı, 2009; 2011).
- «Şərq xalqları ədəbiyyatı», 2 cilddə, (Bakı, 2011).
- «Qədim və orta əsrlər türk xalqları ədəbiyyatı» (Bakı, 2012).
- Türk xalqları ədəbiyyatı. Bakı, Apostroff, 2014
- Türk xalqları ədəbiyyatı. Bakı, Elm və təhsil, 2017, 632 s.
- Türk halkları edebiyatı. Türkce özel seri, Ankara, Lambert Akademic Publishing Yayım evi, 2019
- Abay Kunanbayev. (monoqrafiya), Ankara, 2020, 344 s.