Elman Iskenderov - Wikipedia
Bu məqalənin neytrallığı şübhə doğurur. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
İskəndərov Elman Xeyrulla oğlu (31 oktyabr 1962, Rvarud, Lerik rayonu) — texnika elmləri doktoru, professor "İlin Vətənpərvər tədqiqatçı alimi" mükafatının və qızıl medalının laureatı;
Elman İskəndərov | |
---|---|
Elman Xeyrulla oğlu İskəndərov | |
Doğum tarixi | 31 oktyabr 1962 (62 yaş) |
Doğum yeri | |
Milliyyəti | azərbaycanlı |
Elm sahəsi | texniki elmlər |
Elmi dərəcəsi | texnika elmləri doktoru |
Elmi adı | professor |
İş yerləri | |
Təhsili | |
Mükafatları | "Avropa Nəşr Mətbu Evi"nin "Ən yaxşı vətənpərvər tədqiqatçı alim" qızıl medalı, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı. |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəE. X. İskəndərov 1962-ci ildə Lerik rayonunun Rvarud kəndində anadan olub. 1970–1980-ci il tarixində Lerik qəsəbə orta məktəbində təhsil alıb. 1980-ci ildə Azərbaycan Dövlət İnşaat Mühəndisləri İnstitutuna (indiki Memarlıq İnşaat Universiteti) qəbul olunub və 1985-ci ildə həmin institutun İnşaat fakültəsini bitirib.
1987–1991-ci illərdə Azərbaycan Dövlət Qazlaşdırma Komitəsinin "Azqaztikintitəmir" trestində çilingər, mühəndis, plan-istehsalat şöbəsinin rəisi vəzifələrində çalışıb. 1990–1997-ci illərdə Azərbaycan Dövlət Yanacaq Komitəsinin "Azqaztikintitəmir" tresti "İxtisaslaşdırılmış Xətti Tikinti-təmir idarəsi"ndə baş mühəndis vəzifəsinidə fəaliyyət göstərib. 1997-ci ildən Tikinti-təmir idarəsi özəlləşdirildikdən sonra əvvəlcə "Ocaq" firmasının, 2008–2015-ci illərdə isə "LTTQ" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru olub.
2010-cu ildə Azərbaycan Dövlət Neft Akademiyası (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) nəzdində fəaliyyət göstərən "Neftin, qazın geotexnoloji problemləri və kimya" ETİ-nin doktoranturasına qəbul olunub və 2012-ci ildə həmin institutun elmi şurasında "Çoxfunksiyalı nanotərkibli inhibitorla quyularda kristalhidrat əmələgəlmə və qaz kəmərlərində eroziyanı tənzimləməklə istismar göstəricilərinin yaxşılaşdırılması" mövzusunda dissertasiya işini müdafiə edərək texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. 2014–2021-ci illərdə NQGP və KETİ-də əvəzçiliklə elmi işçi və böyük elmi işçi kimi çalışıb. 2018-ci ildə dosent elmi adını alıb.
E. X. İskəndərov 2022-ci ildən ADNSU-nun "Neftin, qazın nəqli və saxlanması" kafedrasının professorudur. 2017-ci ildən Qaz-neft mədən fakültəsində elmi işlər, 2018-ci ildən isə tədris işləri üzrə dekan müavini vəzifələrində çalışıb. 2021-ci ildə ADNSU-nun Qaz-neft-mədən fakültəsinin dekanı vəzifəsinə seçilib.
E. X. İskəndərov 2021-ci ildə "Karbohidrogenlərin nəqli və saxlanılmasının enerjiyə qənaətli, sərvətqoruyucu üsul və texnologiyaları" mövzusunda dissertasiya işini müdafiə edərək texnika elmləri doktoru elmi dərəcəsi alıb. Professor bir sıra qrant layihələrinin icraçısı olub. 2018-ci ildə isə rəhbəri olduğu qrant layihəsi Azərbaycan Dövlət Neft və Sənaye Universitetində keçirilmiş "Universitet qrantı" müsabiqəsinin qalibi elan olunub.
E. X. İskəndərov 117 elmi əsərin, o cümlədən, 2 monoqrafiya, 2 ixtira patenti, 10 dərslik və dərs vəsaiti, habelə 14-ü beynəlxalq xülasələndirmə və indeksləmə bazalarına (Thomson Reuters, Web of Science və Scopus) daxil olan 103 elmi məqalə və konfrans materialının müəllifidir.
Tanınmış alim elmi fəaliyyətlə yanaşı bədii yaradıcılıqla da məşğuldur. Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. Şeirləri dövrü mətbuat səhifələrində vaxtaşırı dərc edilir. "525-ci qəzet"də, "Ədəbiyyat qəzeti"ndə, "Ulduz" jurnalında çap olunan şeirləri geniş oxucu kütləsinin rəğbətini qazanıb.
E. X. İskəndərov 2014-cü ildə "Avropa Nəşr Mətbu Evi" mükafat komissiyasının qərarı ilə "Neftqazçıxarma sənayesi sahəsində apardığı uğurlu elmi-tədqiqatlarına, cəmiyyətdəki fəal ziyalı mövqeyinə və gənclərdə vətənpərvərlik hisslərinin aşılanmasında göstərdiyi xidmətlərinə görə" "Ən yaxşı vətənpərvər tədqiqatçı alim" qızıl medalı, 2020-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı ilə təltif edilib.