Elis Manro - Wikipedia
Elis Enn Manro (eləcə də Munro, ing. Alice Ann Munro; 10 iyul 1931[1][2][…] – 13 may 2024[3]) — Kanada yazıçısı, Ədəbiyyat üzrə Nobel mükafatı (2013) və Buker mükafatı (2009) laureatı.
Elis Manro | |
---|---|
ing. Alice Munro | |
Doğum adı | Alice Ann Laidlaw[5] |
Doğum tarixi | 10 iyul 1931[1][2][…] |
Vəfat tarixi | 13 may 2024[3] (92 yaşında) |
Uşağı | 4[4] |
Təhsili | |
Fəaliyyəti | yazıçı, ssenarist, romançı, hekayə yazıçısı[d], jurnalist |
Fəaliyyət illəri | 1950–2024 |
Əsərlərinin dili | ingilis dili |
Janr | hekayə |
Üzvlüyü |
|
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəElis Manro 1931-ci ildə fermer Erik Leydlou və məktəb müəlliməsi Enn Klark Leydlounun ailəsində anadan olub. O yeniyetmə yaşlarında yazıçılığa başlamış və özünün ilk hekayəsi olan "Kölgənin ölçüləri"ni 1950-ci ildə Qərbi Ontario universitetində ingilis dili və jurnalistika oxuyarkən nəşr etdirmişdir. Həmin dövrdə Elis ofisiant, tütünyığan və kitabxanaçı işləyirdi. 1951-ci ildə o, universitetdən ayrıldı və Ceyms Manro ilə evlənərək Vankuverə köçdü. Bu evlilikdən onun 3 qızı — Şeyla, Cenni və Andrea dünyaya gəlmişdir (1953, 1957, 1966). 1963-cü ildə cütlük Viktoriya şəhərinə köçdü və burada indiyədək fəaliyyət göstərən "Munro's Books" kitab mağazasını açdı. 1972-ci ildə Elis və Ceyms boşandılar. Elis Qərbi Ontario universitetində yazıçılıq fəaliyyəti ilə məşğul olmaq üçün Ontarioya qayıtdı. 1976-cı ildə o coğrafiyaşünas Cerald Fremlinlə ailə qurdu.
Əsərləri
redaktəElis Manronu "Kanadanın Çexovu" adlandırırlar. O, 13 hekayə kitabından əlavə, bir roman müəllifidir. Hekayələrində Kanadanın kiçik qəsəbələrində yaşayan insanların həyatlarından bəhs edən Manro sevgi və ölüm kimi mövzuları ön plana çıxarıb. Hekayələrin mərkəzində qadınlar dayanır. Ana-qız, qız-ana-nəvə, ata-qız münasibətləri Manro yaradıcılığının əsasını təşkil edir. Manronun qadın obrazları mədənidir, kitab oxuyandır, Virciniya Vulf, Ceyms Coysu oxuyub müzakirə edirlər. Məsələn, "Kortes Adası" hekayəsindəki kiçik gəlin obrazı yazıçı olmağa çalışır. "Bəzi qadınlar" kitabındakı "Hekayə" adlı yazısında da yazıçı olan Kristinadan danışılır.
Yazıçının Türkiyədə "The children stay" ("Çocuklar kalıyor"), "Too Much Happiness" ("Bazı kadınlar"), "Runaway" ("Kaçak") kitabları, rus dilində "Wood" ("Лес"), "Настоящая жизнь", "Жребий" və "Лицо" hekayələri çap olunub.
Mükafatları
redaktə2009-cu ildə Elis Manro "Buker mükafatı"na layiq görülüb.
2013-cü ildə Nobel Komitəsi "müasir qısa hekayə janrındakı ustalığına görə" Elis Manronu Ədəbiyyat üzrə Nobel mükafatının qalibi elan etdi.
Qısa hekayə kitabları
redaktəOrijinal adı | Azərbaycanca adı | Yayımlandığı il | Aldığı mükafat |
---|---|---|---|
ing. Dance of the Happy Shades | Şən kölgələrin rəqsi | 1968 | General-qubernatorun bədii ədəbiyyat üzrə mükafatının qalibi |
ing. Lives of Girls and Women | Qızların və qadınların həyatı | 1971 | |
ing. Something I've Been Meaning to Tell You | Sizə demək istədiyim bir şey vardı | 1974 | |
ing. Who Do You Think You Are? (ing. Beggar Maid) | Sən özünü nə hesab edirsən? (Kasıb xadimə) | 1978 | General-qubernatorun bədii ədəbiyyat üzrə mükafatının qalibi |
ing. The Moons of Jupiter | Yupiterin peykləri | 1982 | |
ing. The Progress of Love | Sevginin irəliləyişi | 1986 | General-qubernatorun bədii ədəbiyyat üzrə mükafatının qalibi |
ing. Friend of My Youth | Gənclik dostum | 1990 | Trillium kitab mükafatının qalibi |
ing. Open Secrets | Aşkar sirlər | 1994 | |
ing. The Love of a Good Woman | Yaxşı qadının sevgisi | 1998 | Giller mükafatının qalibi |
ing. Hateship, Friendship, Courtship, Loveship, Marriage (ing. Away From Her) | Nifrət, dostluq, nəvaziş, bağlılıq, evlilik (Ondan uzaqda) | 2001 | |
ing. Runaway | Qaçaq | 2004 | Giller mükafatının qalibi |
ing. The View from Castle Rock | Kastl-Rokdan baxış | 2006 | |
ing. Too Much Happiness | Həddən artıq sevinc | 2009 | |
ing. Dear Life | Əziz həyat | 2012 |
İstinadlar
redaktə- ↑ 1 2 Alice Munro // L'Encyclopédie canadienne, The Canadian Encyclopedia (ing.).
- ↑ 1 2 Munro, Alice, 1931-2024 // Library of Congress Authorities (ing.). Library of Congress.
- ↑ 1 2 Alice Munro, Canadian author who won Nobel Prize for Literature, dies at 92 (ing.). The Globe and Mail, 1936. ISSN 0319-0714; 1196-2607
- ↑ 1 2 3 Who's who (brit. ing.). (untranslated), 1849. ISSN 0083-937X
- ↑ Muere la Premio Nobel canadiense Alice Munro (isp.).