Elgun Hemidov - Wikipedia
Elgün Rafik oğlu Həmidov (2 yanvar 1983, Yergüc, Xaçmaz rayonu) — Azərbaycanın teatr və kino aktyoru.
Elgün Həmidov | |
---|---|
Elgün Rafik oğlu Həmidov | |
Doğum tarixi | 2 yanvar 1983 (41 yaş) |
Doğum yeri | |
Fəaliyyəti | aktyor |
Fəaliyyət illəri | 2011-ci ildən |
Təhsili |
Həyatı
redaktəElgün Rafik oğlu Həmidov 2 yanvar 1983-cü ildə Xaçmaz rayonunun Yergüc kəndində anadan olmuşdur.[1] 1989–2000-ci illərdə Xaçmaz rayon Yergüc kənd orta məktəbində təhsil almışdır. 2009–2013-cü illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Rejissor sənəti" fakültəsində estrada rejissoru ixtisası üzrə Vidadi Həsənovun kursunda ali təhsil almışdır.[1]
2021-ci ildə ailə həyatı qurmuşdur.
Aktyor fəaliyyəti:
2010–2011-ci illərdə Azərbaycan Dövlət Yuğ Teatrının "Gənc mütəxəssislərin yetişdirilməsi" kursunda ilk sənət təcrübəsi əldə etmişdir.[1] 2011–2013-cü illərdə (rəsmi olaraq, 2015-ci ilə qədər) Pərviz Məmmədrzayevin rəhbərliyi ilə "SİMSAR" Plastik Dram Teatrında çalışmış, eyni zamanda orada Qurban Məsimovun "Klounada janrı" ustad dərslərində (2012–2013) iştirak etmişdir.
2013–2015-ci illərdə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı (müqavilə əsasında) və onun nəzdində yaradılmış "Az-ART" studiyasında fəaliyyət göstərmişdir. 2013-cü ildən YUĞ Dövlət Teatrının aktyorudur. 2016-cı ildən "M-Teatr"-da, 2017-ci ildən "Human" teatrında çalışır, 2017–2021-ci illərdə "ADO" teatrı ilə əməkdaşlıq etmişdir. 2018-ci ildən Azərbaycan Dövlət Kukla Teatrında işləyir.
2011-ci ildə Qazaxıstan Beynəlxalq Tələbə Tamaşaları Festivalında "Qran-Pri", 2012-ci ildə Gənclərin ll Ümumrespublika Teatr Festivalında "Ən yaxşı kişi rolunun ifaçısı" nominasiyası üzrə Birinci yer və digər tamaşa ilə "Ən yaxşı tamaşa" nominasiyasına görə Üçüncü yer, 2012-ci ildə "QHT-GYF" bədii qiraət yarışmasında birinci; 2014-cü ildə Azad Azərbaycan TV-dəki bədii qiraət müsabiqəsində ikinci yer, 2022-ci ildə "Ən Yaxşı Kukla Tamaşası" nominasiyası üzrə Birinci yerə layiq görülmüşdür. 10-14 iyun 2024-cü ildə "YUĞ" Dövlət Teatrının tərkibində "Mənəm, mən..." tamaşası ilə Özbəkistanın Daşkənd şəhərində keçirilən "Azərbaycanın Mədəniyyət Günləri"ndə iştirak etmişdir. [2]
Rejissor fəaliyyəti:
Estrada nömrələri: — "Kimdir müqəssir?" (Ə. B. Haqverdiyev), "Qaranlıq" (Anar), "Qoca tarzən" (Ə. B. Haqverdiyev), "Ögey" (O. Fikrətoğlu), həmçinin müəllifi olduğu "Yer və İnsan", "Qara Qutu" tamaşalarına quruluş vermişdir.
Mükafatları
redaktə- Prezident Mükafatı — 9 may 2024-cü il[3]
Festivallar
redaktəFestival | Tamaşanın adı | Nominasiya | Tarix | Keçirildiyi yer | Nəticə |
---|---|---|---|---|---|
Gənclərin I Ümumrespublika Teatr Festivalı | "Aslanın erkəyi dişisi olmaz" (ADMİU) | 2011 | Bakı, Azərbaycan | ||
Qazaxıstan Beynəlxalq Tələbə Tamaşaları Festivalı | "Adi əhvalatlar" (ADMİU) | Ən yaxşı tələbə tamaşası ("Adi əhvalatlar" tamaşasına görə) |
2011 | Almatı, Qazaxıstan | "Qran-Pri"[1] |
Gənclərin II Ümumrespublika Teatr Festivalı | "Ağacın naləsi" (ADMİU) | Ən yaxşı kişi rolunun ifaçısı[4] ("Ağacın naləsi" tamaşasına görə) |
2012 | Bakı, Azərbaycan | I yer |
Gənclərin II Ümumrespublika Teatr Festivalı | "Müdaxilə" (ADMİU) | Ən yaxşı tamaşa ("Müdaxilə"[1] tamaşasına görə) |
2012 | Bakı, Azərbaycan | III yer |
Adana Büyükşehir Belediyyesi V Şəhər Teatrları Festivalı | "Elçilik" ("Təklif", Azərbaycan Dövlət YUĞ Teatrı) | 2018 | Adana, Türkiyə | ||
Milli Klassika Festivalı | "Məlikməmməd" (Azərbaycan Dövlət Kukla Teatrı) | Ən yaxşı kukla tamaşası ("Məlikməmməd" tamaşasına görə) | 14 dekabr 2022 | Bakı, Azərbaycan | l yer |
Taldı-Kurqan Beynəlxalq Teatr Festivalı | "Toy dəsgahı" (Azərbaycan Dövlət YUĞ Teatrı) | 3 oktyabr 2023 | Taldı-Kurqan, Qazaxıstan | ||
20-ci Uluslararası Bursa Karagöz Kukla Gölge Oyunları festivalı | "Məlikməmməd" (Azərbaycan Dövlət Kukla Teatrı) | 14 dekabr 2023 | Bursa, Türkiyə | ||
III Uluslararası Hadi Poyrazoğlu Kukla və Qaragöz Festivalı | "Məlikməmməd" (Azərbaycan Dövlət Kukla Teatrı) | 23 aprel 2024 | Ankara, Türkiyə | ||
Uşaq və Gənclər Beynəlxalq Teatr Festivalı | "Məlikməmməd" (Azərbaycan Dövlət Kukla Teatrı) | 3 iyun 2024 | Tiflis, Gürcüstan |
Qastrollar. (xarici)
redaktəÖlkə/Şəhər | Tamaşanın adı | Tarix | Teatr |
---|---|---|---|
Tiflis, Gürcüstan | Stop | 2017 | ADO |
Tiflis, Gürcüstan | Göydən 3 banan düşdü | 2018 | ADO |
Mersin, Türkiyə | Metamorfoza | 2018 | Azərbaycan Dövlət "YUĞ" Teatrı |
İstanbul, Türkiyə | Məlikməmməd | 2024 | Azərbaycan Dövlət Kukla Teatrı |
Marneuli, Gürcüstan | Məlikməmməd | 2024 | Azərbaycan Dövlət Kukla Teatrı |
Daşkənd, Özbəkistan | Mənəm, mən... | 2024 | Azərbaycan Dövlət "YUĞ" Teatrı |
Layihələr
redaktəLayihənin adı | Tamaşanın adı | Tarix | Məkan | Rejissor |
---|---|---|---|---|
Gənclərə dəstək layihəsi | Qara qutu (Elgün Həmidov) | 2013 | Azərbaycan Dövlət YUĞ Teatrı | Elgün Həmidov |
İngiltərə və Azərbaycanın birgə layihəsi | Oyuncaq evi (H. İbsen) | 2016 | Yarat Müasir İncəsənət Mərkəzi | Metyu Zak Paneş |
YUĞ teatrının layihəsi | Toy səyahəti — performans (M. Musabəyli) | 2016 | YUĞ teatrı | Mikayıl Mikayılov |
ADO teatrının layihəsi | Yer və insan — performans-tamaşa (E. Həmidov) | 2017 | ADO teatrı | Elgün Həmidov |
Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi | O qadın (S. Haqverdiyeva, S. Sultanova, A. Aslanlı) | 2019 | A. Şaiq adına Azəbaycan Dövlət Kukla Teatrı | Günay Səttar |
"Ədibin evindən hekayələr" ASAN Radio ilə "Ədibin evi" Ədəbiyyata Dəstək Fondunun birgə media layihəsi | Şəngül, Şüngül, Məngül (nağıl, M. Müşfiq) | 1 iyun 2021 | Mir Cəlal Paşayevin Ev Muzeyi | |
ATLAS yapımın layihəsi (Türkiyə) | Peter Pan Hayal Adası (uşaq tamaşası) | 24 dekabr 2023 | Nizami Kino Mərkəzi |
Səsləndirmələr
redaktəƏsərin adı | Müəllif | Format |
---|---|---|
Qəlbini itirən adam | Bestami Yazqan | kitab |
Çitləmbikin macəraları | Firdevs Kapsızoğlu | kitab |
Sadiq dost | Oskar Uayld | hekayə |
Xoşbəxt şahzadə | Oskar Uayld | hekayə |
Məmurun ölümü | Anton Pavloviç Çexov | hekayə |
Qüssə | Anton Pavloviç Çexov | hekayə |
Zərif nəfəs | İvan Bunin | hekayə |
San-Fransiskolu cənab | İvan Bunin | hekayə |
Cırtdan | Azərbaycan xalq nağılı | nağıl |
Göyçək Fatma | Azərbaycan xalq nağılı | nağıl |
Axmaq Canavar | Azərbaycan xalq nağılı | nağıl |
Cığal Sərçə | Azərbaycan xalq nağılı | nağıl |
Tıq-Tıq xanım | Azərbaycan xalq nağılı | nağıl |
Teatr səhnəsindəki rolları
redaktə"Simsar" Plastik Dram Teatrı
redaktəTamaşanın adı | Rol | Tarix | Rejissor | Müəllif |
---|---|---|---|---|
Niyə?[5][6][7] | "Mənim" "Tutuquşular"[1][8] |
2012 | Pərviz Məmmədrzayev | Pərviz Məmmədrzayev |
Notrdam kilsəsi | Şpaqa döyüşçüsü | Pərviz Məmmədrzayev | Viktor Hüqo | |
Qladiator döyüşləri[1][9] | Qladiator (Retiari) | Pərviz Məmmədrzayev | Pərviz Məmmədrzayev | |
Şah İsmayıl Xətai | döyüşçü | Pərviz Məmmədrzayev | Pərviz Məmmədrzayev |
Azərbaycan Dövlət Yuğ Teatrı
redaktəTamaşanın adı | Rol | Tarix | Rejissor | Müəllif |
---|---|---|---|---|
Sur[10] | gənc | 2011 | Vidadi Həsənov | Cübran Xəlil Cübran |
Biz necə iş görürük? | fəhlə | 2011 | Vidadi Həsənov | Üzeyir Hacıbəyov |
Birinci akt. Albalı bağı[11] | Yaşa | 2013 | Vaqif İbrahimoğlu[12] | Anton Çexov |
Yad.daş[1][13] | 2-ci oğlan | 2014 | Tərlan Rəsulov | Ülviyyə Heydərova |
Mister və Missis Cəsəd[1][14] | K. Pedro | 2 iyul 2014[15] | Ərtoğrul Kamalov | Qabriel Qarsiya Markes |
Boy[16][17] | Basat | 2015 | Tərlan Rəsulov | Kitabi-Dədə Qorqud dastanı əsasında |
Metamorfoza[18] | O | 4 iyun 2017 | Günay Səttar | Saida Haqverdiyeva |
Quş dili | 7 dekabr 2017 | Əbdülqəni Əliyev | Təranə Vahid | |
Təklif | İvan Vasilyeviç Lomov | 15 iyul 2018 | Günay Səttar | Anton Çexov |
Vəsvəsə | Osvald Alvinq | 31 may 2019 | Gümrah Ömər | Henri İbsen |
Lənət (Üçüncü Riçard) | Hersoq Bekinqem | İyul 2019 | Hristo Stoichev | Villiam Şekspir |
Mənəm, mən | Xəttat Nəsimi | 26 dekabr 2019 | Mehriban Ələkbərzadə | İlqar Fəhmi |
Şəbədə (Mürafiə vəkilləri) | Ağa Salman, Vəkil | 2 oktyabr 2022 | Gümrah Ömər | Mirzə Fətəli Axundzadə |
Toy dəstgahı (Çay dəstgahı) | Nəlbəki | 15 yanvar 2023 | Günay Səttar | Cəlil Məmmədquluzadə |
21:15 qatarı | Kişi | 12 may 2024 | Mikayıl Mikayılov | Toyğun Orbay |
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı
redaktəTamaşanın adı | Rol | Tarix | Rejissor | Müəllif |
---|---|---|---|---|
Əmir Teymur[1][19] | Cücə[20] | 20 may 2014 | Mehriban Ələkbərzadə | Hüseyn Cavid |
Banan qabığı | 2014 | "Az-ART" studiyası | "Az-ART" studiyası | |
Tıq-tıqın qonaqları | Küpəgirən | 2014 | "Az-ART" studiyası | Mehman Musabəyli |
Nadir şah[1][21][22] | Dauran xan | 2015 | Gümrah Ömər | Yunus Oğuz |
Müfəttiş[23] | Şeytan. (Svistnov, Mişka, Ofisiant, Jandarm) |
1 iyul 2016 | Mikayıl Mikayılov | Nikolay Qoqol |
"M-Teatr" Müstəqil Teatrı
redaktəTamaşanın adı | Rol | Tarix | Rejissor | Müəllif |
---|---|---|---|---|
Məsəl ya…[24] | Zaman səyyahı | 2016 | Vidadi Həsənov | Üzeyir Hacıbəyov |
Tıq-tıq xanım | Tülkü Nağılçı |
2016 | Vidadi Həsənov | Abdulla Şaiq |
O, mənimdir (Balaca Şahzadə) | Kral Nağılçı |
2016 | Gümrah Ömər | Antuan de Sent-Ekzüperi |
"Human" Teatrı
redaktəTamaşanın adı | Rol | Tarix | Rejissor | Müəllif |
---|---|---|---|---|
Üçüncü[25] (Karol xofu) | göz həkimi | 29 mart 2017 | Pərviz Məmmədrzayev | Slavomir Mrojek |
Mənim | İkinci səfil | 1 fevral 2020 | Pərviz Məmmədrzayev | Pərviz Məmmədrzayev |
"ADO" Teatrı
redaktəTamaşanın adı | Rol | Tarix | Rejissor | Müəllif |
---|---|---|---|---|
Stop | 30 may 2017 | Elmin Bədəlov | Elmin Bədəlov | |
Göydən 3 banan düşdü[26] | 2017 | Elmin Bədəlov | Elmin Bədəlov | |
Toy (Meşşan toyu) | ata | 2018 | Elsa Furtado | Bertolt Brext |
Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı
redaktəTamaşanın adı | Rol | Tarix | Rejissor | Müəllif |
---|---|---|---|---|
Qoğal | Ayı | 2018 | Eduard Qayday | Rus xalq nağılı |
Cırtdan | Cırtdan | 2018 | Rəhman Əlizadə | Azərbaycan xalq nağılı |
Piter Pen | Kapitan Qarmaq | 2019 | Anar Məmmədov | Ceyms Barri |
Kəloğlan | Şaman | 2019 | Qurban Məsimov | Türk xalq nağılı |
Qızıl balıq | Balıqçı | 2020 | Anar Məmmədov | A. S. Puşkin |
Qar kraliçası | Mer, Kral | 16 sentyabr 2022 | Anar Məmmədov | H. X. Andersen |
Məlikməmməd | Nağılvari, Şah, Məlikməmməd | 10 dekabr 2022 | Anar Məmmədov | Azərbaycan xalq nağılı |
Üç donuz balası | Canavar | 26 yanvar 2023 | Saida Haqverdiyeva | Alman xalq nağılı |
Melisa | Çəkməçi | 2023 | Saida Haqverdiyeva | Sevinc Nuruqızı |
Ələddinin sehirli çırağı | Cəfər | 2024 | Anar Məmmədov | Ərəb xalq nağılı |
Dovşanın ad günü | Kirpi | 2024 | Saida Haqverdiyeva | Xanımana Əlibəyli |
Filmoqrafiya
redaktə- İkinci güllə (film, 2017)
- Qara yazı (serial, 2019)
- Yad gəlin (serial, 2020)
İstinadlar
redaktə- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 Xəyalə Rəis (teatrşünas). "Elgün Həmidovun tələbəlik illərində öyrəndikləri ona sonrakı işində kömək oldu" Arxivləşdirilib 2023-07-08 at the Wayback Machine. kaspi.az, 6. aprel 2015. (az.)
- ↑ "Özbəkistanda Azərbaycan Mədəniyyəti Günləri başlanır". Apa.az (az.). 2024-08-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-07.
- ↑ President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 09.05.2024. İstifadə tarixi: 2024-05-09.
- ↑ Ramil Ağasıyev. "Gənclərin Ümumrespublika Teatr Festivalı ən yaxşı aktyor Elgun Hemidov" (az.). Youtube.com. 02.12.2012. 2023-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-01-26.
- ↑ Simsar. "Simsar teatr studiyası növbəti tamaşanın premyerasını keçirəcək" (az.). Simsar.az. 13.04.2012. 2023-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-01-26.
- ↑ Trend. "Премьера театра -студии "Simsar" "Почему?" восторженно встречено зрителями (фотосессия)" (rus). Trend.az. 24.04.2012. 2023-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-01-26.
- ↑ Ümidə Həsənli. ""Simsar" "Niyə?"yə cavab axtarır" (PDF) (az.). Azadinform. 23.04.2012. İstifadə tarixi: 2017-01-26.[ölü keçid]
- ↑ Day.Az. "Все пороки людей на сцене бакинского театра – ФОТО" (rus). Day.Az. 24.04.2012. 2012-05-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-01-26.
- ↑ Simsar. ""Simsar" teatr-studiyasının əməkdaşları 2013-cü ildən nə istəyir?" (az.). Simsar.az. 30.12.2012. 2013-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-01-26.
- ↑ Həmidə Nizamiqızı. ""Yuğ" sənət ənənəsinə sadiqdir" (az.). Anl.az. 16.03.2012. 2023-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-01-26.
- ↑ Samirə Behbudqızı. ""Yuğ"da albalı bağı çiçəklədi" (az.). Anl.az. 29.04.2009. 2023-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-01-26.
- ↑ Aliyə. "Vaqif İbrahimoğlunun son tamaşası" (az.). Kulis. 22.10.2013. İstifadə tarixi: 2017-01-26.[ölü keçid]
- ↑ AzPress. "Azərbaycan Dövlət YUĞ Teatrında "Yad.Daş" tamaşası nümayiş olunub" (az.). Azpress. 25.02.2015. 2020-10-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-01-26.
- ↑ Aliyə. "O dünyada gözəllik yarışması" (az.). Kulis. 03.07.2014. İstifadə tarixi: 2017-01-26.[ölü keçid]
- ↑ Marquez-Lib. "«Миссис и мистер мертвое тело»" (rus). Marquez-Lib. 2014. 2020-08-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-01-26.
- ↑ AzərTAc. "Dövlət "Yuğ" Teatrında "Boy" tamaşası nümayiş olunub" (az.). Azertag.az. 14.10.2015. 2016-02-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-01-26.
- ↑ Mətbuat. ""YUĞ" teatrı "Boy" tamaşasıyla vida edir" (az.). Metbuat.az. 26.01.2016. İstifadə tarixi: 2017-01-26.[ölü keçid]
- ↑ Aliyə. "Türk sahibkarın zorladığı azərbaycanlı qadın" (az.). Kulis. 05.06.2017. 2017-06-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-06-10.
- ↑ Etibar Cəbrayıloğlu. ""Topal Teymur"un "Əmir Teymur" kimi qayıdışı" (az.). Anl.az. 09.11.2013. 2018-09-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-01-26.
- ↑ Könül Əliyeva. ""Əmir Teymur" tamaşası türk dünyasının ən böyük faciəsini – qardaşın-qardaşa silah çəkdiyi, məğlub etdiyi bir tarixi gündəmə gətirir" (az.). Kaspi. 24.05.2014. 2023-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-01-26.
- ↑ Ədalət. "Nadir şah ola bilməmək bacarığımız" (az.). Anl.az. 20.12.2014. 2023-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-01-26.
- ↑ Olaylar. ""Nadir şah" Azərbaycan teatrı üçün yeni hadisədir" (az.). Olaylar.az. 25.12.2014. 2023-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-01-26.
- ↑ Xalidə. ""Müfəttiş" 64 ildən sonra yenidən gəldi" (az.). Musavat.com. 03.07.2016. 2023-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-01-26.
- ↑ TTV. ""Mənim teatrım"ın təqdimatı və ilk tamaşası" (az.). Youtube.com. 30.03.2016. 2023-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-01-26.
- ↑ Qaynarinfo. "Azərbaycanda daha bir müstəqil teatr yarandı" (az.). Qaynarinfo.az. 21.03.2017. 2017-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-21.
- ↑ ADO. ""Göydən 3 banan düşdü" – ADO`da premyera" (az.). Ado.az. 11.08.2017. 2020-09-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-21.