Elena Risteska - Wikipedia
Yelena Risteska (Makedon dilində:Елена Ристеска 27 aprel 1986, Skopye) – müğənni.
Elena Risteska | |
---|---|
Ümumi məlumatlar | |
Doğum tarixi | 27 aprel 1986 (38 yaş) |
Doğum yeri | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni, mahnı yazarı[d] |
Fəaliyyət illəri | 2002-ci ildən |
Janr | pop musiqisi |
Səs tembri | soprano |
elenaristeska.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəYelena Risteska 1986-cı il aprelin 27-də Makedoniyanın paytaxtı Skopye şəhərində anadan olmuşdur. 1996-cı ildə debüt etmişdir.
Avroviziya
redaktə2006-cı ildə Yelena Makedoniya seçim turlarına "Ninanajna" mahnısıyla qatılır və seçim turlarında qalib gələrək Makedoniyanı təmsil edir. Mahnı ritmik olmaqla, özündə pop, RnB və disko janrlarının sintezindən ibarətdir. Mahnıda həmçinin Makedoniya milli musiqisinə xas olan ritmlərə də rast gəlmək olur. Yarımfinal asanlıqla keçən Yelena sonda müsabiqəni 56 xalla 12-ci pillədə başa vurur. Bu, Makedoniyanın Avroviziya Mahnı Müsabiqəsində hələ ki, ən böyük nailliyəti olaraq qalır.
Avroviziyadan sonra
redaktəAvroviziya 2006-dan sonra Yelena bir çox yerlərdən dəvətlər alır-müxtəlif konsert və müsabiqələrdə iştirak edir. 2008-ci ildə o ilk ingilis dilli sinqlı olan "Millioner" buraxır. Həmin sinql onun sayca 3-cü albomuna daxil edilir. 2008-ci ildə Yelena Skopyedə ilk böyük konsertini verir.
Mənbə
redaktəXarici keçidlər
redaktə- Rəsmi sayt
- Elena Risteska Fansite Arxivləşdirilib 2009-09-04 at the Wayback Machine
Əvvəlki: Martin Vučić |
Makedoniya Avroviziya Mahnı Müsabiqəsində 2006 |
Sonrakı: Karolina Qoçeva |